Su Polisindən daha bir uğurlu əməliyyat - VİDEO
21-08-2020, 16:03
186

Su Polisindən daha bir uğurlu əməliyyat - VİDEO

Müvafiq icazələri olmadan qanunsuz olaraq ov etməyə çalışan şəxslərə qarşı Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.
Gündəlik Bakının verdiyi xəbərə görə, həyata keçirilən sonuncu tədbir zamanı Lənkəran şəhərində idarənin inzibati ərazisinə daxil olan “Qızılağac” Milli parkında qanunsuz olaraq quş ovlanmasının qarşısı polis əməkdaşları tərəfindən alınıb. Həmin şəxslərə məxsus motosikletlərə baxış zamanı müxtəlif ov alətləri və digər ləvazimatlar aşkar olunaraq maddi sübut kimi götürülüb. Araşdırma zamanı aşkar edilən motosikletlərin heç bir sənədinin və qeydiyyat nişanlarının olmadığı məlum olub.
Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən dəfələrlə edilən xəbərdalıqlara baxmayaraq brokenyerliklə məşğul olan şəxslərə qarşı da mütəmadi olaraq tədbirlər həyata keçirilir. Sonuncu belə tədbir zamanı Xəzər dənizinin Hövsan-Türkan istiqamətində qanunsuz balıq ovu ilə məşğul olan Suraxanı rayon sakinləri Həmid Aslanov və Bəhruz Hüseynov saxlanılıblar. Baxış zamanı həmin şəxslərdən qanunsuz balıq ovu ilə məşğul olan zaman istifadə etdikləri qayıq, tor, balıqovlama alətləri və qanunsuz olaraq tutduqları müxtəlif növ balıq aşkar olunaraq götürülüb.
Qeyd edək ki, Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən balıqçılıqla məşğul olan şəxslərlə mütəmadi olaraq profilaktik söhbətlər aparılır. Onlara müvafiq qərara əsasən sentyabr ayının 1-nə qədər ümumiyyətlə balıq ovlanmasının qadağan olduğu barədə məlumatlar verilir. Həmçinin balıqçılıqla  məşğul olan şəxslərin diqqətinə çatdırılır ki, Asan Xidmət Mərkəzlərində dövlət rüsumu ödəməklə kvotalar əldə edərək müəyyən edilən çəkidə və qaydalarda balıq tutmaqla məşğul olmaq mümkündür. Balıqçılar hansı növə aid balıqların tutulmasına icazə verildiyi barədə məlumatları isə Su Nəqliyyatında Polis İdarəsinə müraciət edərək əldə edə bilərlər. Həmin şəxslərə xəbərdarlıq edilir ki, qeyri-qanuni balıqçılıq fəaliyyəti ilə məşğul olan, qanunsuz ov alətlərindən istifadə edən şəxslərə qarşı Cinayət və İnzibati Xətalar Məcəllərində nəzərdə tutulan qaydada cəza və cərimələr tətbiq ediləcək.
Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən, həmçinin qanun pozuntusuna yol verərək Xəzər dənizinin dibi ilə çəkilən dəmir boru kəmərləri və müxtəlif təyinatlı naqilləri kəsib satışını təşkil edən şəxslərə qarşı da mübarizə, eləcə də əməliyyat tədbirləri mütəmadi olaraq qətiyyətlə davam etdirilir.

Oxşar xəbərlər

“Qızılağac”da qanunsuz quş ovlayan şəxslər saxlanıldı - VİDEO
Su Polisi əməliyyat keçirdi - Saxlanılanlar var
Quba və Qusarda ağacları kütləvi olaraq qıran dəstə üzvləri saxlanıldılar
Maştağada silahlı şəxs tutuldu – Foto
17 kiloqramdan çox narkotiki onlayn yolla satmaq istədilər
Bakıda daha bir narkotacir tutuldu - FOTO/VİDEO
Bakıya narkotik vasitə gətirmək istəyən şəxslər tutuldu - FOTO/VİDEO
Binəqədidə əməliyyat keçirilib - Həbs olunanlar var...
İrandan Azərbaycana 10 milyon manatlıq narkotik gətirən şəxslər saxlanılıb
Qanunsuz olaraq saxlanılan ov tüfəngi götürülüb
Narkotik vasitə satan Gürcüstan vətəndaşı Bakıda tutuldu - FOTO
15 kiloqramdan artıq narkotik qanunsuz dövriyyədən çıxarıldı - Foto, Video
Nəsimi rayonunda silahlı şəxs saxlanıldı
Qubada cinayətkar dəstənin üzvləri ələ keçdi - FOTO
Ağdaş sakininin üzərində və yaşadığı evdə narkotik aşkarlandı - FOTO
Saxta arayış satan şirkət rəhbəri tutuldu - FOTO/VİDEO
Bakı polis əməliyyatı - Heroin alverçiləri yaxalandı
Qanunsuz balıq ovlayan şəxslər cəzalandırıldılar
DGK-dan həbs olunan şöbə rəisi ilə bağlı RƏSMİ AÇIQLAMA
Sabirabad sakinindən 14 kq marixuana və 27 çətənə kolu götürülüb
Ağcabədidə narkotik vasitə yetişdirən şəxs saxlanıldı - FOTO
Lənkəranda heroin satan keçmiş məhkum tutuldu - FOTO
Bərdədə narkotacirlərə qarşı əməliyyat: 11 nəfər saxlanılıb - VİDEO
Siyəzəndə çətənə bitkisi yetişdirən şəxs saxlanıldı
Silah gəzdirən şəxs saxlanıldı
Bakıda qanunsuz fəaliyyət göstərən masaj salonu aşkarlandı - FOTOLAR
Qanunsuz balıq ovlayan şəxs cəzalandırıldı
Ağdaşda keçmiş məhkumun evindən narkotik vasitələr aşkar edildi - FOTO
Narkobaron “Çopur Ramiz”  dəstəsiylə birlikdə tutuldu
Daha bir uşaq bağçasının sahibi və valideynlər cərimələndi - FOTO