Ölkənin aparıcı şirkətlərindən olan “ADOR” MMC  ləğv olunduğunu elan edib.
Bu barədə məlumat “Vergilər” qəzetində yer alıb.
Elanda bildirilir ki, “ADOR” MMC (VÖEN: 1700871041) fəaliyyətinə xitam verilərək “BLESS” MMC-yə (VÖEN: 1700786011) qoşulur və “BLESS” MMC “ADOR” MMC-nin ona qoşulması nəticəsində yenidən təşkil edilir. 
Məlumat üçün bildirək ki, “ADOR” MMC ölkənin aprıcı banklarından olan “Paşa Bank”ın 28%-lik səhminə sahibdir. 
Onu da bildirək ki, bir həftə əvvəl yeni yaranan 2 şirkət - “A-GRADE REAL ESTATES” MMC (23.08.2021-ci il tarixində dövlət qeydiyyatına alınıb) və “AMAL ƏMLAK” MMC (09.08.2021-ci il tarixində dövlət qeydiyyatına alınıb) ləğv olunaraq “PMD GROUP” MMC-yə qoşulublar.
Ləğv olunan hər iki MMC-nin hüquqi ünvanı ölkənin ən böyük şirkətlərindən olan “Paşa Holdinq” ilə eyni ünvanda -  Neftçilər prospekti ev 153-də yerləşir.