Nazirliklər koronavirusdan ölən şagirdlə bağlı MƏLUMAT YAYDI
13-10-2021, 16:13
52

Nazirliklər koronavirusdan ölən şagirdlə bağlı MƏLUMAT YAYDI

"Sumqayıt şəhər sakini Əsgərov Kamil İslam oğlu oktyabrın 9-da saat 20:05-də təcili tibbi yardımla Sumqayıt şəhər Uşaq Xəstəxanasının reanimasiya şöbəsinə daxil olub".
Bu barədə Səhiyyə və Təhsil nazirliklərinin birgə yaydığı məlumatda bildirilib.
Qeyd olunub ki, bu zaman xəstədə yüksək hərarət, boğulma, təngənəfəslik əlamətləri müşahidə olunub: "İlkin diaqnoz “kəskin bronxit, bronxospazm” təyin edilib, eyni zamanda xəstədən COVID-19 testi götürülüb və nəticə pozitiv olub. Həkimlərin təyin etdiyi son klinik diaqnoz COVID-19, ikitərəfli pnevmoniya, kəskin tənəffüs çatışmazlığı, alimentar piylənmə olub. Oktyabrın 10-dan aparılan kliniki müalicə tədbirlərinə baxmayaraq Kamil Əsgərov növbəti gün, yəni oktyabrın 11-də kəskin ürək-tənəffüs çatışmazlığından vəfat edib".
"Sumqayıt şəhər 31 nömrəli tam orta məktəbin 9-ci sinif şagirdi Kamil Əsgərov sonuncu dəfə oktyabrın 5-də dərslərdə iştirak edib. Həmin məktəbdə, həmçinin şagirdin oxuduğu sinifdə COVID-19 infeksiyasına yoluxma halı qeydə alınmayıb. COVID-19 infeksiyasına yoluxmuş xəstələrdə alimentar piylənmənin olması, eləcə də qanda şəkər miqdarının yüksək olması xəstəliyin gedişatına çox mənfi və ağırlaşdırıcı təsir göstərir. Eyni zamanda xəstə 5 gün müddətində xəstəxanaya müraciət etməməsi və ev şəraitində müalicə olunması gedişata mənfi təsir göstərib"- deyə məlumatda vurğulanıb. 
Hər iki qurum cari epidemioloji vəziyyəti nəzərə alaraq bir daha valideynlərdən müvafiq tibbi göstərişləri olan 12 yaşdan yuxarı yeniyetmələri vaksinasiyaya cəlb etmələrini tövsiyə edib.
Qeyd edək ki, yeniyetmələrin vaksinasiyası hər iki valideynin razılığına əsasən Bakı Sağlamlıq Mərkəzində həyata keçirilir.

Oxşar xəbərlər

Azərbaycanda 9-cu sinif şagirdi koronavirusdan VƏFAT ETDİ
Azərbaycanda şagirdin ölüm səbəbi açıqlandı - RƏSMİ
Azərbaycanda bu tibb müəssisələri birləşdirilir - SİYAHI
Azərbaycanda 11-ci sinif şagirdi vəfat etdi
Daha bir həkim koronavirusdan vəfat etdi
Şəhidimizin anası koronavirusdan vəfat etdi - FOTO
Sumqayıtda qətl: 19 yaşlı gənc 38 yaşlı kişini öldürdü
Daha bir gənc müəllim koronovirusdan VƏFAT ETDİ
Sabiq icra başçısının ölüm səbəbi AÇIQLANDI - RƏSMİ
MTRŞ üzvü koronavirusdan vəfat etdi
Bakıda bu sinif koronavirusa görə distant təhsilə keçdi
Bakıda və rayonlarda şagirdlər həftədə neçə dəfə məktəbə gedəcək? - Nazir əmr imzaladı
Bakıda əməliyyat olunan 9 yaşlı uşaq xəstəxanada öldü
Oqtay Gülalıyev Azərbaycana gətirilir
Penitensiar xidmət Rafael Cəbrayılovun ölümü ilə bağlı MƏLUMAT YAYDI
Kamil İbrahimov da virusun qurbanı oldu
Sumqayıtda mühəndis iş qəzasında ÖLDÜ
Bu xəstəxanalar Bakı Baş Səhiyyə Mərkəzinə birləşdirildi - SİYAHI
İntihar edən gənc qız əlaçı tələbə olub - YENİLƏNİB - FOTO
İranda koronavirusdan ölənlərin sayı 57 min nəfəri keçdi
"Space" TV-yə yeni rəhbər TƏYİN EDİLDİ
Nazirlik Bilik Günündə şagirdlərin məktəbə hansı qaydada gedəcəyi ilə bağlı AÇIQLAMA verdi
Bakıda ana uşağı yedirtmək üçün pəncərədə oturtdu, yıxılıb öldü
Koronavirusun uşaqlarda rast gəlinən əlamətləri AÇIQLANDI
Polad Həşimovun xatirəsinə muzey hazırlanır
Azərbaycanda sabiq məmur koronavirusdan öldü
Bu koronavirus xəstələri evdə müalicə olunur
Daha bir müəllim koronavirusdan öldü
Dilqəm Əsgərov 6 il sonra evində - FOTO
İcra başçısı peyvənd olundu