Toylarla bağlı açıqlama
21-08-2020, 10:09
144

Toylarla bağlı açıqlama

Ölkədə COVID-19 infeksiyası ilə bağlı vəziyyətin bir qədər sabitləşməsi, yoluxma sayının azalması karantinin yumşaldılması ilə bağlı hökumətə şərait yaradıb. Artıq bir çox biznes sahələrinin, xüsusən də əhalinin ən çox marağında olan çimərlik turizminin, şəhərdə açıq havada xidmət imkanları olan  kafe və restoranların fəaliyyəti bərpa edilib. Bu isə öz növbəsində iqtisadi canlanma yaratmaqla yanaşı, həm çalışanların, həm biznes obyektlərinin, həm də vergilər səbəbindən dövlət büdcəsinin gəlirlərinin artması  deməkdir.
Bəs görəsən, getdikcə iqtisadi aktivliyin artması son aylar yaşanan problemlərin həllinə səbəb ola bilərmi? Postpandemiya dövründə biznesin tam gücü ilə ayağa  qalxması üçün dövlət tərəfindən hansı dəstək proqramlarının həyata keçirilməsinə ehtiyac var?
Mövzu ilə bağlı  “Yeni Müsavat”a danışan iqtisadçı alim Fikrət Yusifov bildirdi ki, yumşalmanın növbəti mərhələsində, ictimai-iaşə müəssisələrinin fəaliyyətinin yenidən başlaması, xüsusi şərtlər çərçivəsində fəaliyyətin tənzimlənməsi bir qədər iqtisadi canlanma yaradır: “Uzun müddətdir fəaliyyət göstərməyən müəssisələr yenidən bəlli şərtlər çərçivəsində çalışacaqlar. Bu müsbət bir haldır. Həm orada çalışan insanların maddi təminatı baxımından, həm də müəssisələrin maddi təminatı baxımından əhəmiyyət kəsb edir. Fəaliyyət göstərən müəssisə, təbii ki, vergisini də vaxtında ödəyəcək. Ancaq əsas məsələ odur ki, bu müəssisələrin fəaliyyəti tam şəkildə bərpa olunsun, müəyyən məhdudiyyət qoyulmadan  çalışsın.
Bu halda insanlar daha çox həmin xidmətlərdən istifadə edə bilərlər. Hər halda vəziyyət, gedişat, yoluxma hallarının sayındakı dinamika onu göstərəcək. Artıq bir neçə dəfə sərt karantin rejimindən yumşalmaya keçib, yenidən sərt rejimə qayıtmışıq. Bir çox ölkələrin təcrübəsində də belə oldu. Biz arzu etmirik ki, yenidən vəziyyət o həddə çatsın. Yoluxma sayı yenə də müəyyən qədər artır, hər şey insanların öz əlindədir. İnsanlar özlərini və ətrafındakıları da qorumaq üçün tələblərə uyğun davranmalıdırlar. İqtisadiyyatın canlanması, obyektlərin  bərpası da bundan asılıdır”.
İş adamı Mürvət Həsənli də vurğuladı ki, iş yerlərinin açılması istənilən halda hərəkətliliyə səbəb olacaq, iqtisadi canlanma yaranacaq: “İnsanların qazanc əldə etməsi müsbət haldır, həm işçilər, həm də müəssisələr əldə etdiyi qazancdan vergi verəcəklər. Ancaq ən böyük hərəkətlilik toylardır. Toyların başlaması bir çox sahələrin  canlanması deməkdir. Bazarlarda hərəkətlilik yaranır. Bütün bu istiqamətlərdən birbaşa və ya dolayısı ilə büdcəyə vergi daxil olur. Ancaq bununla yanaşı biznesin bu məqamda dəstəyə ehtiyacı var. İstənilən müəssisənin 6 ay dayanması  və yenidən hərəkətə gəlməsi üçün maliyyə dəstəyi lazımdır. Yəqin ki, dövlət bunu edəcək”.
İqtisadçı ekspert Samir Əliyev də  açıqlamasında qeyd etdi ki, böhran dövründə hər zaman şirkətlərin iki önəmli problemi olur və hazırda onların həllinə böyük ehtiyac var: “Onlardan biri odur ki, məhsul sata bilmirlər. Çünki tələbat azalır. Bizdə də şirkətlərdə analoji vəziyyət yaranıb. İkinci problem maliyyə əldə etməkdir. Əgər məhsul sata bilmirsə, deməli maliyyəsi də olmur. Üstəgəl borcu da qaytarmaq imkanından məhrum olur, çünki əksər müəssisələr kredit hesabına fəaliyyət göstərir. Banklar da təzyiq göstərir ki, müəssisələr borcu qaytarsın. Satış məsələsi ərzaq məhsullarında yaxşı olsa da, digər sahələrdə tələbat azalır. Xarici ölkələrdə bu tələbi normada saxlamaq üçün əhaliyə maliyyə dəstəyi verilir. Bizdə isə bu fərqli şəkildə, yəni maaşların saxlanılması, sahibkarlara müəyyən maddi yardımların verilməsi kimi həyata keçirildi. Sahibkarların maliyyə vəsaitlərinə çıxışı ilə banklar tərəfindən bağlı müəyyən dəstək olsa da, bu tam olaraq  hamısını əhatə etmədi. Daha çox borcunu vaxtında ödəyən sahibkarlara yardım edildi. Ödəyə bilməyən sahibkarlar üçün isə kredit tətilindən söhbət getmədi. Bu isə o deməkdir ki, sahibkar aldığı krediti qaytarmalıdır”.
Ekspertin fikrincə, bütün bu problemləri sistemləşdirsək, dəstəyin nədən ibarət ola biləcəyini də asanca görə bilərik: “Birinci dəstək, kreditlərlə bağlı olmalıdır, kredit tətili verilməlidir. Bir çox ölkələrdə bu baş versə də, Azərbaycanda buna gedilməli. Kreditlərin ödənilməsini bir neçə ay ertələməklə biznesə dəstək olmaq mümkün idi. İndi də bunu etmək lazımdır. Hökumət banklara deyə bilməz ki, kredit tətili edin. Çünki banklar özəl şirkətdir. Başqa dəstək proqramlarından istifadə edərək kredit borclarının ertələnməsinə nail olunmalıdır. İkinci məsələ kredit faizləridir. Bizdə bu mexanizm tətqib edildi, 15 faizdən çox olmayan kreditlərdə hökumət faizlərin yarısını öz üzərinə götürdü. Ancaq bu da yüksəkdir, çünki şirkət heç borcu qaytara bilmir, nəinki faizləri. Ona görə də, faizsiz maliyyələşmənin təmin edilməsi olmalı idi”.
S.Əliyev vurğuladı ki, digər dəstək əhalinin maliyyə əlçatanlığının artırılması və istehlak kreditləri ola bilər. Hazırkı dövrdə istehlak kreditlərinin azaldılması uğurlu addım deyil. Əhalinin istehlak kreditlərinə çatımı olmalıdır ki, tələb formalaşsın. İstehlak krediti adətən ticarət obyektlərini, idxal şirkətlərini dəstəkləyir. Ancaq istehsalı da dəstəkləyən proqramlar həyata keçirilməsi vacibdir. Ona görə də dövlət qısamüddətli dövrdə istehlak kreditlərinin şərtlərini yüngülləşdirə bilər. Hazırda yenidən biznes obyektlərində yoxlamaların keçirilməsinə başlanılıb. Halbuki 2015-ci ildən etibarən yoxlamalar dayandırılmışdı. İndiki məqamda yoxlamaların başlaması arzuolunan deyil. Vergi faizləri azaldılsa da, bütün şirkətlərə eyni qaydada tətbiq edilmədi. Biznesə dəstəyin yollarından biri də rayonlara gediş-gəlişi təmin etmək və daxili turizmi açmaqdır. Karantin şərtlərinin yumşaldılması, rayonlara yolun açılması biznesə birbaşa və dolayı yolla dəstək deməkdir. Kafe və restoranların müəyyən karantin şərtlərilə açılması da iqtisadiyyatı canlandıra bilər. Hökumət qeyd etdiyimiz güzəştləri etməlidir ki, sahibkarlar da pandemiyadan sonra özlərinə gələ bilsinlər".

