Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq fövqəladə və səlahiyyətli səfiri olmuş Eldar Həsənovun cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilir.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə iş üzrə Serbiya səfirliyində işləyən 4 nəfər şahid qismində dindirilib.
Prokurorluq və vəkillərin suallarını cavablandıran şahidlər bildiriblər ki, işlədikləri dövrdə Eldar Həsənovdan heç bir qanunsuz tapşırıq və göstərişlər almayıblar.
Məhkəmənin baxış iclası oktyabrın 19-na təyin edilib.
Xatırladaq ki, aparılmış istintaqla Həsənov Eldar Hümbət oğlunun Azərbaycan Respublikasının Rumıniya, Serbiya Respublikası, Bosniya və Herseqovina və Monteneqroda fövqəladə və səlahiyyətli səfiri kimi fəaliyyət göstərdiyi 2010-2020-ci illərdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 17.931.316 manat (16.893.868 avro) pul vəsaitini səfirliklər üçün yeni inzibati binaların alınması, habelə təmir-tikinti işləri ilə əlaqədar israf etmə və mənimsəməsinə, cinayət yolu ilə əldə edildiyini bilə-bilə 11.804.661 manat (11.156.716 avro) məbləğində pul vəsaitini leqallaşdırmasına, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı törətməsinə, vəzifəli şəxs kimi vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan 327.373 manat (180.728 avro) məbləğində mühüm zərər vurmasına və dövlət büdcəsinin xeyli miqdar təşkil edən 192.387 manat (101.761 avro) pul vəsaitindən təyinatı üzrə istifadə etməməsinə əsaslı şübhələr müəyyən edilib.
Buna görə, Eldar Həsənova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israfetmə, külli miqdarda törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, külli miqdarda törədildikdə) 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) 308-1.1 (Dövlət büdcəsinin vəsaitindən təyinatı üzrə istifadə etməmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.
Qeyd edək ki, Eldar Həsənovun birgə ittiham olunduğu cinayətlərin digər iştirakçıları barəsində cinayət işi ayrıca icraata ayrılaraq istintaqı davam etdirilir.
Eldar Həsənovun məhkəməsində səfirliyin əməkdaşları dindirilib
08
oktyabr
18:51

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Eldar Həsənovun məhkəməsi başlayır
Eldar Həsənov prokurorun suallarını cavablandırdı
Eldar Həsənovun cinayət işi icraata verildi
Eldar Həsənovun məhkəməsi təxirə salındı
Eldar Həsənov ifadə verdi
Eldar Həsənov on milyonlarla manatı mənimsəməkdə ittiham olunur
Eldar Həsənov özünə yeni vəkil tutdu
Eldar Həsənov məhkəmədən xərəkdə çıxarıldı - FOTO
Məhkəmə Eldar Həsənovla bağlı QƏRAR VERDİ
Bu gün Eldar Həsənovun ev dustaqlığına buraxılmasına dair şikayətinə baxılacaq
"Eldar Həsənovun sağlıq durumu yaxşı deyil" - Qardaşından AÇIQLAMA
Eldar Həsənovun həbs müddəti UZADILDI
Apellyasiya Məhkəməsi Eldar Həsənovla bağlı qərar verdi
Eldar Həsənovun hüquqlarını vəkil Adil İsmayılov müdafiə edəcək
Eldar Həsənov məhkəmədə ifadə verir - FOTO
Eldar Həsənov şüşə qəfəsdən çıxarıldı
Eldar Həsənov bu xəstəliklərdən əziyyət çəkir
Eldar Həsənovun məhkəməsinin vaxtı məlum oldu - YENİLƏNİB
Eldar Həsənovun ayaqları tutulub
Eldar Həsənovun necə saxlandığı açıqlandı
Eldar Həsənov əməliyyat olundu
Eldar Həsənov Bakıda istintaqa cəlb olundu
Eldar Həsənov səfir vəzifəsindən
Eldar Həsənov DTX-nin hospitalına köçürüldü
Eldar Həsənov bu gün əməliyyat olunacaq
Eldar Həsənov apellyasiya şikayəti verib
Eldar Həsənovun dostu olan keçmiş deputat saxlanılıb? - Açıqlama
Abel Məhərrəmovun oğlu vəzifədən azad edildi - Yeni təyinatlar
“Bir neçə vəzifəli şəxsin həbs olunması an məsələsidir”
Eldar Həsənovun şəriki də həbs edildi
- İrəvanda Baş Prokurorluğun qarşısında etiraz aksiyası keçirilir - VİDEO
- Məşhur film ulduzu Ukraynadakı müharibədə ağır yaralandı
- Ali təhsilin ACINACAQLI VİLAYƏTİ... - İTTİHAM VAR!
- Şəmkir necə AĞLAR GÜNƏ QALDI... - İLGİNC FAKTLAR
- "Yeni Müsavat"ın baş redaktoru istefa verdi
- Sabiq baş nazirlə səfir arasında qalmaqal: "Onu ciddi adam kimi tanıyırdım" (YENİLƏNİB)
- İrlandiyanın baş naziri Kiyevə gəldi
- Prezident Roza Zərgərlinin oğluna ev verdi - FOTO
- Sabah 36 dərəcə isti olacaq
- Rusiya yenidən İlan adasına zərbə endirməyə cəhd edib
- Rusiyanın ən böyük qurğuşun istehsalı zavodu fəaliyyətini dayandırdı
- Milli Məclisin iclasının gündəliyi dəyişdi
- Azərbaycan nefti bahalaşdı
- Azərbaycanda ən yüksək balı onlar topladı - Fotolar
- Kuleba iranlı həmkarını Ukraynaya dəvət etdi
- Şirvanda mikroavtobusdan 10 min manat oğurlandı
- Misirdə akula turist qadını parçaladı - Video
- “Avtodetal”ın sahibi Əfqan Abdullayev həbs olundu… - Şirkətin bütün işçiləri məsuliyyətə cəlb oluna bilər...
- Mərhum müğənninin xatirə abidəsi qarət olundu
- Mərdəkanda qadın evdən 10 min avro oğurladı
- Hacıqabulun 24 yaşlı sakini özünü güllələdi
- AZAL-ın ölçüyəgəlməz İŞTAHASI... - BELƏ HARA GEDİRİK?
- Ukrayna Baş Qərargahı Rusiyanın itkilərinin sayını açıqlayıb Ətraflı
- Bazar günü hava necə olacaq?