Zaqatalada vəkilin avtomobili yandırıldı (FOTO/VİDEO)
17-10-2021, 17:43
57

Zaqatalada vəkilin avtomobili yandırıldı (FOTO/VİDEO)

Vəkillər Kollegiyasının üzvü Azər İsmayılovun Zaqatalada avtomobilinin yandırılması ilə bağlı aidiyyatı orqanlara müraciət edilib. 
Bu barədə Vəkillər Kollegiyasının sədri Anar Bağırov bildirib.

O qeyd edib ki, Zaqatalada fəaliyyət göstərən vəkil Azər İsmayılovla dərhal əlaqə saxlayıb: "Vəkil mənə əsaslı şübhələri barədə məlumat verdi. Bu dəhşətli hadisə ciddi şəkildə araşdırılmalıdır. Tərəfimdən aidiyyatı dövlət qurumlarına rəsmi qaydada müraciət olunacaq, məsələni şəxsi nəzarətimdə saxlayacam". Anar Bağırov bildirib ki, hadisənin vəkillik fəaliyyətindən irəli gələn cinayət olması ehtimalı çox yüksəkdir: "Bu cinayəti törədən şəxslər qanunamüvafiq qaydada cəzalanmalıdır". Xatırladaq ki, bu gün Zaqatalada vəkil Azər İsmaylova məxsus avtomobil benzinlə yandırılıb. Vəkil qeyd edib ki, avtomobili yandırmaqda şübhəli bildiyi şəxs var: "Hadisə yaşadığım binanın həyətində baş verib. Maşını benzinlə yandırıblar. Həmin şəxsin adını açıqlamaq istəmirəm, ancaq hesab edirəm ki, bunu edən şəxs mənim müdafiə etdiyim şəxsin işi üzrə qarşı tərəfdir". Vəkil deyib ki, avtomobil Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən söndürülüb və hadisə yerinə polis əməkdaşları gəlib: "Artıq polisə ərizə ilə müraciət etmişəm. Ümid edirəm ki, yaxın zamanda hadisəni törədən şəxs məsuliyyətə cəlb olunacaq". Bu işlə bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Yeni yaradılan Qarabağ vəkil bürosu Şuşada yerləşəcək
Daha bir vəkil koronavirusdan vəfat etdi
Azərbaycanda vəkil koronavirusdan vəfat etdi
Tanınmış vəkil vəfat etdi
Vəkillər Kollegiyasına yeni bina veriləcək
Bu vəkillik deyil,  Nurlana Quliyeva - Vəkillər Kollegiyasının sədri Anar Bağırov belə vəkillər barədə nə düşünür ?
Daha bir vəkil koronavirusdan vəfat etdi
Tanınmış vəkil məhkəmə zalında həbs edildi
Anar Bağırov: “Təsəvvür edə bilməzdim ki, bu, bizim son danışığımızdır”
Azərbaycanda daha bir vəkil koronavirusdan vəfat etdi
Bakıda vəkil intihar etdi
“Topçu Vüsal”ın adıyla pul qazanmaq istəyənin kimliyi bəlli oldu
Zaqatalada avtomobil beton maneəyə çırpıldı, ölən var
Elman Paşayev qanunu pozduğunu etiraf etdi
Gəncə terrorunun qurbanları acınacaqlı durumda: - İcra başçısı da müraciətə cavab vermir
Azərbaycanda vəkil məhkəmə zalında həbs EDİLDİ
Zaqatalada 18 yaşlı gənci öldürən şəxs tutulub
Tanınmış vəkil koronavirusdan vəfat etdi - Foto
Azərbaycanda vəkil külli miqdarda mənimsəmədə təqsirləndirilir - FOTO
Moskvada azərbaycanlıya təzyiqə görə erməni məmur işdən çıxarıldı
Tanınmış vəkil vəzifəyə TƏYİN EDİLDİ
Zaqatalada baş verən ağır qəzanın görüntüləri - ANBAAN VİDEO
“Şəhid Xudayarla bağlı “status”a görə bloqerdən 10 min təzminat alına bilər” - Vəkil
Zaqatalada OLAY: - sabiq məmur intihar edib
Vəkillər Kollegiyası dövlət orqanlarına vəkillik edir? - NARAZILIQ!
Səfirlik azərbaycanlının qətli ilə dövlət qurumlarına müraciət ETDİ
Eldar Həsənov özünə yeni vəkil tutdu
Sumqayıtda jurnalistin avtomobilindən oğurluq edildi
Zaqatalada canavarlar fermaya hücum edib, xeyli qoyunu qırdı
Şəhla Hümbətovanın vəkilliyinə xitam verildi - SƏBƏB