Müğənni Azad Şabanov ikinci dəfə ata olub.
Sənətçinin ikinci oğul övladı dünyaya gəlib.
Bu haqda sənətçi özü bildirib. O, övladına Pənah Əli adını verib:
"Kaş ki, ürəyimdə olan avazı ifadə edə bilərdim. İlk etirafımız səmaya, Tanrıya doğru baxarkən oldu, şükür ki, sevinc göz yaşımız ilə doldu. Allah bizə yaxşı valideyn olmağı nəsib etsin. Qızım, Səid Əlim və Pənah Əlim..."
Qeyd edək ki, sənətçi 2019-cu ilin noyabrında Toma adlı xanımla ailə həyatı qurub. Cütlüyün iki övladı var.