DTX məlumat yaydı
21-08-2020, 14:41
268

DTX məlumat yaydı

21 avqust - terror qurbanlarının xatirəsinin Beynəlxalq Anım Günüdür.
Gündəlik Bakının xəbərinə görə, Dövlət Təhlükəsizliyi Xidmətinin Facebook səhifəsində bununla bağlı paylaşım edilib.
Bildirilib ki, “Böyük Ermənistan” ideyası ilə yaşayan ermənilər öz məqsədlərinə çatmaq üçün xarici himayədarlarının köməyi ilə müxtəlif vaxtlarda azərbaycanlılara qarşı dəhşətli terrorlar və soyqırımı həyata keçirməklə etnik təmizləmə siyasəti aparıblar.
Qeyd olunub ki, Azərbaycan xalqı son 200 il ərzində erməni millətçilərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı və təcavüzkar siyasətinə məruz qalaraq, öz tarixi torpaqlarından didərgin salınıb, qaçqın və məcburi köçkünə çevrilib.
“Ermənilər XIX əsrin sonlarından etibarən məqsədyönlü surətdə terror təşkilatları yaratmağa və onlardan qonşu xalqlara qarşı istifadə etməyə başlayıblar. 1970-1980-ci illərdə ASALA və digər erməni terror təşkilatları 70-dən çox insanı qətlə yetiriblər. Həmin dövrdə erməni terrorçuları tərəfindən ümumilikdə 22 ölkədə 235-dən çox terror aktı törədilib, 24 türk diplomatı öldürülüb.
Terroru dövlət siyasətinə çevirən müasir Ermənistan Respublikası insanlıq əleyhinə ən ağır cinayətlərə imza atıb. Bu ölkənin xüsusi xidmət orqanları Azərbaycanın müxtəlif yerlərində çoxsaylı terror aktları təşkil edib. Avtobuslarda, metroda, qatarlarda törətdikləri terrorlarla yüzlərlə azərbaycanlını qətlə yetiriblər.
Xocalı və Qaradağlı soyqırımları cəmi 28 il əvvəl dünyanın gözü qarşısında baş verən erməni terrorunun ən dəhşətli və qanlı nəticələridir. 2011-ci ildə Ağdamda 9 yaşlı Fariz Bədəlovun, Tovuzda 13 yaşlı Aygün Şahmalıyevanın, 2017-ci ildə Füzulidə 2 yaşlı Zəhra Quliyevanın və nənəsi Sahibə Allahverdiyevanın, 2020-ci il iyulunda isə Tovuzun Ağdam kəndinin sakini, 76 yaşlı Əziz Əzizovun qətlə yetirilməsi bir daha göstərir ki, terror, xüsusən mülki insanların, körpələrin və yaşlıların öldürülməsi Ermənistanın dövlət siyasətidir”, - deyə məlumatda qeyd olunub.

Oxşar xəbərlər

ABŞ-dakı konsulumuz Paşinyanı belə qarşıladı
Azərbaycandan Ermənistanla bağlı SƏRT AÇIQLAMA: "Əvvəl-axır işğalçı cavab verəcək"
Türk Şurasının Baş Katibliyi “erməni soyqırımı” ilə bağlı bəyanat yayıb
İcma qondarma "seçkilərlə" bağlı bəyanat yaydı
Ermənilər Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbərini terrorla hədələyib
Ərdoğan: "750 İŞİD-çidən 195-i Türkiyə Silahlı Qüvvələri tərəfindən tutulub"
Moskvadakı ermənilər Şuşadakı muzeyə 300 rəsm əsəri hədiyyə edib
“Azərbaycan ərazilərində Yaxış Şərqdən gətirilmiş etnik ermənilər məskunlaşdırılır”
İcma Kəlbəcərin işğalının 27-ci ildönümü ilə bağlı bəyanat yaydı
İrəvan bizim deyil!
XİN: Ermənistanın təhrikedici cəhdləri ilə bağlı həmsədrlər məlumatlandırılıb
Əli Həsənov: "Türkiyənin həyata keçirdiyi əməliyyat mövcud problemin ən rasional həlli variantıdır"
XİN: Ermənistanın Şuşada məscid "təmir" edərək guya ki, dini dəyərlərə hörmət nümayiş etdirmək cəhdi riyakarlıqdır
ABŞ Türkiyədən üzr istədi – Erməni lobbisi hərəkətə keçdi
İsrail mediası yəhudilərin Azərbaycanla həmrəy olmasından bəhs edib
Rəsmi Bakıdan Paşinyana xəbərdarlıq: “Müharibə hələ bitməyib”
Litva "Hizbullah"ı terror təşkilatı kimi tanıyıb
İlham Əliyev: "Qarabağ – Azərbaycandır. Və nida işarəsi"
Ermənilərin təmir bəhanəsi ilə “Yuxarı Gövhər ağa” məscidinə zərər vurması onların özününkiləşdirmə siyasətini bir daha sübut edir
Ramil Usubov Azərbaycanda təhlükəsizliklə bağlı durumu açıqladı
Əli Həsənov: “Söyüş və təhqirdən istifadə edənlərə müxalifət demək olmaz”
“Ermənistanın Qarabağ münaqişəsinin mərhələli həllini rədd etməsi danışıqları alt-üst edir”
Sergey Markov: "Prezident İlham Əliyevin qətiyyətli çıxışı Dağlıq Qarabağ problemi ətrafındakı stereotipləri sındıra bildi"
Ermənistan girovların dəyişdirilməsinə niyə hazır deyil? - TƏHLİL
Milli Məclisin yeni fəaliyyət istiqaməti müəyyənləşir
Ermənilər Bərdənin 60 kilometrliyindədə daha 500 mənzil tikməyi planlaşdırır...- FOTOLAR
Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icması bəyanat yaydı
Moskvadakı hadisələrə görə 3 azərbaycanlı həbs edilib
Meksikada Ermənistanın ölkəmizə qarşı son hərbi təxribatından danışıldı