Prezidentdən əhalinin sosial rifahının qorunması ilə bağlı SƏRƏNCAM
16-10-2021, 15:21
59

Prezidentdən əhalinin sosial rifahının qorunması ilə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:
"Ölkə əhalisinin rifah halının yaxşılaşdırılması aparılan sosial-iqtisadi siyasətin mühüm prioritetlərindən biridir. Son illərdə bu istiqamətdə ciddi irəliləyişlərə nail olunmuş, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, sosial ödənişlərin, əməkhaqlarının artırılması istiqamətində ardıcıl addımlar atılmışdır. Bu məqsədlə 2019-cu ildə iki sosial islahat zərfi qəbul olunaraq icra edilmiş, müavinət və təqaüdlərin məbləğinin orta hesabla 92%, əmək pensiyasının minimum məbləğinin 72%, minimum əməkhaqqının 92%, dövlət büdcəsindən maliyyələşdirilən qurumlarda işləyənlərin əməkhaqlarının orta hesabla 50% artırılması təmin edilmişdir. Görülmüş tədbirlər nəticəsində 2018-ci ilin əvvəli ilə müqayisədə orta aylıq nominal əməkhaqqının məbləğində 39%, əmək pensiyalarının orta məbləğində 60%, sosial müavinətlərin orta məbləğində 2 dəfə, Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin orta məbləğində isə 2,2 dəfə artım əldə olunmuşdur.
2021-ci ildə ölkəmiz COVID-19 pandemiyasının yaratdığı sarsıntıları geridə qoyaraq, inamlı şəkildə iqtisadi bərpa yoluna qayıtmışdır. Bu, dünya miqyasında pandemiyaya qarşı peyvəndlərin ərsəyə gətirilməsi, ölkəmizdə isə insanlarımızın bu xəstəlikdən qorunması istiqamətində dövlət tərəfindən əhatəli və effektiv sosial-iqtisadi tədbirlərin, xüsusilə genişmiqyaslı peyvəndləmə kampaniyasının keçirilməsi, həmçinin 2020-ci ildə əhalinin sosial baxımdan həssas qruplarına maliyyə və sosial dəstək göstərilməsi, eləcə də pandemiyadan zərər çəkmiş iqtisadi sahələrdə fəaliyyət göstərən sahibkarlara, qurumlara vergi və bank-kredit güzəştlərinin verilməsi sayəsində mümkün olmuşdur. Bununla yanaşı qeyd olunmalıdır ki, dünya iqtisadiyyatında bərpa meyillərinin güclənməsi müşahidə olunmaqdadır. Lakin dünya miqyasında iqtisadi fəallığın bərpası və məcmu tələbin artması templərinin vaxtilə dayandırılmış istehsal, nəqliyyat-logistika və təchizat güclərinin iqtisadi dövriyyəyə qaytarılması sürətini xeyli üstələməsi beynəlxalq bazarlarda bir çox əmtəələrin qiymətlərinin əhəmiyyətli dərəcədə qalxmasını şərtləndirərək yeni çağırışlar yaratmışdır.
Bu vəziyyət ölkəmizə idxal olunan əmtəələrin, o cümlədən bir sıra ərzaq məhsullarının qiymətlərinin artımına səbəb olur və nəticə etibarilə sosial baxımdan ən həssas əhali qruplarının rifah halına mənfi təsir göstərir.
Beynəlxalq bazarlardakı proseslərin ölkədaxili qiymətlərə sirayət etməsinin ölkə əhalisinə, xüsusilə həssas əhali qruplarına mənfi fəsadlarını yumşaltmaq və əhalinin sosial müdafiəsini gücləndirmək məqsədilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1. Əməkhaqlarının, əmək pensiyalarının və sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin məbləğlərinin artırılmasının təmin edilməsi ilə bağlı Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi layihəsində müvafiq tədbirlərin əks etdirilməsi üçün təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
2. Bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

Oxşar xəbərlər

SON DƏQİQƏ: Prezidentdən pensiyalarla bağlı mühüm SƏRƏNCAM
Azərbaycanda pensiyalar ARTIRILDI
Pensiyalar nə qədər artılacaq? - ŞƏRH
Gələn il pensiyalar artacaq - RƏSMİ AÇIQLAMA
Prezidentdən şəhid ailələrinə və müharibə əlillərinə yeni mühüm sosial dəstək paketi
"Pensiyalar artacaq" - Nazir
Gələn ildən pensiyalar artacaq - Nazir
Əhaliyə ŞAD XƏBƏR: maaşlar artırılacaq
Pensiya, müavinət və təqaüd alanlara ŞAD XƏBƏR
Gələn il pensiyalar bu qədər artırılacaq - LAYİHƏ TƏSDİQLƏNDİ
Penisyalar artırılacaq, 11 min vətəndaş işlə təmin olunacaq - Nazir
Şəhid ailələri və müharibə əlillərinin sosial təminatı gücləndiriləcək
Kimlər ünvanlı sosial müavinət ala bilər? - AÇIQLAMA
Azərbaycanda bu şəxslərin əmək haqqları artdı - RƏSMİ
Bakıda orta aylıq əmək haqqı açıqlandı
Şəhid ailələri və müharibə əlilləriylə bağlı tədbirlər planı hazırlandı
İlin sonunadək daha 5 yeni qəsəbə istifadəyə veriləcək - Dövlət Komitəsi
Baş nazirdən QƏRAR: bu şəxslərə 265 manat vəsait ödəniləcək
Azərbaycanda orta aylıq əmək haqqı 707 manata düşdü
Avqustda maaş və pensiyalar artırılacaq? - “Büdcəyə yenidən baxılanda...”
Şəhid ailəsi və müharibə əlillərinə fərdi ev verilib
Bu işçilərin maaşları artırıldı - RƏSMİ
Şəhid ailələrinə hansı müavinətlər veriləcək? - SADƏ İZAH
Mülki şəhidlərin ailələrinə sosial ödənişlər təyin olundu
Əhaliyə ŞAD XƏBƏR
Azərbaycanda əmək haqqı 22 faiz artıb
Prezident Vətən Müharibəsi Qəhrəmanları ilə bağlı sərəncam imzaladı
Daha 30 şəhid ailəsi və qaziyə ev verildi - FOTOLAR
Bu şəxslərə birdəfəlik maddi yardım veriləcək - SƏRƏNCAM
Bu il sosial müdafiə və sosial təminat üzrə ayrılan xərclər hansı istiqamətlərdə xərclənəcək?