İcra başçısı əhalinin siyahıyaalınmasıyla bağlı iclas keçirdi
5-10-2019, 14:00
10 291

İcra başçısı əhalinin siyahıyaalınmasıyla bağlı iclas keçirdi

Nizami Rayon İcra Hakimiyyətində əhalinin siyahıyaalınmasının icra vəziyyətinə dair iclas keçirilib.
Bakisesi.com xəbər verir ki, tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov, İcra Hakimiyyəti başçısının müavini, əhalinin siyahıyaalınmasına yardım komissiyasının sədri İldırım Mehdiyev, komissiyanın üzvləri, siyahıyaalma məntəqələrinin müdirləri, müdir müavinləri və təlimatçı-nəzarətçilər iştirak ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov ölkəmizdə 1-10 oktyabr tarixlərində ölkə ərazisində əhalinin növbəti siyahıyaalınmasının Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2016-cı ildə imzaladığı “2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında” Fərmana uyğun həyata keçirildiyini və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı tədbirlər planı haqqında” 16 dekabr 2016-cı il tarixli 517 nömrəli Qərarına əsasən Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə rayonda əhalinin siyahıyaalınmasına yardım komissiyası yaradıldığını və komissiyanın yaradılmasında məqsəd rayon ərazisində siyahıyaalma ilə əlaqədar hazırlıq və onun keçirilməsi üçün nəzərdə tutulmuş tədbirlərin vaxtında, mütəşəkkil yerinə yetirilməsi, qarşıya çıxan çətinliklərin operativ surətdə aradan qaldırılmasının təmin edilməsi olduğunu bildirib. Respublikada olduğu kimi, rayonda da həyata keçirilən əhalinin siyahıyaalınması rayon üzrə əhalinin sayı və tərkibi, o cümlədən iqtisadiyyatı, sosial sahəsi, mənəvi dəyərləri və sair səlis informasiyaların əldə olunmasına imkan verəcəkdir.
Sonra İcra Hakimiyyəti başçısının müavini, əhalinin siyahıyaalınmasına yardım komissiyasının sədri İldırım Mehdiyev rayon üzrə əhalinin siyahıyaalınmasının gedişi barədə ətraflı məlumat verib.
İclasın sonunda Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov mühüm dövlət tədbiri olan əhalinin siyahıyaalınmasının müvəffəqiyyətlə keçirilməsi üçün müvafiq dövlət qurumlarına aidiyyəti üzrə tapşırıqlar verib.

Oxşar xəbərlər

Yeni icra başçısı müavinlərini və köməkçisini İŞDƏN ÇIXARDI
Nizaməddin Quliyevin işdən çıxarılan kadrının yerinə TƏYİNAT
Prezident Ənvər Seyidəliyevi vəzifəsindən AZAD ETDİ
Yeni icra başçısı İTV-nin əməkdaşı olub
Yeni icra başçısı özünə köməkçi TƏYİN ETDİ
İcra başçısı ilə birgə saxlanılan müavinləri - FOTO
Azərbaycanın ən uzun ömürlü icra başçıları: onlar kimdirlər? - SİYAHI
İcra başçısı şöbə müdirini İŞDƏN ÇIXARDI
Qəzənfər Ağayev hökumətdən küsüb? – İddia
Elə bil bu adda icra başçısı yoxdur... - Qəzənfər Ağayev rayonu da, özünü də təcrid edib...
Nərimanov rayon icra hakimiyyətinin şöbə müdiri dünyasını dəyişdi – Məsələ araşdırılır
Azərbaycanda icra başçısı belə tutuldu - ANBAAN VİDEO
“Səhvim oldu, prezident də çıxardı” - Arif Qasımov
Siyahıyaalmadan kənarda qalan şəxslər üçün XƏBƏR
Arif Qasımovun qovulmasının sirri açılır: "Qara Kassa" Ramin Əhmədov kimdir? - Fotolar
Əli Əhmədov təcili iclas keçirdi
Saatlıya təyin olunan icra başçısı kimdir?
Həbs edilən icra başçısı Vidadi Zeynalovun qohumudur
Daha bir məmur üçün YOLUN SONU: - Prezidentin danladığı icra başçısı işdən çıxarılır?
Bir neçə rayon rəhbəri ilə bağlı İDDİA - SİYAHI
Ramiz Mehdiyevin 25 illik kadrı işdən çıxarılır? - İDDİA
Neftçalada ehtiyata buraxılan gənclərlə görüş keçirildi
Azərbaycanda yüksək vəzifəli şəxs öz bacanağına vəzifə verdi - FOTO
Nizami rayon İcra başçısı Arif Qasımov vəzifədən gedir?
Nizaminin başçısı Arif Qasımovun vəzifəsindən azad olunacağı və həbs ediləcəyi iddia olunur
İcra başçısı karantin qaydalarını pozdu — FOTOFAKT
İcra başçısı müavini və şöbə müdirini işdən çıxardı
DTX-nın həbs etdiyi sabiq icra başçısı vəkilindən imtina etdi
Goranboy İcra Hakimiyyətində yeni TƏYİNATLAR
Tərtərdə karantin rejiminin vəziyyəti ilə bağlı növbəti reyd keçirilib