ÜST: Avropada hər gün 26 mindən çox yoluxma halı qeydə alınır
20-08-2020, 20:11
163

ÜST: Avropada hər gün 26 mindən çox yoluxma halı qeydə alınır

“Son iki ayda Avropa regionunda hər həftə davamlı olaraq yeni yoluxma halları artmaqdadır”.
APA-nın xəbərinə görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜSTAvropa regionu üzrə direktoru Hans Kluqe mətbuat konfransında deyib.
“İnfeksiyaya yoluxmaların sürətlənməsi riski bizdən uzaqlaşmır. Yoluxmanın ən çox azaldığı iyun ayının ilk həftəsi ilə müqayisədə, avqust ayının ilk həftəsində 40 mindən daha çox yoluxma halı qeydə alınıb.
Artıq Avropa regionunda hər gün orta hesabla 26 mindən çox yeni yoluxma halları qeydə alınır. Bu, dövlət orqanlarının bəzi məhdudiyyətləri yumşaltması və insanların qorunma tədbirlərini zəiflətməsi ilə əlaqədardır.
Yaxşı xəbər budur ki, indi biz bu virusun qapalı məkanlarda, çox sayda insanın bir yerə toplanması, ucadan danışması və mahnı oxuduğu hallarda necə yayılması barədə daha geniş məlumata sahibik.
Əsas problem odur ki, lokallaşmış yoluxmalar daha çox iş yerləri və qayğı evləri kimi qapalı şəraitdə baş verir. Yaxud da sosial toplantılar, ərzaq istehsalı və digər sənaye obyektlərində, habelə səyahətlər zamanı qeydə alınır.
Miqrantlar və qaçqınlar kimi həssas qruplar arasında baş verən son yoluxmalar göstərir ki, biz heç kimi diqqətdən kənarda qoya bilmərik. Virus bərabərsizliyi artırır”, - deyə Hans Kluqe bildirib.
ÜST rəsmisi qeyd edib ki, məktəblərə təhlükəsiz qayıdış, yaxınlaşan qrip mövsümünü uğurla idarə etmək, iqtisadiyyatı qorumaq və ilin bu dövründə yaşlı insanlarda artan sağlamlıq risklərini aradan qaldırmaq üçün düzgün səhiyyə tədbirləri görülməlidir.

Oxşar xəbərlər

"Qrip mövsümünə hazır olun" - ÜST-dən xəbərdarlıq
Koronavirusa qalib gəlmiş şəhərdə yeni yoluxma halları aşkarlandı
Azərbaycanda koronavirusa yoluxan və ölənlərin bölgələr üzrə SON STATİSTİKASI - CƏDVƏL
Karantin rejimi yenidən sərtləşdirilə bilər - YOLUXMA ARTIR...
Temperatur da artır, yoluxma da: İsti ölkədə qorxunc rəqəmlər
Trampdan koronavirusla bağlı şad xəbər: “Yoluxma halları azalır”
Dünən dünyada rekord sayda koronavirusa yoluxma qeydə alındı
İranda məktəblər açıldı
Koronavirusa kütləvi yoluxma - Türkiyə klubunda
Nazirlər Kabineti rəsmisi həyəcan təbili çalır: “Yoluxma yenidən artır”
Son 3 gündə Cəlilabadda koronavirusa yoluxma qeydə alınmayıb
Dünyada koronavirusa yoluxanların sayı 25 milyonu ötdü
Avropa koronavirusun ikinci dalğasını məhdudlaşdırmağa çalışır
Avstraliyada koronavirus pandemiyasına görə rekord sayda ölüm qeydə alınıb
Azərbaycanda koronavirusa yoluxma sayı azaldı - Ölən yoxdur
Bakıda koronavirusa yoluxmanın ən çox olduğu rayon açıqlandı
Dünyada koronavirusa yoluxanların sayı 26 milyonu keçdi - STATİSTİKA
Ukraynada COVID-19-a yoluxanların sayı 100 mini ötdü
Gürcüstanda koronavirusa yoluxanların sayı 1568 nəfərə çatıb
Gürcüstanda koronavirusa yoluxanların sayı 1596 nəfərə çatıb
Dünyada koronavirusa yoluxanların sayı 20,8 milyonu ötüb
Paşinyan əzilir: Ermənistan hakimiyyətinə yeni təhdid - ŞƏRH
“İnsanları hədsiz məhdudiyyətlə qapamaq olmaz” - Fazil Mustafa
Gəncədə koronavirusa kütləvi yoluxmanın səbəbi açıqlandı - RƏSMİ
ÜST məktəbləri təhlükə adlandırdı – Dərslər başlamayacaq?
Azərbaycanda koronavirusa yoluxma sayı yenidən artdı - Ölənlər də var
Qazaxıstanda daha 244 nəfər koronavirusa yoluxub
Qobustan həbsxanasında virus yayıldı – Rəsmi açıqlama
Qonşu ölkədə daha 112 nəfər koronavirusdan öldü
Dağlıq Qarabağda koronavirusa yoluxanların sayı 274-ə çatdı