Abşeronda müəllimlər günü qeyd edilib
5-10-2019, 14:10
10 391

Abşeronda müəllimlər günü qeyd edilib

Abşeron rayonunda da 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə bayram tədbiri keçirilib. Əvvəlcə tədbir iştirakçıları Bakisesi.com xəbər verir ki, Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə çıxış edən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova müəllimləri peşə bayramı münasibətilə təbrik edib, onlara xoş arzularını bildirib. Təhsilin inkişafı və onun beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində həyata keçirilən dövlət siyasətinin real nəticələrindən danışan başçı Abşeron rayonunda təhsillə bağlı görülən işlər barədə söz açıb. Məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi və təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində mühüm işlərin görüldüyünü vurğulayan İ.Gülməmmədova son illərdə rayonda bir neçə məktəbin əsaslı təmir olunduğunu, yeni məktəb və bağçaların tikilib istifadəyə verildiyini yığıncaq iştirakçılarının diqqətinə çatdırıb.
Xanım başçı qeyd edib ki, cənab Prezident İlham Əliyevin sərəncamı ilə Beynəlxalq Müəllimlər Günü ərəfəsində rayonun müəllimlərindən olan
Xırdalan şəhər 3 nömrəli tam orta məktəbin müəllimi Əliyev Firudin İsmayıl oğlu "Tərəqqi” medalı, Mehdiabad qəsəbə 4 nömrəli tam orta məktəbin müəllimi Həsənova Ərkinaz Paşa qızı "Əməkdar müəllim” fəxri adı, Təhsil Nazirliyinin əmrinə əsasən Təhsilin inkişafında fərqləndiyinə görə Xırdalan şəhər 3 nömrəli tam orta məktəbin müəllimi Abdullayeva Xatirə Şamil qızı və Masazır qəsəbə 1 nömrəli tam orta məktəbin müəllimi Quliyeva Bilqeys Qüdrət qızı “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı , Görədil kənd 1 nömrəli tam orta məktəbin müəllimi Heydərova Rəmziyyə Mehdi qızı isə “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı”na layiq görülüblər.
Bayram tədbirində rayon Təhsil şöbəsinin müdiri Nazilə Məmmədova son illərdə Abşeronda təhsil sahəsində qazanılmış uğurlardan, yeni məktəb binalarının tikintisindən ətraflı söhbət açıb, təhsil işçilərinin sosial müdafiəsinin möhkəmləndirilməsi istiqamətində görülən işlərdən danışıb.
Sonra Respublikanın əməkdar müəllimi, rayon Ağsaqqallar şurasının sədri Nadir Ağayev, Bakı Mühəndislik Universitetin rektoru, professor Havar Məmmədov, Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecinin direktoru Ruxsarə Əliyeva və digərləri çıxış edərək Abşeron müəllimləri adından Azərbaycan təhsilinə göstərilən yüksək diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Sonda icra başçısı İ.Gülməmmədova tərəfindən təhsilin inkişafındakı xidmətlərinə görə bir qrup müəllimə fəxri fərmanlar təqdim olunub.

Oxşar xəbərlər

Birinci vitse-prezident Mehriban Əliyeva: "Müəllimlik olduqca hörmətli peşədir"
Neftçalada ehtiyata buraxılan gənclərlə görüş keçirildi
İsmayıllıda müstəqilliyimizin bərpasının 28-ci ildönümü qeyd edildi
Prezident İlham Əliyev Braziliya Prezidentini təbrik edib
Əli Həsənov: "Ən şərəfli peşə sahibi-müəllim!"
İlham Əliyev iki həmkarına təbrik məktubu göndərdi
İlham Əliyev MDBMİ-ni yubiley münasibətilə təbrik edib
Sahibə Qafarova yüksək bal toplayan abituriyentlərlə görüşdü - Foto
Azərbaycan Prezidenti braziliyalı həmkarına məktub göndərib
İcra başçısı əhalinin siyahıyaalınmasıyla bağlı iclas keçirdi
İlham Əliyev Moldova Prezidentini təbrik etdi
“Keşikçi qala” sərhəd zastavası kompleksi istifadəyə verilib
Tanınmış diplomat Daşqın Şikarov Mehriban Əliyevanı təbrik etdi
Birinci vitse-prezident Mehriban Əliyeva Dövlət Müstəqilliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
Ağdaş Təhsil Şöbəsində dövlət büdcəsi talanır - İTTİHAM
Güclü külək evlərə və köşklərə ciddi zərər vurub
Milli mətbuatın yaranmasından 145 il ötür
Gürcüstanda azərbaycandilli məktəb bərpa olundu
İlham Əliyev Neftçilər Günü ilə bağlı mərasimdə
Prezident İlham Əliyev rusiyalı həmkarı Vladimir Putini təbrik edib
Prezident Anatoli Torkunovu təbrik etdi
Türkiyəli nazir Azərbaycanı təbrik etdi
"Qoy müstəqilliyimiz əbədi olsun!" - Mehriban Əliyeva
Bir qrup mədəniyyət xadiminə mükafatlar təqdim olundu
Birinci vitse-prezident Mehriban Əliyeva Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın 45-ci illik konfransının iştirakçılarına müraciət ünvanlayıb
“Qobu” ES Bakı və Abşeronun “Mingəçevir” İES-dən asılılığını aşağı salacaq”
Abşeronda ağır qəza - İki azyaşlıdan biri öldü
“Polis öz vəzifə borcunu ləyaqətlə yerinə yetirir” – İlham Əliyev
45  və  212 saylı  məktəblərdə nələr  baş verir ?
Prezident İlham Əliyev Teymur Rəcəbovu təbrik edib