Nazirlikdən şikayətçi olan Şahbaz Quliyev xaricdən sığınacaq istəyəcək: "Elə hörmətsiz adamam ki, “lapetə” zibil yığam?!”
28-09-2021, 17:01
43

Nazirlikdən şikayətçi olan Şahbaz Quliyev xaricdən sığınacaq istəyəcək: "Elə hörmətsiz adamam ki, “lapetə” zibil yığam?!”

"9 aydır ki, erməni girovluğundan Azərbaycana gəlmişəm. Sanki ikinci dəfədir anadan olmuşam”.

Bu sözləri Cebhe.info- ya açıqlamasında Ermənistanın girovluğundan azad edilmiş Şahbaz Quliyev deyib:

"Məni ikinci həyata qaytarmaqda Ali Baş Komandanımız İlham Əliyevin rolu var. Prezidentin göstərişi ilə bu gün ən yaxşı xəstəxanada müalicə olunuram. 9 aydır dərman atıram. Minnətdaram! Buna baxmayaraq, bəzi məmurlar vəziyyətimlə maraqlanmır. Ərizə verirsən, baxan yoxdur. Mənə 130 manat pensiya kəsilib. Daxili orqanlarım zədəlidir, yoxdur, ayaqlarımda problemlər var”.

Hazırda iş qabiliyyəti olmadığını deyən Şahbaz Quliyev səhhətindəki problemlərə görə fəhlə belə işləyə bilmədiyini deyir:

"Mənə deyirlər ki, səni zibil idarəsinə qeydə salaq. Mən elə hörmətsiz adamam ki, "lapetə” zibil yığam?! Mən bu gün əsirlikdən gəldiyim paltarın içindəyəm. Qırmızı Xaç Komitəsinin verdiyi paltarların içində gəzirəm. Koftanın üstündə erməni bayrağı var. Bunu mürəkkəblə rəngləyib geyinirəm. Mən həmin paltarın şəklini çəkib hamıya göstərim ki, erməninin bayrağı olan koftanı geyinirəm?! Gülünc vəziyyətdir. Bu gün veteranlığımı ala bilmirəm”.

Şahbaz Quliyev sosial vəziyyəti ilə bağlı məsələnin düzəlməyəcəyi təqdirdə mətbuat konfransı çağıracağını, ya da başqa ölkədən sığınacaq istəyəcəyini deyir:

"Evimin işığı, qazı, suyu yoxdur. Heç kim gəlib maraqlanmır”.

O, həmçinin əlavə edib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Sosial Müdafiəsi Nazirliyinin əməkdaşıları ayda bir dəfə gəlib onun yaşadığı ünvana şəkil çəkdirib gedirlər: "Sosial vəziyyətimlə bağlı bacılarım mənə dəstəkdir”.

Oxşar xəbərlər

Şahbaz Quliyev də evinə qayıtdı - VİDEO
Erməni əsirliyindən və girovluğundan azad edilənlər ailələrinə qovuşdular
Şahbaz Quliyev 6 il sonra anası ilə görüşdü - VİDEO (YENİLƏNİB)
Şahbaz Quliyevin anası dünyasını dəyişdi
Dilqəm Şahbazı niyə “erməni dostu” adlandırdı? - Oğlu hər şeyi DANIŞDI
Dilqəm Əsgərov və Şahbaz Quliyev Azərbaycana təhvil veriləcək (VİDEO)
Dilqəmlə Şahbaz Azərbaycana QAYTARILIR
“Bu sevinci bizə yaşadan Prezidentimizə, ordumuza hədsiz minnətdaram” - Şahbaz Quliyevin bacısı
Dilqəmlə Şahbaz təhlükəsizliyilə bağlı danışıqlar gedir
Əsirlikdən azad olunanların adlı – Siyahısı
Dilqəmlə Şahbazın səhhəti pisləşdi
Dilqəm Əsgərov və Şahbaz Quliyev geri qaytarılır? - AÇIQLAMA
Dilqəm Əsgərov və Şahbaz Quliyevin saxlanıldığı Şuşa həbsxanasından görüntülər - VİDEO
Ermənilərin Şahbaz və Dilqəmə qarşı növbəti təxribat cəhdi
Dilqəmlə Şahbaz koronaya yoluxdu
“Əmin oldum ki, atam Dilqəm Əsgərov tezliklə azad ediləcək” - MÜTLƏQ!
Deputat partiya sədrini təhqir etdi - "Səni zibil kimi ermənilərə tullayacağıq..."
Dilqəm və Şahbazın girovluqdan azad olunmasının detalları açıqlandı
Şuşadan aparılan Dilqəm Əsgərovun yeri açıqlandı
"Atam yazıb ki, tək saxlanılır" - Kəlbəcərli girovlardan xəbər var
Döyüş bölgəsindən 314 Azərbaycan hərbçisinin meyiti çıxarılıb
"İcra başçısı gəldi, şəkil çəkdirib getdi, vəssəlam, heç kim maraqlanmır" - Qarabağ Qazisi ŞİKAYƏTÇİDİR
Ailəsi Dilqəm Əsgərovla görüşməyib - “Həkim nəzarətindədir“
Dilqəm Əsgərov və Şahbaz Quliyevdən XƏBƏR VAR
Paşinyanın kitabı zibil qablarını “bəzədi”
Xırdalanda hər ay “qoparılan” 40 min hara gedir? – Ekspert
“Merd petrol”un yanacaq çənindən nələr çıxdı? – VİDEO
“Müalicəmə baxan yoxdur, yalnız ailəm edir” - Yaralı Qazimizi bezdirirlər...
Əfqanıstanlı komandir Azərbaycandan sığınacaq istədi
Sumqayıtda zibil qabına atılan uşağın FOTOsu