Media.Az daha əvvəl Murovdağ və Kəlbəcər istiqamətində gedən döyüşlərdə fəal iştirak edən Vətən Müharibəsi veteranı Əli Həmidzadənin ailəsinin üzləşdiyi problemi işıqlandırıb.
Məlumatda Əli Həmidzadənin talassemiyadan əziyyət çəkən altı yaşlı oğlu Nihada dərhal sümük iliyi köçürülməsinə ehtiyacı olduğunu yazmışdıq.
Ancaq ailənin maddi durumu bu əməliyyatı həyata keçirməyə imkan vermir.
Uşağın anası Aytac Həmidzadə yenidən redaksiya ilə əlaqə saxlayaraq dərc edilən materialdan sonra Nihadın müalicəsi üçün 5 000 manat toplandığını qeyd etmişdi.
Ana həmçinin əlavə etmişdi ki, öz növbəsində dövlət də əməliyyat xərcinin yarısını öz öhdəsinə götürməyə hazır olduğunu açıqlayıb.
Bütün bunlara rəğmən, qadının dediyinə görə, onlar Nihadın müalicəsi üçün daha 35 min manat toplamaq məcburiyyətindədirlər, belə ki, Türkiyədə planlaşdırılan sümük iliyi transplantasiyasının əməliyyat qiyməti 80 min manatdır.
"Yardım prosesi dayandı və qiymətli vaxtımızı itirdiyimiz üçün çox narahatıq. Uşaq xəstəliyin təsiri altında böyüdükcə onun daxili orqanları və sümükləri daha çox deformasiyaya uğrayır. Bizə bir çox adam kömək etdi, onlara çox minnətdarıq. Bu dəstək bizə ümid verdi... Övladımızı itirmək istəməzdik. İnanıram ki, birgə səylərimiz nəticəsində oğlumuza kömək edə və tam məbləği toplayaraq onun əməliyyatına hazırlıq prosesinə başlaya bilərik. Axı, hələ qarşıda donor axtarışı və bir çox müayinələr var. Əminəm ki, Nihad da böyüyəndə atası kimi Azərbaycanın mərd övladlarından biri olacaq. O, artıq böyük vətənpərvərdir. Onun vətənə, şəhidlərə və atasına həsr etdiyi şeirlərin videoları sosial şəbəkələrdə çoxlarını duyğulandırıb.
Keçən hər gün Nihadın vəziyyəti ağırlaşır, patoloji dəyişikliklər baş verir. Qaraciyəri və dalağı genişlənir. Zahiri görünüşü dəyişir, talassemiyalı insanlara xas olan əlamətlər - üzün genişlənməsi və başın arxasında çökəklik müşahidə edilir. Uşağın iştahı və qüvvəsi yoxdur, dərisinin rəngi saralır, gözlərinin altında qara dairələr var. Qanda hemoglobinin səviyyəsi aşağı düşən kimi ona dəstəkləyici dərmanlar veririk və bu zaman trombositlərin səviyyəsi azalır, fasilə verməli oluruq. Onun immuniteti zəifləyib, tez-tez xəstələnir. Bədən temperaturu yüksələndə qanın keyfiyyətinə pis təsir etdiyi üçün ona antipiretik dərmanlar verə bilmərik. Xahiş edirəm ailəmizə kömək edin! Bu həyatda uşağınızın xəstələnməsini seyr etməkdən daha pis bir şey yoxdur”, - deyə Nihadın anası bildirib.
Xatırladaq ki, Nihad Həmidzadə 2017-cı ildən etibarən mütəmadi olaraq müalicə aldığı Respublika Talassemiya Mərkəzində qeydiyyatdadır.
Ancaq illər keçdikcə xəstəliyin fonunda onun bədənində geridönməz ciddi dəyişikliklər baş verir. Həkimlər yeganə çıxış yolunun sümük iliyi nəqlinin olduğunu söyləyirlər. Üstəlik, uşağın bədənində dəyişikliklər davam etdiyi üçün əməliyyatı mümkün qədər tez etmək lazımdır. Ailənin ikinci övladı olan qardaşının sümük iliyi Nihada uyğundur. Ancaq valideynlər ikinci övladlarının sağlamlığını təhlükəyə ata bilməzlər, çünki o, anadangəlmə hidrosefal xəstəliyindən əziyyət çəkir. Bu səbəbdən qarşıda Nihad üçün donor axtarışının aparılması gözlənilir. Amma əsas problem başqadır. Planlaşdırılan əməliyyat Türkiyədə baş tutacaq və bu əməliyyatın dəyəri təxminən 80 min manatdır. Ailə, bütün bu illər ərzində oğullarının müalicəsinə kifayət qədər çoxlu pul xərcləyib, buna görə də indi bu məbləğin yarısının da öhdəsindən gələ bilmir və insanların yardımına ümid edirlər.
Media.Az-ın redaksiya heyəti bu ailənin qarşılaşdığı çətin imtahana biganə qalmamağı, hər kəsi Vətən Müharibəsi veteranının ailəsinin probleminə diqqət etməyi və bacardığı qədər balaca Nihada kömək etməyə çağırır.
