"Qrip mövsümünə hazır olun" - ÜST-dən xəbərdarlıq
21-08-2020, 11:04
97

"Qrip mövsümünə hazır olun" - ÜST-dən xəbərdarlıq

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa bürosu qarşıdakı qrip mövsümünə hazırlaşmağı tövsiyə edib.
Gündəlik Bakı xəbər verir ki, büro rəhbəri Hans Kluqe onlayn formatda keçirilən brifinqdə koronavirusla yanaşı qripə yoluxmanı da diqqətdə saxlamağın vacibliyini diqqətə çatdırıb və qrip əleyhinə peyvəndlər sayəsində əhalinin risk qruplarını qorumağa çağırıb. Onun sözlərinə görə, bu il qrip əleyhinə peyvəndlər xüsusilə vacib əhəmiyyət daşıyacaq, çünki qripə yoluxanların mümkün qədər az olması xəstəxana və səhiyyə sisteminin yüklənməsinin qarşısını ala və səhiyyə işçilərinin koronavirus pasiyentlərini diqqətdə saxlamalarına kömək edə bilər.
H.Kluqe, həmçinin qeyd edib ki, hazırda pandemiyanın episentri Avropadan Amerika və digər regionlara keçsə də, bu, Avropa ölkələrində arxayınlıq yaratmamalıdır. Koronavirusa qarşı mübarizə tam gücü ilə davam etdirilməli və eyni zamanda paralel olaraq qarşıdakı qrip mövsümü də nəzərdən qaçırılmamalıdır.
Avqustun ilk həftəsində Avropada iyunun ilk həftəsi ilə müqayisədə 40 min yoluxmanın qeydə alınması narahatlıq doğursa da, büro rəhbəri səhiyyə qurumlarının hazırda vəziyyəti və yoluxma trendlərini daha yaxşı nəzarətdə saxlaya bildiklərini də qeyd edib. O bildirib ki, indiki vəziyyəti fevral ayı ilə müqayisə etmək olmaz, indi artıq virusa qarşı mübarizənin necə təşkil olunmasına dair təcrübə toplanılıb və yoluxma klasterlərinin aradan qaldırılması daha yaxşı həyata keçirilir.

Oxşar xəbərlər

Azərbaycana qrip əleyhinə vaksin gətirilir
ÜST-dən məktəblərin açılması ilə bağlı XƏBƏRDARLIQ: - Mövcud epidemioloji vəziyyət dəyişə bilər
ÜST qripə qarşı kütləvi peyvəndlənməyə çağırıb
ÜST: Avropada hər gün 26 mindən çox yoluxma halı qeydə alınır
ÜST: Oktyabr və noyabr aylarında koronavirusdan daha çox ölüm halları görəcəyik
Sentyabrda COVID-19-a yoluxma sayı hamı üçün həyəcan siqnalı olmalıdır - ÜST
ÜST Rusiyanın koronavirus vaksininə müsbət rəy verib
Pnevmoniya barədə 6 suala cavab – İnsanı öldürən xəstəliyin səbəbləri
Armudun bitməyən faydaları – İnanmayacaqsız!
İşdə və nəqliyyatda qripə yoluxmamaq üçün nə etməli? – Qrip mövsümündə TƏLİMAT
ABŞ koronavirusa qarşı mübarizədə SSRİ təcrübəsinə müraciət edir
Azərbaycana ağır koronavirus xəstələri üçün oksigen konsentratorları gətirilib
ÜST-dən Azərbaycana növbəti dəstək
Azərbaycanda koronavirusun ikinci dalğası olmaya bilər
Koronaviris əleyhinə ilk peyvənd -“Sputnik V”nin Moskva sakinlərinə vurulmasına başlanılıb
Avropa sərt karantinə qayıdır – Bəs Azərbaycan necə?
"Koronavirus hər il olacaq" - Adil Qeybulla
Təkrar yoluxma istisna edilmir - ÜST
Azərbaycanda neçə tibb işçisi koronavirusa yoluxub? - RƏSMİ
“Qışda COVID-19 adi xəstəlik kimi olacaq”
“Heç kəs məcburi şəkildə vaksinasiya edilə bilməz” - İnfeksionist
Pambıq paltarlar koronavirusdan qoruyur? - Həkimdən açıqlama
Azərbaycanda karantin rejiminin yumşaldılması erkən verilmiş qərardır? - RƏSMİ
Dünyada koronavirusa yoluxanların sayı 20,8 milyonu ötüb
Koronavirusa qarşı peyvəndlər əhaliyə hansı qaydada paylanacaq? - ÜST AÇIQLADI
Azərbaycan Rusiyadan koronavirus dərmanı ala bilər
Bu əlamətlər yaranarsa, koronavirusa görə yoxlanmaq vacibdir - Baş infeksionistdən XƏBƏRDARLIQ
Azərbaycan koronavirus peyvəndini hansı ölkədən alacaq? - TƏBİB-dən açıqlama
Peyvənd bu tarixdə hazır olacaq - mütəxəssislər açıqladı
"Kollektiv immunitet xilasımız deyil" - ÜST