Peyvənd olunmadan taksi fəaliyyəti ilə məşğul olan şəxslər CƏZALANDIRILDI
7-10-2021, 20:26
68

Peyvənd olunmadan taksi fəaliyyəti ilə məşğul olan şəxslər CƏZALANDIRILDI

Sumqayıtda peyvənd olunmadan taksi fəaliyyəti ilə məşğul olan 20-dən artıq sürücü cərimə edilib.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, oktyabrın 1-dən avtomobil nəqliyyatı ilə yük və sərnişin daşınması ilə məşğul olan, o cümlədən taksi sürücülərindən 2-ci doza peyvənd olunmalarına dair COVID-19 pasportu tələb olunur.
Qeyd edilən qaydalara əməl olunmasına nəzarəti gücləndirmək məqsədi ilə polis əməkdaşları tərəfindən nəzarət-profilaktik tədbirlər davam etdirilir. Növbəti belə tədbir bu gün Sumqayıt Şəhər Polis İdarəsinin və Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən keçirilib.
Tədbir zamanı peyvənd olunmadan, yəni 2-ci dozanı qəbul etmədən taksi fəaliyyəti ilə məşğul olan sürücülər saxlanılıblar. Həmin sürücülər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə tədbir görülüb.
Profilaktik tədbirlər zamanı taksilərdə şəffaf arakəsmələr quraşdırmayan sürücülər, eləcə də, avtomobilin ön oturacağında əyləşən və tibbi maskadan istifadə etməyən sərnişinlər barədə də qanunauyğun tədbirlər görülüb.
Tədbir nəticəsində ictimai nəqliyyatda maskadan istifadə etməyən sərnişinlər, eləcə də sürücülər polis əməkdaşları tərəfindən müəyyən ediliblər. Tibbi maskadan istifadə etməyən şəxslər avtobuslardan düşürülüb, onlar barəsində inzibati tənbeh tədbiri görülüb.
Sumqayıt şəhərində keçirilən profilaktik tədbir zamanı sanitar-karantin qaydalarını pozan 20-dən artıq sürücü və sərnişin barəsində protokol tərtib edilib.

Oxşar xəbərlər

DYP-dən taksi sürücülərinə XƏBƏRDARLIQ
Taksi sürücülərinə bəd xəbər - Oktyabrın 1-dən... - VİDEO
Taksi sürücülərinin vaksin pasportu belə yoxlanılacaq - RƏSMİ
Sumqayıtda şadlıq evinin sahibinə cinayət işi açıldı
Taksi fəaliyyəti ilə bağlı qaydalar açıqlandı
Maskadan istifadə etməyənlər CƏRİMƏLƏNDİ
Bakıda 80-ə yaxın avtobus sürücüsü cəzalandırılıb
Həftəsonu lisenziyası olan taksilər işləyəcək - DİN açıqladı
Bölgələrdən qanunsuz sərnişin daşıyan sürücülər yaxalandı - Video
DYP avtobus və taksi sürücülərinə müraciət etdi
Maska taxmayan sərnişinlər avtobusdan düşürüldü - VİDEO
Taksi fəaliyyəti ilə məşğul olan COVİD-19 xəstəsi saxlanıldı
COVID pasportu olmayan marşrut sürücüləri reysə buraxılmayacaq - RƏSMİ
Bu sürücülər cərimələndi
Balakəndə karantin rejimi ilə bağlı reyd keçirilib
Sumqayıtda restoran sahibi barəsində cinayət işi başlanıldı
Yalnız bu taksi sürücüləri şəhərlərarası sərnişin daşıya biləcəklər
Su Polisi əməliyyat keçirdi - Saxlanılanlar var
Bu şəxslərdən də COVID pasportu TƏLƏB EDİLƏCƏK
Polis karantini pozanları belə cərimələdi - VİDEO
Su Polisindən daha bir uğurlu əməliyyat - VİDEO
Bayram günləri taksilərin qiyməti artdı?
Polis maskadan istifadəyə nəzarəti gücləndirib
Nəsimi rayonunda quldurluq və oğurluq edən şəxslər saxlanıldılar - FOTO
Rayon qeydiyyatlı sərnişini Bakıya gətirən sürücü HƏBS EDİLDİ
Polislər koronaviruslu taksi sürücüsünü bu yolla iş başında yaxaladı - VİDEO
Bakı və Sumqayıt, Abşeronda sərnişindaşımada COVID pasportu tələb olunacaq? - RƏSMİ
Polis qanunsuz balıq ovlayanları saxladı
Bakıda taksidə ön oturacaqda oturanlar cərimələndi - Video
“No name” çay evi qanunsuz işləyirmiş - FOTOLAR