DYP-dən cərimələrlə bağlı xəbərdarlıq
21-08-2020, 10:41
379

DYP-dən cərimələrlə bağlı xəbərdarlıq

Kamran Əliyev: “Heç kim düşünməsin ki, bir müddət sonra cərimələr silinə bilər”.
Hər gün karantin qaydalarını pozanlar barəsində xəbərlər yayılır. Onların arasında avtobus, taksi sürücüləri də, sərnişin və digər vətəndaşlar da var. Artıq 5 aydır ki, ölkədə karantin rejimi mövcuddur. Bu müddət ərzində xeyli sayda vətəndaş karantin qaydasını pozduğu üçün cərimələnib. Maraqlıdır, bəs cərimə tətbiq edilən şəxslər bu cərimələri ödəyərilərmi?
Xatırladaq ki, bir müddət bundan əvvəl bildirilirdi ki, cəriməni ödəməkdən yayınanların cəriməsi onların maaşlarına yönələ bilər. Bəs cərimə olunan şəxs işləmirsə, bu məsələ necə tənzimlənir?
Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev “Yeni Müsasvat”a danışıb: “Hazırda nə qədər şəxsin cərimə ödədiyi haqda dəqiq məlumat verə bilməyəcəm. Lakin qeyd edə bilərəm ki, pandemiya dövründə karantin rejimi ilə əlaqədar ictimai nəqliyyatda tibbi maskadan istifadə etməyənlər barəsində əməkdaşlaırmız tərəfindən də inzibati xəta haqda protokol tərtib edilib. Sözsüz ki, cəriməni ödəyən və ödəməyən xeyli sayda sürücü var. Lakin həmin iş üzrə qərara əsasən cərimə ödəməyən şəxslər bilməlidirlər ki, onlar bu cəriməni 1 ay ərzində ödəməlidirlər. Əgər 3 ay müddətində cərimə ödənilməzsə, həmin halda məhkəmələr tərəfindən şəxslər barəsində ictimai işlərə cəlb olunması haqda müvafiq qərar qəbul edilə bilər. Bu artıq məhkəmələrin səlahiyyətidir.
Kimsə düşünməsin ki, cərimə ilə bağlı ona güzəşt oluna və yaxud müəyyən müddət keçdikdən sonra cərimələr silinə bilər. Qanunvericilikdə belə bir hüquq norması yoxdur. Ona görə də heç kəs bu məsuliyyətdən azad oluna bilməz".

Fərhad Mehdiyev
Hüquqşünas Fərhad Mehdiyev də məsələyə münasibət bildirib. O qeyd edib ki, cərimə olunan şəxsin daimi iş yeri, maaşı yoxdursa, iddianı onun əmlakına yönəltmək olur:
“Bunun üçün iş məhkəməyə verilməli, məhkəmə qərar qəbul etməlidir. Qərara əsasən əgər rəsmi əmək haqqı yoxdursa, cərimə şəxsin əmlakına, bankdakı puluna yönləndirilə bilər. İcra orqanı tərəfindən vətəndaşın rəsmi maaşı olmasa da aylıq gəlirinə baxıla, həmin gəlirdən tutula bilər. İşləməyən, gəliri olmayan şəxsə icra orqanı tərəfindən xəbərdarlıq edilir. Əgər şəxs cəriməni yenə ödəmirsə, bu zaman inzibati qaydada həbs qərarı çıxarılır. Bununla da inzibati cəriməni inzibati həbs əvəz edir”.

Oxşar xəbərlər

Karantin cərimələrini ödəməyənlərin əmlakına həbs qoyulacaq - RƏSMİ
Karantin cərimələri tutulmağa başladı - Maaş, pensiya, əmlaka həbs...
Kamran Əliyevdən avtomobillərin texniki baxışı ilə bağlı VACİB AÇIQLAMA
Bu sürücülər 400 manat cərimələnəcək
Maska və əlcəkdən istifadə edilmədiyi üçün yazılan cərimələr ödənilməlidirmi? - RƏSMİ
Kamran Əliyev: “Rayonlara yalnız taksi ilə gedib-gəlmək mümkündür”
Postlardan keçə bilmək üçün icazə kağızı bəs etməyəcək – Şərtlər
Bir rayondan digər rayondakı tibb müəssisəsinə tibbi arayışla getmək olar - BDYPİ
Ağdaşda karantin rejim qaydalarını pozan 2 şəxs həbs edilib, 11 obyekt sahibi cərimələnib
Rayonlara gediş-gəliş necə olacaq? - Rəsmi
“Polis postları ləğv olunmayıb, sadəcə...“ - Vaqif Əsədovdan AÇIQLAMA
Yol Polisi Bakı, Sumqayıt və Abşerondan rayonlara gedənlərə xəbərdarlıq edib
Karantin qaydalarının pozulmasına görə yeni cərimələr təsdiqləndi - 10 min manata qədər...
Sabahdan Bakının girişindəki postlar yığışdırılır - Rəsmi açıqlama
Fəaliyyətinə icazə verilən şəxslər bu halda avtomobillərindən istifadə edə bilməz
Avtomobilində dərman qutusu olmayan sürücüləri cərimə gözləyir - DYP
Karantin rejimi yenidən sərtləşdirilə bilər - YOLUXMA ARTIR...
Karantin qaydalarını pozaraq ad günü keçirənlər cərimə olunub
Polisdən “plyonka” xəbərdarlığı: 3 gün sonra...
Sürücülərə 10 manat cərimə xəbərdarlığı
Karantin qaydalarını pozan 12 sürücü həbs olundu
Axtarışda olan şəxs karantin postunda saxlanıldı
Siyəzəndə karantin rejimini pozanlar cərimələnib
Səudiyyə Ərəbistanında polis karantinlə əlaqədar şəxsi evlərdə də yoxlama apara bilər
Bakı qeydiyyatında olan şəxslər rayondan necə gələ biləcək? - AÇIQLAMA
Xüsusi karantin rejiminin pozulması ilə əlaqədar 16 nəfər həbs edilib
Zaqatalada karantin qaydalarını pozan çayxana aşkar edildi
Ölkə ərazisində karantinə görə qurulan postlar ləğv edilir?
"Maska və əlcək taxmayanlar qaydanı pozmuş sayılır" - DİN
Rəqqasə Renka karantin qaydalarını pozduğu üçün cərimələndi - RƏSMİ