"Seroloji test üçün, hələ ki, könüllü müraciətləri qəbul etmirik" - TƏBİB
21-08-2020, 11:52
143

"Seroloji test üçün, hələ ki, könüllü müraciətləri qəbul etmirik" - TƏBİB

Bir çox respirator viruslar orqanizmə daxil olduqdan sonra qanda onlara qarşı anticisimlər (immunitet) formalaşır.
Bunu Trend-ə açıqlamasında Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) infeksion xəstəliklər üzrə işçi qrupunun üzvü Nəzrin Mustafayeva deyib.
Onun sözlərinə görə, COVİD 19-a yoluxan şəxslərdə də bu immunitet seroloji testlərlə və qandan alınmış nümunələrlə aşkar edilir: "Bu testlər əhalinin müəyyən bir qismində aparılandan sonra artıq insanların neçə faizinin bu virusa yoluxub sağaldığı ilə bağlı statistika formalaşır. Son araşdırmalar onu göstərir ki, 81 faizə yaxın insan bu xəstəliyi yüngül simptomlu və ya simptomsuz keçirir. Həmin şəxslər hətta koronavirus xəstəliyini keçirdiklərinin fərqində olmurlar. Bir neçə gün onlarda kəskin respirator infeksiya müşahidə edilir və sonra sağalırlar. Həmin şəxsin koronavirusa yoluxuğunu seroloji testlər vasitəsilə qanda aşkar edə bilirik. Vətəndaşlar bununla bağlı müraciətlər edirlər və koronavirusa yoluxub-yoluxmadığını dəqiqləşdirmək istəyirlər. İndiyə qədər bu müayinələr özəl klinikalarda ödənişli həyata keçirilirdi. İndi isə biz bunu bir layihə kimi həyata keçiririk. Bu layihə Almaniya, Çin, Türkiyə, İspaniya kimi böyük ölkələrdə də həyata keçirilir. Azərbaycanda da bu layihəyə start verilib".
N.Mustafayeva bildirib ki, hazırda seroloji test əhali arasında təsadüfi seçmə yolu ilə aparılır: "Həmin şəxslərə bu müayinədən keçmək təklif olunur. Düzdür, bu prosesdə testdən könüllü keçmək istəyənlər də var və bununla bağlı müraciətlər edirlər. Amma bu proses layihənin təsadüfi seçmə prinsipini pozur. Ona görə də, hələ ki, könüllü müraciətləri qəbul etmirik. Seroloji testi venadan alınmış 3-5 milli qram qanın laborator müayinəsi zamanı müəyyən edilir. Bu testləri icra etmək üçün istifadə olunan reaktivlər Almaniyanın "Avroimmun" şirkətinin istehsalıdır. Bu reaktivlər qanda həmin anticisimləri təyin etməyə həssasdır. Bu müayinədən keçən şəxslərə həmçinin qanın ümumi analizi də ödənişsiz təyin edilir".
İşçi qrupunun üzvü bildirib ki, bu testlər vasitəsilə Azərbaycanda nə qədər insanın koronavirusa yoluxduğu müəyyən ediləcək: "Əgər test zamanı kimdəsə pozitiv nəticə aşkarlanarsa, həmin şəxs arxayın olacaq ki, o artıq COVİD-19-u keçirib və sağalıb. Bu, geniş miqyasda həyata keçirilsə, əhəmiyyətli nəticələr əldə edə bilərik".

Oxşar xəbərlər

TƏBİB: Hazırda testlərlə bağlı vətəndaşlara zənglər edilir
TƏBİB: Azərbaycanda gələn həftədən testlərin keçirilməsinə başlanılacaq
Gələn həftə Gəncə və Sumqayıtda da seroloji testlərə başlanılacaq
Gələn həftədən aparılacaq testlərin məqsədi açıqlandı
"Yoluxan uşaqların sayı heç də az deyil sadəcə...” – Valideynlər, diqqətli olun!
Azərbaycana qrip əleyhinə vaksin gətirilir
“İstənilən halda hər birimiz bu virusa yoluxacağıq”
Jurnalistlər həftə sonları necə işləyəcək? - RƏSMİ AÇIQLAMA
Koronavirus xəstələri üçün kimlər donor ola bilər?
Koronavirusa görə 39 sahə məntəqəsinin ikinci monitorinqi keçirilib
Alimlər açıqladı: hansı insanlar koronavirusa yoluxmur?
Karantin rejimi yenidən sərtləşdirilə bilər - YOLUXMA ARTIR...
Pandemiya daha iki il davam edə bilər
Deputatlar təcili parlamentə çağırıldı - Nə baş verir?
TƏBİB-dən Rusiya peyvəndi ilə bağlı açıqlama
Bu adalarda yalnız COVID-19-dan sağalanlar istirahət edə bilərlər
Azərbaycanda koronavirusa görə ekspress testlər tətbiq olunacaq - RƏSMİ
Evdə müalicə alan 3500-dən artıq COVID-19 xəstəsi pulsuz dərmanlarla təmin olunub
Reanimasiyadakı xəstələrin sayı açıqlandı
Useyn Bolt koronavirusa yoluxub
İşdə və nəqliyyatda qripə yoluxmamaq üçün nə etməli? – Qrip mövsümündə TƏLİMAT
TƏBİB rəsmisi: “Bu gün üçün reanimasiyada olan xəstələrin sayı çoxdur”
TƏBİB “Semaşko”yla bağlı açıqlama yaydı
Rəşid Mahmudov: “Koronavirus oyuncaq deyil, ona qalib gəlməyin bir yolu var...”
Dünyada koronavirusa yoluxanların sayı 26 milyonu keçdi - STATİSTİKA
"Semaşko"da xəstələri pulsuz müalicə edirik” deyən həkimə cinayət işi AÇILDI
“Virusa yoluxmalar daxildə daha çox aşkarlanır”
Bu əlamətlər yaranarsa, koronavirusa görə yoxlanmaq vacibdir - Baş infeksionistdən XƏBƏRDARLIQ
Serj Sarkisyanın səhhəti pisləşdi
Gəncədə koronavirusa kütləvi yoluxmanın səbəbi açıqlandı - RƏSMİ