Sumqayıtda məktəb direktoru koronavirusdan vəfat edib.
Söhbət şəhərin 28 nömrəli tam orta məktəbin direktoru Ağayev Mehdi Qəyyum oğlundan gedir.
Məlumata görə, bir müddət öncə COVİD-19-a yoluxan direktor 57 yaşında dünyasını dəyişib. Qeyd edək ki, M.Ağayev son parlament seçkilərində Sumqayıt 41 saylı birinci seçki dairəsinin 1 saylı məntəqəsinin sədri idi.