20 saylı məktəb-liseydə nələr baş verir? - Daxili nəzarət şöbəsi susur
16-10-2021, 18:27
142

20 saylı məktəb-liseydə nələr baş verir? - Daxili nəzarət şöbəsi susur

Esmira Ağayeva Məhəbbət Vəliyevanın Azərbaycan təhsilindəki son "əsər”lərindən biridir

Şəxsi ambisiyalara qurban gedərək az qala bir qrupun özəl müəssisəsinə çevrilən 20 saylı məktəbdə baş verənlər təhsil sisteminə rəhbərlik edənləri dərindən düşündürməlidir. Məktəbin direktoru Esmira Ağayevanın və onun himayədarı Məhəbbət Vəliyevanın maraqları burada tədris prosesinə ciddi mane olur, kollektivdə ciddi narazılıqlar formalaşdırır. Bir zamanlar paytaxtın barmaqla göstərilən təhsil ocağı bu gün barmaqarası münasibətdən bərbad duruma düşüb.

Direktor təyin olunması haqqında 50 min söz-söhbət dolaşan E.Ağayeva əvvəllər rəhbərlik etdiyi 214 saylı məktəbdə formalaşdırdığı idarəetmə sistemini burada da uğurla tətbiq edir. Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə Dərs saatlarının, dərnəklərin paylanılması zamanı daha çox "əl əli yuyar, əl də üzü” prinsipi ilə hərəkət edən direktor müəllimlərin təcrübəsini, DQ ballarını nəzərə almadan hərəkət edir. Məktəbin imkanlarını nəzərə almadan tətbiq etdiyi proqramlar nəticəsində sinif otaqlarında çatışmamazlıq yaranır. Bu isə öz növbəsində məktəbdə "növbə probleminə” səbəb olur. Belə ki, məktəbdə sinif çatışmazlığından yaranan bu problemi yaradan elə direktorun özüdür. Məktəbdə sinif otaqlarının azlığına baxmayaraq Təhsil nazirliyinin xüsusi layihələrini-rəqəmsal bacarıqlar və STEAMı ibtidai siniflərdən başlayaraq tətbiq etməklə mövcud problem süni olaraq yaradılıb. Belə ki, həm müəllimlərin sayı çoxalır, siniflər bölünür, həm də "növbə davası”nın həlli üçün valideynlər hərəkətə keçirlər. Çünki məktəbdə şagirdlərin ikinci növbəyə salınmaması üçün mütləq "birinci növbəli məsələləri” həll etmək lazım olur. Bu isə heç də siz düşündüyünüz qədər ucuza başa gəlmir.

Müəllimlər günü ərəfəsində məktəbdə yaşananlar isə təhsil adına bir utancdır. Belə ki, cumhuriyyet.az-a Verilən məlumatlara görə, müəllimləri "təbrik etmək” üçün xüsusi qaydalar müəyyən olunub ki, bu da hər bir valideynə ən azından 200 manata başa gəlib.

E.Ağayevanın məktəbdə saxladığı "ölü canlar” ona heç də dirilərdən az qazanc gətirmirdi. Məlumat üçün bildiririk ki, əvvəlki yazımızda bu barədə, yəni "ölü canlar”la bağlı yazı dərc etmişdik. Mənbənin verdiyi məlumata görə, direktor hərəkətə keçərək bu qisimdə olan işçiləri işdən azad etdi. Xeyli sayda işçinin adını maaş cədvəlinə yazmaqla hər ay dövlət büdcəsinə də az "xəcalət” vermirdi. Şükür ki, bu biabırçılığın qarşısı qismən alındı.

E.Ağayeva qohumu Məhəbbət Vəliyevanın Azərbaycan təhsilindəki son "əsər”lərindən biridir. Bu gün də daha çox onun diqtəsi və qanunları ilə idarə olunan məktəb sürətlə uçuruma doğru yuvarlanmaqdadır. Təkcə müəllimlər arasında deyil, valideynlər arasında da narazılıq güclənir. Onların ölkə rəhbərliyinə mövcud vəziyyət barəsində müraciət edəcəyi gözlənilir. Maraqlı burasındadır ki, əvvəllər hər hansı ümumitəhsil məktəblərlə bağlı ölkə mediasında yazılar dərc olduqda həmin an Təhsil nazirliyinin və BŞTİ-nin nəzdində fəaliyyət göstərən daxili nəzarət şöbələri hərəkətə keçər, yoxlamalar aparar və lazımi tədbirlər görərdi. Təəsüf ki, hazırki durumda Daxili nəzarət şöbəsi susur. Uzun illər təcrübəli pedaqoqların min bir əziyyətlə zəngin ənənələr formalaşdırdığı 20 saylı məktəbi xilas etmənin zamanıdır. Nə qədər ki, gec deyil…

Oxşar xəbərlər

Əmrullayev KÖHNƏLƏRLƏ niyə BACARMIR? - İTTİHAM
199 minlik «direktor əməliyyatı» - İDDİA
"25-dən çox qohum və rəfiqəsini direktor təyin edib..." - NARAZILIQ!
Azərbaycanda orta məktəb bağlandı
Bu təhsil ocağında nə baş verir? - İDDİA
Sabirabadda təhsil sistemi bərbad gündədir... - NARAZILIQ...
Şagirdin hicabını yerə atdığı deyilən direktor valideyni polisə verdi
Sabirabaddan nazirə müraciət olundu:1 saylı tam orta məktəbdə böyük RƏZALƏT VAR- GİLEY
Bakı şəhəri Təhsil İdarəsində NƏLƏR BAŞ VERİR? - İTTİHAM
Təhsilimizin başına daş salan BACILAR- MEHRİBAN VƏLİYEVANIN TƏHSİL NAZİRLİYİNDƏKİ İMPERİYASI
Bu cür məmurları azad edilmiş Kəlbəcərimizə yaxın buraxmaq olmaz... - İTTİHAM
Göygöldə təhsil sistemi bərbad gündədir - GİLEY
Azərbaycanda daha 2 məktəb koronavirusa görə bağlandı
144 saylı məktəbin direktoru müəllimləri yalana məcbur edir-VİDEO
Təhsil sisteminin vəzifə monopoliyasının «BOSS»u kimdir? - İTTİHAM
Cəlilabadda yeni DƏRS İLİ BELƏ BAŞLADI... - NARAZILIQ!
Direktor işdən çıxarıldı - Valideynlər ayağa qalxdı
Daha bir məktəb koronavirusa görə bağlandı
Slovakiyada məktəbə silahlı hücum: Ölənlər var
Gəncə təhsilində nələr baş verir? - İDDİA
Nazirlikdən hicablı şagird və müəllimlərlə bağlı AÇIQLAMA
Direktor koronavirusa yoluxdu - Məktəb bağlandı
Təhsil idarəsi rüşvətxor direktoru müdafiə edir
Mingəçevirdə yeni tədris ilinə KÖHNƏ ÜSULLA GEDİRLƏR... - İTTİHAM
Qaxda övladlarımıza təhsili KİMLƏR VERİR? - Biabırçılıq
Bakıda koronavirusa görə bağlanmış məktəb AÇILDI
147 saylı məktəbdə qalmaqal: Sinif rəhbəri valideyni təhqir etdi...
45  və  212 saylı  məktəblərdə nələr  baş verir ?
Nazir bu məktəbdə baş verənlərdən xəbərdar olmalıdır...
Təhsil ocağında “korona sərgüzəştləri”