Xaricə gedən Azərbaycan vətəndaşlarının sayı 3 dəfədən çox azalıb
21-08-2020, 17:01
219

Xaricə gedən Azərbaycan vətəndaşlarının sayı 3 dəfədən çox azalıb

Bu ilin yanvar-iyul aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı ötən ilin etyni dövrü ilə müqayisədə 3,1 dəfə azalaraq 996,5 min nəfər olub.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ölkə vətəndaşlarının 32,8%-i İrana, 29,2%-i Gürcüstana, 20,3%-i Rusiya Federasiyasına, 10%-i Türkiyəyə, 7,7%-i digər ölkələrə səfər etmişdir. Gedənlərin 69,9%-ni kişilər, 30,1%-ni qadınlar təşkil edib. Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 3,6 dəfə, Türkiyəyə gedənlərin sayı 3,4 dəfə, Gürcüstana gedənlərin sayı 3 dəfə, Rusiya Federasiyasına gedənlərin sayı isə 2,7 dəfə azalıb.
2020-ci ilin yanvar-iyul aylarında xarici ölkələrə səfər etmiş Azərbaycan vətəndaşlarının 80,7%-i dəmir yolu və avtomobil, 17,2%-i hava, 2,1%-i isə dəniz nəqliyyatından istifadə etmişdir.
Xatırladaq ki, hesabat dövründə Azərbaycana gələn əcnəbilərin sayı 618,3 min nəfər olub, bu da illik ifadədə 2,9 dəfə azdır.

Oxşar xəbərlər

Gürcüstan həbsxanalarında 106 Azərbaycan vətəndaşı saxlanılır - Aralarında qadın da var
Azərbaycanın idxal-ixracında əsas məhsulların və tərəfdaş ölkələrin SİYAHISI
Ötən ay Azərbaycana ən çox bu ölkələrdən qonaq gəlib
Azərbaycan vətəndaşlarının Türkiyədə aldığı daşınmaz əmlakın sayı
Azərbaycan əhalisinin sayı AÇIQLANDI
Azərbaycanın sığorta bazarı 11% böyüyüb
Bu il Azərbaycanda istehsal edilən avtomobillərin sayı açıqlandı
Karantin dövründə Azərbaycanda evlənənlərin və boşananların sayı açıqlandı
İnflyasiya əhalinin gəlirlərindəki artımı silib
Azərbaycan əhalisinin sayı açıqlandı
Əhalimiz daha çox hansı nəqliyyatdan istifadə EDİR?
“Azərbaycan xalqı dünyanın ən çox dərman yeyənləri siyahısındadır” – Qubad İbadoğlu
Sərhədlər açılan kimi Türkiyəyə axın etdilər - 18 günə 120 min turist
Azərbaycana səfər edən çinli turistlərin sayı 64 faiz artıb
Ölkə əhalisi ticarət mərkəzlərində 27,6 milyard manat xərcləyib - Daha çox nəyə?
Köhnə maşını olanlara pis xəbər - Yeni qadağalar gəlir
Bu il ümumi daxili məhsul istehsalı azalıb
Köhnə maşını olanlara pis xəbər – Yeni qadağalar
Köhnə maşını olanlara pis xəbər – Yeni qadağalar
Azərbaycanda 16 nəfər yanaraq öldü
Azərbaycanın dövlət büdcəsində kəsir yaranıb
1342 nəfər daimi yaşamaq üçün Azərbaycana gəlib
Rusiyada daha 110 nəfər virusdan ölüb
Bu ölkənin dövlət borcu rekord rəqəmlərə çatıb
İş arxasınca Rusiyaya getmək yolu çətinləşir
Azərbaycanda pensiyaçıların 57 faizi...
Ermənistanda koronavirusdan ölənlərin sayı 864-ə çatdı
Azərbaycan əhalisinin sayı açıqlandı
Rusiyada koronavirusa yoluxanların sayı KƏSKİN ARTDI
Ərəb ölkələrində koronavirusa yoluxma halları artır