Ehsan Zahidovdan Ramiz Mehdiyevin nəvəsinin toyu ilə bağlı açıqlama
21-08-2020, 20:04
315

Ehsan Zahidovdan Ramiz Mehdiyevin nəvəsinin toyu ilə bağlı açıqlama

Prezident Admnistrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin nəvəsinin toy mərasimi ilə bağlı qalmaqal davam edir. Sosial şəbəkələrdə bu məsələ ilə bağlı müvafiq qurumların izahat verməsi tələb olunur.
Karantin qaydalarına riayət olunmasına nəzarət edən Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov isə toy mərasiminin keçirilmədiyini, bir neçə nəfərin iştirakı ilə toplantı təşkil olunduğunu deyib.
“Ona açıqlama verdilər, dedilər ki, toy deyil, mən haradasa oxudum. Kimsə çıxıb dedi ki, o toy deyil, bir neçə nəfərin iştirakı ilə olan toplantı olub”. – deyə o, bildirib.
Lakin həmin mərasimdə iştirak edən Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov müsahibəsində toy mərasiminin keçirildiyinin təsdiqləyib. İddia edib ki, mərasimdə karantin qaydalarına riayət olunub. Əməkdaşımız YAP-çı deputata sosial şəbəkələrdə həmin mərasimdən yayılan videoda bunun əksinin göründüyünü xatırlatdıqda o, “İştirak etmişəm düz etmişəm” deməklə özünə haqq qazandırıb.
Bundan sonra əməkdaşımız DİN-nin sözçüsü Ehsan Zahidovla əlaqə saxlayaraq mərasimin bir-iki nəfərin iştirakı ilə keçirilən toplantı olmadığını, Siyavuş Novruzovun da bunu təsdiq etdiyini onun diqqətinə çatdırıb və məsələ ilə bağlı hansısa tədbirin görülüb-görülməyəcəyini soruşub. Maraqlıdır ki, Ehsan Zahidov bir neçə saat əvvəl Yeniavaz.com-a dediklərinin təkzib edib. O bildirib ki, heç kimə açıqlama verməyib.
“Mən heç kəsə açıqlama verməmişəm. Ümumiyyətlə, biz bu barədə açıqlama verməmişik. Daxili İşlər Nazirliyindən də açıqlama olsa, onu mən verərəm, mən də verməmişəm”, - deyə DİN-in sözçüsü vurğulayıb.
Ehsan Zahidov məsələ ilə bağlı hansı tədbirin görülüb-görülməyəcəyi barədə isə bunu deyib: “Bilmərəm, onu bilmərəm”.

Oxşar xəbərlər

Siyavuş Novruzovun boş qalan yerinə təyinat necə olacaq? - AÇIQLAMA
Gülçöhrə Məmmədova toyda olmayıb – Açıqlama
Ombudsman 82 min manata avtomobil aldı
Hadı Rəcəblinin də nəvəsinin toyunun görüntüləri yayıldı - Video
Siyavuş Novruzovdan başqa hansı deputat Ramiz Mehdiyevin toyunda iştirak edib?
“Razvetçik” minanı partlatdı: Mehdiyev Təhlükəsizlik Şurasından uzaqlaşdırılacaq?
Mehdiyevin nəvəsinin toyuna gedən lisey direktoruna TÖHMƏT VERİLDİ
Ramiz Mehdiyevin nəvəsinin qalmaqallı toyundan yeni görüntülər yayıldı - Video
Ramiz Mehdiyev ölübmü? - AMEA-dan AÇIQLAMA
Azərbaycanda koronavirusdan ölən polislərin sayı 5-ə çatıb
Ramiz Mehdiyev də karantin qaydalarını pozub nəvəsinə toy etdi - Video,Foto
Hadi Rəcəbli nəvəsinə toy etdiyini təsdiqlədi və əsəbiləşdi...
Hadi Rəcəbli nəvəsinə toy etməsindən danışdı: “Burada pis nə var axı?” (VİDEO)
Bakı, Sumqayıt və Abşeron yollarındakı karantin postları ləğv edildi
“Necə getməyim toya, axı mən kişiyəm” – Siyavuş Novruzov
“Karqo Şamil”  də Ramiz  Mehdiyevin nəvəsinin toyunda iştirak edib
Mehdiyevin nəvəsinin toyunda oynayan Ombudsmanın geyiminin gözqamaşdıran qiyməti
Məşhur icra başçısı da Mehdiyevin nəvəsinin toyunda olub - Video
Ramiz Mehdiyev Elşad Abdullayevi niyə deputat seçdirmək istəyirdi?
Ağsaqqal niyə cəzalandırılmır? - Açıqlama
Hadi Rəcəblinin nəvəsinin toyu Emin Ağalarovun restoranında keçirilib - Yenilənib
Azərbaycanın Ombudsmanı fəaliyyətini dondurub
İsa Həbibbəyli açıqlama yaydı
Deputat DİN-i tədbir görməyə çağırdı
Özünə ad günü şənliyi keçirən Nüşabə Musayeva CƏRİMƏLƏNDİ
“Polis zibil atanlardan üzr istəməyib”
Siyavuş Novruzovun istefası qəbul edildi RƏSMİ
Balakəndə nişan mərasimi keçirən 8 nəfər saxlanıldı - FOTO
“Aldanmaq adamı məsuliyyətdən azad etmir” - Elman Nəsirov
Ramiz Mehdiyevin nəvəsinin toyunda Ombudsman qol götürüb oynadı - Video