+994 70 564 36 96 nömrəsinə zəng etməklə Aytac xanımla telefon əlaqəsi yarada bilərsiniz.
Vətən Müharibəsi iştirakçısının övladı təcili əməliyyat olunmalıdır: Ailəsi xeyirxah insanlara səsləndi
13
oktyabr
12:58

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Vətən müharibəsi qazisinin Türkiyədə əməliyyata ehtiyacı var - VİDEO (FOTO)
Xərçəngdən əziyyət çəkən baş leytenantla bağlı ŞAD XƏBƏR
11 yaşlı balamızın köməyə ehtiyacı var - FOTO
22 yaşında şəhidlik zirvəsinə ucalan Qürbət Tarverdiyevin doğum günüdür
Qarabağ qazisinin oğlu ölüm ayağında - Ana ölkə başçısından kömək istədi (VİDEO)
Düşmən ölkədə yaralı hərbçilərin müalicəsi üçün qan çatışmır
Şuşanın azad edilməsini Ali Baş Komandana məruzə edən xüsusi təyinatlı kimdir? - FOTO
Qazi atası icra başçısından NARAZILIQ ETDİ - "...heç qəbul etməyiblər"
Qazimizin 24 sm-lik sümük defekti bərpa olundu - Baş travmatoloq
Vətən müharibəsi qazisi vəzifəyə təyin edilib
İtkin düşən Vətən müharibəsi iştirakçısının meyiti tapıldı
24 yaşlı qazi 8 aydır səhhətində irəliləyiş olmadığını deyir
Vətən müharibəsi qəhrəmanlarının yadigarları - FOTOLAR
Altı ay komada qalan qazimiz şəhid oldu - FOTO
Daha bir qaziyə vəzifə verildi
Şəhid anası koronavirusdan vəfat etdi
Daha bir qazi işlə təmin edilib
Azərbaycanda görünməmiş hadisə: 64 yaşlı qadın əkiz uşaqlar dünyaya gətirdi
Altı yaşlı Nazlının sizin köməyinizə ehtiyacı var - Diqqət!
Vətən Müharibəsinin ilk şəhidlərindən biri Zaur Hüseynovun doğum günüdür
Mehriban Əliyevanın göstərişi ilə daha bir şəhid ailəsinin mənzil problemi həll olundu - Fotolar
Körpəsini qonşuya atıb gedən ana da tapıldı
Vətən müharibəsi şəhidi Gəncədə dəfn ediləcək - FOTO
Hadrutda yaralanan hərbçimiz şəhid oldu
Ağadadaş Ağayev üçüncü dəfə əməliyyat olunacaq
165 gündən sonra nəşi tapılan şəhid Ordubadda dəfn edildi - VİDEO
Xüsusi təyinatlı şəhidin vəsiyyəti: "Zeynəbimi axtararsız" - VİDEO
Vətən Müharibəsi Qəhrəmanı adı verilən 26 yaşlı gənc kimdir?
İcra başçısı ehtiyatda olan zabitə vəzifə verdi - FOTOLAR
“Xaliq Faiqoğlu” cəbhəyə göndərdiyi sürücülərin pulunu vermir
- Türkiyə Qara dənizdə idarə olunan raket sistemini sınaqdan çıxarıb - VİDEO
- Ukraynanın daha bir şəhərində SSRİ bayrağı qaldırıldı - YENİLƏNİB
- Güləşçilərimiz Fransada 3 medal qazandı
- Polis əməkdaşı yol qəzasında ÖLDÜ
- Mingəçevirdə it sahibini PARÇALADI
- Ukrayna Baş Qərargahı Rusiyanın itkilərinin sayını açıqlayıb
- Yük maşını yol kənarına aşdı
- "Yargı"da daha bir ayrılıq - FOTO
- Ukrayna Lisiçansk şəhərinə nəzarəti itirir
- Narkotiklə şərlənən şəxsin təqsirsizliyi üzə çıxdı -PROKUROR NARKOTİKİN EVƏ NECƏ QOYULMASINI ARAŞDIRACAQ
- Bəzi şimal və qərb rayonlarında şimşək çaxıb, yağış yağıb
- ABŞ-da atışma olub, iki nəfər ölüb
- Azərbaycan nefti bahalaşdı
- Şirvanda mikroavtobusdan 10 min manat oğurlandı
- Kuleba iranlı həmkarını Ukraynaya dəvət etdi
- Azərbaycanda ən yüksək balı onlar topladı - Fotolar
- Mərhum müğənninin xatirə abidəsi qarət olundu
- Mərdəkanda qadın evdən 10 min avro oğurladı
- AZAL-ın ölçüyəgəlməz İŞTAHASI... - BELƏ HARA GEDİRİK?
- Misirdə akula turist qadını parçaladı - Video
- Ukrayna Baş Qərargahı Rusiyanın itkilərinin sayını açıqlayıb Ətraflı
- Hacıqabulun 24 yaşlı sakini özünü güllələdi
- Bazar günü hava necə olacaq?
- "Təxribatların qarşısını almağa hazır olun" - Zakir Həsənovdan generallara TAPŞIRIQ