Daşkəsənin Xoşbulaq kəndində şəhid Eşqin Bağırov anılıb, Zağalı və Dəstəfur kəndlərində şəhid bulaqlarının açılışı keçirilib
29-09-2021, 19:02
160

Daşkəsənin Xoşbulaq kəndində şəhid Eşqin Bağırov anılıb, Zağalı və Dəstəfur kəndlərində şəhid bulaqlarının açılışı keçirilib

   Sentyabrın 29-da Vətən Müharibəsi şəhidi Bağırov Eşqin Rafiq oğlunun anım günü Xoşbulaq kəndində şəhidin valideynlərinin yaşadığı evdə keçirilib.
    Əvvəlcə şəhid Eşqin Bağırovun Xoşbulaq kənd qəbiristanlığında məzarı ziyarət edilib.
Anım günündə Daşkəsən rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin ailə üzvləri, rayonun şəhid anaları və qazilər iştirak ediblər.
Daşkəsən rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyev şəhidin valideynləri və ailə üzvləri ilə görüşüb, şəhid Eşqin Bağırovun otuz illik qısa, lakin şərəfli ömür və döyüş yolundan danışıb, Daşkəsən rayonundan başlayan  Murovdağ döyüşləri haqqında xatirələrini söyləyib. Əhəd Abıyev həmçinin Daşkəsən  rayonunda da şəhid ailələrinə hərtərəfli diqqət və qayğı göstərilməsini bildirərək bu istiqamətdə görülən işlərin dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin və Birinci vitse-prezident  hörmətli Mehriban xanım Əliyevanın daim nəzarətində olduğunu qeyd edib. 
Prezident cənab İlham Əliyevin sərəncamları ilə şəhidimiz Eşqin Bağırov “Vətən uğrunda”, “İgidliyə görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. 
Şəhidin atası Rafiq Bağırov, anası Nazilə Bağırova ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıq bildiriblər.
Daha sonra Əhəd Abıyev rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birgə rayonun Zağalı kəndində Vətən Müharibəsi şəhid Cabbarov Muraz İlham oğlunun xatirəsinə inşa edilən bulağın açılışında iştirak edib.
 Bulaq Daşkəsən rayon İcra hakimiyyətinin dəstəyi ilə şəhidin atası İlham Cabbarov tərəfindən tikilib. 
Əvvəlcə bulağa gül dəstələri düzülüb və şəhidin xatirəsi ehtiramla yad edilib. 
Əhəd Abıyev açılış mərasimdə çıxış edərək deyib ki, bu gün Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva şəhid ailələrinə, qazilərimizə böyük diqqət və qayğı göstərirlər. Vətən Müharibəsində Daşkəsən rayonundan da yüzlərlə gənc könüllü olaraq ordu sıralarına qoşulmuş, qəhrəmancasına vuruşmuşlar. Onlardan 32 nəfər müqəddəs şəhidlik zirvəsinə ucalmışdır. Belə cəsur döyüşçülərimizdən biri də Vətən Müharibəsində onlarla düşməni məhv edərək qəhrəmancasına şəhid olmuş Daşkəsən rayon Zağalı kənd sakini Cabbarov Muraz İlham oğludur. Muraz Cabbarov Xüsusi Təyinatlı Qüvvələrin əsgəri olub. Murazın əsgəri xidməti dövründə Vətən Müharibəsi başlayıb. O, Füzuli istiqamətində gedən döyüşlərdə  qəhrəmancasına şəhid olub. Prezident cənab İlham Əliyevin sərəncamları ilə Muraz Cabbarov “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub. Cəsur, qəhrəman Muraz Cabbarovla bütün daşkəsənlilər fəxr edir, qürur duyur.
    Açılış mərasimdə nitq söyləyən şəhid ata və anaları, Vətən müharibəsi qaziləri Muraz Cabbarovun  qısa, lakin şərəfli həyat yolundan, onun Vətən müharibəsində göstərdiyi igidliklərindən söz açıb, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya  minnətdarlıqlarını bildiriblər.
    Sentyabrın 29-da Vətən Müharibəsi şəhid Şıxıyev Orxan Raqif oğlunun da doğum günü rayonun Şəhidlər xiyabanında qeyd edilib, rayonun Dəstəfur kəndində xatirəsinə inşa edilən bulağın açılış mərasimi keçirilib. 
Bulağın açılış mərasimində Daşkəsən rayon İcra hakimiyyətinin məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, şəhidin doğmaları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
    Çıxışlarda  İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun qəhrəmanlığından, 30 ildən artıq bir müddətdə işğal altında qalan torpaqlarımızın azad edilməsi ilə nəticələnən şanlı Qələbədən, Orxan Şıxıyevin  qısa və şərəfli ömür yolundan danışılıb.
Şəhidin atası Raqif Şıxıyev, anası Sevda Şıxıyeva ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Daşkəsən rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyev rayonun Yuxarı Daşkəsən qəsəbəsində Vətən Müharibəsi şəhidi Tağıyev Ramid Yaqub oğlunun xatirəsinə inşası aparılan bulağın da tikinti işləri ilə maraqlanıb, şəhidin anası Zərniyar Tağıyeva ilə görüşüb.  
    Allah bütün şəhidlərimizə rəhmət eləsin, əziz ruhları şad olsun. 
Elmar Əliyev – Vüqarlı
Daşkəsən RİHBA-nın İctimai-siyasi və 
Humanitar məsələlər şöbəsinin müdir müavini

