Azərbaycanda dərslər bu tarixdən yenidən bağlana bilər - Yoluxma kəskin artır
13-10-2021, 16:26
58

Azərbaycanda dərslər bu tarixdən yenidən bağlana bilər - Yoluxma kəskin artır

"Bildiyiniz kimi hazırda dərslər ənənəvi qaydada davam edir. Yalnız hansısa bir məktəbdə, və yaxud da orta ümumtəhsil müəssisələrinin hər hansı bir sinifində virusa yoluxma faktları varsa, o zaman lokal qapadılmaya gedilir. Yəni həmin siniflər 14 gün müddətinə karantinə alınır".
Bunu Milli.Az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi deyib.
 
Ekspert bildirib ki, ən geci iki həftə sonraya müəyyən ərazilər üzrə məktəblər qapadıla bilər:

"Son dövrlər mövsümü xəstəliklərin də daha çox baş qaldırdığını nəzərə alsaq, hazırda demək olar ki, məktəblərdə ümumiyyətlə davamiyyət aşağı düşüb. Bir çox valideyinlər övladlarını məktəbə buraxmırlar. Koronavirusun əlamətləri ilə qripin əlamətləri demək olar ki, eynilik təşkil etdiyi üçün hazırki durumda valideyinlər narahatdırlar ki, övladları koronavirusa yoluxa bilərlər. Buna görə də övladlarını məktəbə buraxmırlar. Belə olan halda da təbii ki, şagird ölümü artıq bir həyəcan siqnalı kimi görünür. Bu, qarşıdakı dövr ərzində əgər bu şəkildə davam edərsə, ən azından iki həftə sonraya əlbəttə, ciddi fəsadlar verməkdə davam edəcəyi halda bəzi ərazilər üzrə qapadılmalara gedilə bilər, yenidən distant təhsilə keçid alına bilər. Amma bu kimi halların qarşısının alınması üçün istər ümumtəhsil müəssisələrinin rəhbərləri, eyni zamanda müvafiq aidiyyatı qurumlar dərslərin ənənəvi qaydada davam etməsini istəyirlərsə, izolyasiya qaydalarına tam riayət etmələri ilə bağlı mütləq məsuliyyətlə yanaşmalıdırlar. 
Biz artıq görürük ki, yoluxma halları getdikcə artır. Ən geci iki həftə sonraya artıq müəyyən ərazilər üzrə qapadılmalara gedilə bilər. Ölüm hallarına təkcə şagirdlər arasında deyil, eyni zamanda müəllimlər və məktəb rəhbərləri arasında da rast gəlinir. Sumqayıtda bir gündə həm şagird, həm də məktəb direktoru dünyasını dəyişib. Məhz koronavirusdan dünyalarını dəyişdikləri qeyd olunub".

Oxşar xəbərlər

SON DƏQİQƏ: Dərslər 14 günlük dayandırılacaq və... - Yoluxma artdı
Sabah məktəblərdə dərslər dayandırılacaq? - RƏSMİ AÇIQLAMA
Məktəbə getməyən şagirdlər necə təhsil alacaq?  - Nazirlikdən açıqlama
Sentyabrın 15-i dərslər bu qaydada başlayacaq - AÇIQLAMA
Sentyabrın 15-də ənənəvi təhsil bərpa olunacaq
"Sentyabrın 15-də ənənəvi təhsil bərpa olunacaq" - AÇIQLAMA
Bədbin proqnoz: “Ənənəvi təhsil yenidən dayandırıla bilər“
Məktəblər yenidən bağlanır? — Təhsil Nazirliyindən AÇIQLAMA
İbtidai sinif müəllimləri ayda 1 dəfə pulsuz koronavirus testindən keçiriləcək? - AÇIQLAMA
Məktəblərdə koronavirusa yoluxma riski - Baş pediatr açıqladı
“Belə davam etsə, tədris prosesi yenidən dayanacaq” - ekspert
Məktəblər yenidən bağlanacaq? - Rəsmi açıqlama
Məktəblərin açıldığı ilk həftədə 121 yoluxma: Nə etməli... - ziddiyyətli cavablar
Şagirdlər məktəbdə virusa yoluxub? - AÇIQLAMA
Yoluxma artsa, məktəblər bağlanacaq - AÇIQLAMA
Azərbaycanda universitet və məktəb koronavirusa görə bağlandı
Əyani dərslərin əleyhinə olanlar övladlarını məktəbə göndərməyə bilər
Azərbaycanda 7 gün sonra məktəblər açılır?
Məktəblər hansı halda yenidən bağlana bilər? - AÇIQLAMA
Azərbaycanda bu məktəblərdə əyani tədris DAYANDIRILDI
Azərbaycanda məktəblər bu tarixdən AÇILA BİLƏR
Məktəbə göndərilməyən şagirdlərə onlayn dərs keçiriləcək? - AÇIQLAMA
Dərslər hansı halda həftədə 5 dəfə keçirilə bilər? - CAVAB
Yaxın vaxtlarda toyların keçirilməsinə icazə verilə bilər? - AÇIQLAMA
4 dərslə şagirdlərə hansı biliyi vermək olar? - AKTUAL
Növbəti yumşalma hansı sahədə olacaq? – HƏKİM RƏYİ
Naxçıvanda məktəblər açıldı
Bir ay sonra MƏKTƏBLƏR BAĞLANA BİLƏR - Gözlənti
Məktəblər yenidən bağlanacaq? - “Eyni səhvi təkrarladıq“
“Məktəbləri açmaqla insanları çaş-baş salıblar“ - “Uşaqlarımı dərsə buraxmıram“