Oxşar xəbərlər

Qapalı xidmət göstərən kafe və restoranların da fəaliyyəti bərpa edilsin - Deputat
“Payız karantininə indidən hazırlaşmalıyıq”
Şadlıq sarayları açılsın! - Deputatdan təklif
Deputatdan təklif: “Mall”lar və şadlıq sarayları bu tarixlərdən açılmalıdır
Kafe və restoranlar gecə saat 12-ə qədər işləyəcək
“Elə vəziyyət yaranar ki, səhiyyə sistemi də bu yükü daşıya bilməz” - Nəticə çıxarmalıyıq!
Vergi güzəştləri iqtisadi fəallığı artıracaq - Vüqar Bayramov
“Sədərək”, “Binə” və “mall”lar fəaliyyətini bərpa edir? – Operativ Qərargahdan açıqlama
“SOCAR yenidən qurulmalıdır” - Ekspertdən xəbərdarlıq...
Bakıda kafe və restoranlarda qiymətlər artdı - Video
Kafe və restoranlar açılmalıdır — Rəsmi açıqlama
Məktəbəhazırlıq qruplarına şagird qəbulu nə vaxt başlayacaq?
Məişət xidmətləri göstərən obyektlərinin fəaliyyəti bərpa olunacaq
Birdəfəlik ödəmə ilə bağlı müraciətlərin qəbulu başa çatdı
Azərbaycanda toylar yeni qaydalara uyğun keçirilə bilər
“Yoluxmaların artması artıq ikinci dalğa deməkdir” – ADİL QEYBULLA
Nazirlik kafe və restoranlara xəbərdarlıq etdi
 Azərbaycanda karantin rejimi yumşaldılır - HANSI QADAĞALAR GÖTÜRÜLDÜ?
ABŞ-da ictimai nəqliyyat pulsuz olacaq
Azərbaycanda restoran və “Mall”ların fəaliyyəti bərpa olunur
Novruz Məmmədov nazirləri topladı
Parklanmaya görə cərimələr bərpa edilir - FOTO
DİM: Bəzi ixtisaslara qabiliyyət imtahanları keçirilməyəcək - Diqqət!
Yeni tədris ilində dərslər necə keçiriləcək? - İki ssenari var
Bu qadağa da aradan qaldırıldı
Bakının ev bazarı nə zaman dirçələcək? - Ekspert zaman verdi
Bu gündən kafe və restoranlar açıldı
Hazırda dövlət büdcəsinin icrası ilə bağlı hər hansı bir problem yoxdur
Şagirdlərə tibbi arayışların verilməsi ilə bağlı açıqlama
“Rabitəbank” pandemiyadan zərərçəkmiş sahibkarlara dəstək olmağa davam edir