Oxşar xəbərlər

Daşkəsəndə Vətən müharibəsi şəhidi Röyal Verdiyevin ad günü qeyd edilib
Daşkəsəndə Anım Günü qeyd olunub
DAŞKƏSƏNDƏ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDLƏRİNİN XATİRƏSİNƏ İNŞA EDİLƏN BULAĞININ AÇILIŞI OLUB
Daşkəsəndə Vətən müharibəsi şəhidi Elməddin Vəkilov dəfn edildi — FOTOLAR
DAŞKƏSƏN RAYON İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI ƏHƏD ABIYEV VƏTƏN MÜHARİBƏSİ İŞTİRAKÇLARI, QAZİLƏRLƏ GÖRÜŞÜB
Əhəd Abıyevdən həbs xəbəri ilə bağlı AÇIQLAMA
Daşkəsəndə Silahlı Qüvvələr Günü qeyd olunub
Daşkəsəndə şəhid ailələrinin üzvlərinə və Vətən müharibəsi iştirakçılarına medalları təqdim edilib
Vətən müharibəsində şəhid olan baş leytenant Tərtərdə dəfn edildi
Əhəd Abıyev özünə yeni müavin təyin etdi - FOTO
Füzulinin 38 şəhid verən kəndində abidə kompleksi açıldı - FOTO
Salyanda şəhid dəfn olundu (FOTO)
Mən hal –hazırda Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı olaraq öz iş otağımdayam
Azərbaycan Ordusunun şəhid olan əsgəri Şabranda dəfn olundu
Şəhidin doğum günü ərəfəsində körpəsi dünyaya gəlib - FOTOLAR
Şəhidin ad günü məclisi polislər tərəfindən dağıdılıb?
Şəhid əsgərimiz dəfn olundu
Əhəd Abıyevin icra başçısı olduğu rayonda ƏMƏLİYYAT KEÇİRİLDİ: Saxlanılanlar var
Əhəd Abıyevdən AÇIQLAMA...
Novruz Aslanov şəhidimizin məzarını ziyarət etdi - FOTO
Şəhid statusu verilmiş mülki şəxslərin ailə üzvləri təhsil haqqı ödəməyəcək
20 may 2021-ci il tarixdə Əhəd Abıyev Daşkəsən rayonunun Xoşbulaq kənd sakinlərini qəbul edib
Dövlət başçısı şəhid ailələri ilə görüşdü - FOTOLAR
Beyləqanda şəhid atası icra başçısının verdiyi 300 manatı geri qaytardı – NARAZILIQ
Şəhid hərbi qulluqçumuz dəfn edildi
Mikayıl Cabbaorv Daşkəsənə gedib - FOTO
Vətən Müharibəsi şəhidi Ələkbər Ələkbərli Tərtərdə dəfn edildi - FOTO
Daşkəsənin Dəstəfur kəndində baş verənlərlə bağlı tam açıqlama
Daşkəsən rayon Dəstəfur  kənd icra  nümayəndəsi Lalə Cəfərovanın mətbuata müraciəti
UNEC-in şəhid məzununun diplomu ad günündə məzarı önündə təqdim edildi - FOTOLAR