Bostanında çətənə becərən Balakən sakini ələ keçdi
22-08-2020, 11:10
287

Bostanında çətənə becərən Balakən sakini ələ keçdi

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən kultivasiya yolu ilə yetişdirlən narkotik tərkibli bitkilərin aşkar edilməsi və bu qanunsuz fəaliyyətlə məşğul olan şəxslərin ifşa olunaraq, məsuliyyətə cəlb edilmələri  istiqamətində uğurlu əməliyyat tədbiri həyata keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Polis Şöbəsinə rayonun Gərəkli kənd sakini Elşad Əzizovun həyətyanı sahəsində narkotik vasitələrin kultivasiyası ilə məşğul olması barədə məlumat daxil olub. 
Həmin ünvan dərhal əməliyyat nəzarətinə götürülüb, E.Əzizovun yaşadığı evə və həyətyanı sahəyə baxış keçirilib.  Baxış zamanı bostan bitkilərinin becərildiyi ərazidə, eləcə də tövlənin çardaq hissəsində ot bağlamalarının arasında dibçəklərdə, dəmir və plastik qablarda xüsusi qulluq göstərilən 239 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar edilib. E.Əzizov törətdiyi cinayət əməlini etiraf edib və çətənə bitkilərini yetişdirib qurutduqdan sonra satmaq məqsədində olduğunu bildirib.
Faktla bağlı Balakən Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb və Elşad Əzizov təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub. 

Oxşar xəbərlər

İki qardaşdan 563 kiloqram narkotik götürüldü
İstixanada narkotik yetişdirən şəxs saxlanılıb - FOTO
Ağdaş sakininin üzərində və yaşadığı evdə narkotik aşkarlandı - FOTO
Bakıda polis əməliyyatı: 1 tona yaxın narkotik aşkarlandı - Video
Ağcabədidə narkotik vasitə yetişdirən şəxs saxlanıldı - FOTO
"Bandotdel"dən əməliyyat: Narkotik tacirləri tutuldu - Video
Xaçmaz polisi bir yük avtomobili həcmində narkotik tərkibli çətənə bitkiləri aşkarladı
Siyəzəndə çətənə bitkisi yetişdirən şəxs saxlanıldı
Yevlax sakininin plantasiyasında külli miqdarda narkotik aşkarlandı
Salyanda narkotik tərkibli bitkilər əkib-becərən şəxs tutuldu - FOTO
Qusarda bir tondan çox narkotik məhv edildi
Balakəndə mağazalara qənim kəsilənlər saxlanıldı
Balakəndə narkotacir tutuldu - FOTO
Qubada cinayətkar dəstənin üzvləri ələ keçdi - FOTO
Balakəndə 2 tondan artıq çətənə kolu məhv edilib
Xızıda beş mərtəbəli binada narkotik yetişdirən şəxs saxlanıldı - FOTO
Ağdaşda keçmiş məhkumun evindən narkotik vasitələr aşkar edildi - FOTO
Bakıda daha bir narkotacir tutuldu - FOTO/VİDEO
Bakıda polis əməliyyat keçirdi: narkotik becərən şəxs saxlanıldı
Lənkəranda heroin satan keçmiş məhkum tutuldu - FOTO
Bakı polis əməliyyatı - Heroin alverçiləri yaxalandı
Neftçalada 4 ton çətənə kolu məhv edildi
İrandan Azərbaycana 10 milyon manatlıq narkotik gətirən şəxslər saxlanılıb
Bakıya narkotik vasitə gətirmək istəyən şəxslər tutuldu - FOTO/VİDEO
17 kiloqramdan çox narkotiki onlayn yolla satmaq istədilər
Balakəndə civə alverçiləri saxlanılıb
Narkotik vasitə satan Gürcüstan vətəndaşı Bakıda tutuldu - FOTO
Xızıda sürücü polisləri silahla hədələdi
Mingəçevirdə civə satışı ilə məşğul olan şəxs tutulub - FOTO
Mədəniyyət Nazirliyinin vəzifəli şəxsinin narkotik plantasiyası aşkarlandı - Foto