"Sərəncam bir daha sübut edir ki, dövlət başçısı vətəndaşının yanındadır" - RƏY
16-10-2021, 18:34
71

"Sərəncam bir daha sübut edir ki, dövlət başçısı vətəndaşının yanındadır" - RƏY

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 16-da "Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında" Sərəncamı bir daha sübut edir ki, ölkə başçısının müəyyən etdiyi dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı və onun sosial rifahı dayanır. Ali Baş Komandan, Prezident İlham Əliyev hər zaman vətəndaşının sosial qayğısına qalır, onun daha da yaxşılaşdırılması mənafeyinə xidmət edən addımlar atır".


Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.
 
 
O bildirib ki, hələ 2019-cu ildə əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində qəbul edilmiş sosial paketlər nəticəsində ölkədəki müavinətlər və təqaüdlər orta hesabla 92 faiz artırılıb, minimum əmək haqqı məbləği yüksəldilib:  "Yeni Sərəncamda xüsusilə vurğulanıb ki, Azərbaycan dövləti yeni növ koronavirus (COVID-19) pandemiyasının bərpa dövrünə qədəm qoyub və pandemiya müddətində də sosial rifah məsələlərinə xüsusi önəm verib. Xüsusilə sahibkarların və işsizlərin sosial təminatında yaranmış çətinliklərin aradan qaldırılması istiqamətində xeyli məsələlər həyata keçirildi. Nəzərə almaq lazımdır ki, pandemiya dövründə sahibkarlara 4 dəfə 190 manat həcmində sosial yardımlar verildi və epidemioloji vəziyyətlə əlaqədar yaranmış iqtisa problemlərin həlli üçün 2.5 milyon manat vəsait xərclənib. Ötən ilin büdcəsinə əsasən, pandemiya ilə mübarizəyə ümumilikdə 261 milyon manat maliyyə vəsaiti ayrılıb. Bütün bunlar göstərir ki, əhalinin rihafı və sağlamlığı Ölkə Prezidentinin diqqətdə saxladığı prioritet məsələlərdir. Post-pandemiya dövrünün isə öz reallıqları var və dünya iqtisadiyyatı da post-pandemiya dövrünə daxil olmağa hazırlaşır. Həmin dövrdə müəyyən çətinliklərlə qarşılaşmaq normaldır".


E.Nəsirovun qeyd edib ki, yeni sərəncam dövlət başçısının hər an öz vətəndaşının yanında olduğunu bir daha sübut edir: "Dünyanın, eləcə də ölkə iqtisadiyyatının post-pandemiya dövründəki bərpa prosesi başlayıb, lakin iqtisadi fəallıq, istehsal olunan məhsullara tələbat artıdığı təqdirdə, həmin tələbatı təmin etmək dinamizmi nisbətən aşağıdır. Nəticədə, dünya bazarında qiymətlər qalxır və idxalçı ölkə kimi bir sıra məhsulların satışı ilə bağlı Azərbaycanda alıcılıq qabiliyyətinə mənfi təsir göstərir. Prezident İlham Əliyevin də yeni sərəncamının əsas məqsədi ondan ibarətdir ki, bu məsələlər araşdırılsın və 2022-ci ilin büdcəsində təqaüdlərin, pensiyaların, sosial müavinətlər və əmək haqqılarının müəyyən edilməsi mərhələsində reallıqlar nəzərə alınsın. Nəhayət, bir sıra sahələr üzrə ödənilən sosial ödənişlərin həcmi artırılsın. Sərəncam bir daha sübut edir ki, dövlət başçısı hər an vətəndaşının yanındadır, habelə onun sosial rifahı və sağlamlığı Prezident üçün bir nömrəli məsələdir".

Oxşar xəbərlər

Prezidentdən əhalinin sosial rifahının qorunması ilə bağlı SƏRƏNCAM
"Azərbaycanda həyata keçirilən sosial dəstək tədbirləri nümunəvi xarakter daşıyır"
Gələn il pensiyalar artacaq - RƏSMİ AÇIQLAMA
"Bu gün bir sıra dövlətlər virusla mübarizədə Azərbaycan modelini öz ölkələrində tətbiq etməyə çalışırlar"
“Bu gün bütün sahələrdə islahatların nəticələri vətəndaşlar tərəfindən də yüksək qiymətləndirilir”
İlin sonunadək daha 5 yeni qəsəbə istifadəyə veriləcək - Dövlət Komitəsi
Uşaq pulu hansı ailələr üçün bərpa olunur? - AÇIQLAMA
Əhalinin dövlətin yüksək diqqət və qayğısı ilə əhatə olunması həyata keçirilən sosial siyasətin mühüm tərkib hissəsidir
Gələn ildən pensiyalar artacaq - Nazir
İlham Əliyev 4 saylı DOST mərkəzinin açılışında - FOTOLAR (YENİLƏNİB)
Şəhid ailəsi və müharibə əlillərinə fərdi ev verilib
Prezidentdən şəhid ailələrinə və müharibə əlillərinə yeni mühüm sosial dəstək paketi
Bu nazirliyə yeni səlahiyyət verildi - İlham Əliyevdən FƏRMAN
İlham Əliyev Qusarla bağlı SƏRƏNCAM
Azərbaycanda pensiyalar ARTIRILDI
İlham Əliyev vaksin vurduran əhalinin faizini AÇIQLADI
Əhaliyə ŞAD XƏBƏR! - Müavinət və təqaüdlər artırılacaq
Prezident: “İşçilərin ixtisarına yol verilməməlidir”
“Uşaq pulu” ilə bağlı açıqlama
İlham Əliyev ölkədə koronaviruslu xəstələrin müalicəsindən DANIŞDI
Bu il sosial müdafiə və sosial təminat üzrə ayrılan xərclər hansı istiqamətlərdə xərclənəcək?
Daha 10 min şəxs ödənişli ictimai işlərə cəlb olunub
Sosial dövlətin Azərbaycan modeli
Əhalinin sosial müdafiəsini təmin etməli olan Nazirlikdə KÜTLƏVİ İXTİSAR: - Əməkdaşlar etiraz edir
Prezident Vətən Müharibəsi Qəhrəmanları ilə bağlı sərəncam imzaladı
Sosial müavinət və təqaüd kartlarının istifadə müddəti uzadıldı
İlham Əliyevdən yeni FƏRMAN
İlham Əliyev Biləsuvara 455 min manat ayırdı
DOST mərkəzlərinə yeni səlahiyyətlər verildi – Qərar
“Global Media Group”un işçiləri “YAŞAT” Fonduna ianələr barədə qərar qəbul etdi