Əməkdar jurnalist vəfat etdi (FOTOLAR)
18-10-2021, 10:42
85

Əməkdar jurnalist vəfat etdi (FOTOLAR)

Tanınmış televiziyaçı, Əməkdar jurnalist, 2002-ci ildən Prezident təqaüdçüsü Tamilla Haşımova uzun sürən xəstəlikdən sonra Moskva şəhərində vəfat edib.
 
Bu barədə mərhumun oğlu kinorejissor Murad İbrahimbəyov məlumat verib.
Görkəmli teatr rejissoru, xalq artisti Məhərrəm Haşımov və xalq artisti Rahilə Ginzburqun ailəsində doğulmuş Tamilla xanım uzun illər Azərbaycan Dövlət televiziyasında müxtəlif vəzifələrdə çalışlb, rus dilində verilişlər hazırlayan "Dostluq” baş redaksiyasına rəhbərlik edib.
İstedadlı təşkilatçı olan Tamilla xanım yüzlərlə maraqlı veriliş və proqramın ərsəyə gəlməsində iştirak edib. Çoxlu sayda sənədli filmlərin ssenari müəllifi olub.
Teleradio tarixinin araşdırıcısı, professor Qulu Məhərrəmli Tamilla Haşımovanın vəfatını televiziya sənəti üçün ağır itki kimi qiymətləndirib. Onun Azərbaycan televiziyasının inkişafında böyük rolu olduğunu deyən professorun fikrincə, Tamilla xanım təkcə AzTV üçün forma və məzmunca yeni olan veriliş layihələrinin gerçəkləşməsinə rəhbərlik etməyib, həm də gənc rejissor və redaktorlar nəslinin yetişməsinə əhəmiyyətli töhfə verib.
Hazırda onun yetirmələri təkcə Azərbaycanda deyil, xarici ölkə telekanallarında da uğurla çalışırlar.
Tamilla Haşımova dünən torpağa tapşırılıb.
Allah rəhmət eləsin!

Oxşar xəbərlər

Əməkdar artist vəfat etdi
Baş həkim Xəzər TV-nin xanım əməkdaşına hücum etdi – Bakıda ŞOK OLAY
Yalçın Rzazadənin dəfn edildi - YENİLƏNİB
2020-ci ildə itirdiyimiz sənət adamları - FOTO
Xalq artisti VƏFAT ETDİ - FOTO
Xalq artisti dəfn edildi - YENİLƏNİB
Van Dammın azərbaycanlı gəlininə AĞIR İTKİ
Alim Qasımovun kürəkəninə hökm oxundu
Yalçın Rzazadə bu gün Lənkəranda dəfn olunacaq
Əməkdar jurnalist vəfat etdi
Firuzə İbadovaya ağır itki üz verdi
Tanınmış rejissor vəfat etdi
Tanınmış azərbaycanlı rejissor VƏFAT ETDİ
Xalq artistinin məzarı baxımsız vəziyyətdədir - Fotolar
Azərbaycanın Xalq artisti vəfat etdi
İlham Əliyev və Mehriban Əliyeva nekroloq imzaladılar
Prezident onlara fəxri adlar verdi
Xalq artisti Yalçın Rzazadə dünyasını dəyişib
Əməkdar müəllim vəfat edti - FOTO
Xalq artistinə ağır itki üz VERDİ
Azərbaycanın Əməkdar artisti vəfat etdi
Xalq artistinin dəfn olunacağı yer müəyyənləşdi
Əməkdar artist vəfat etdi
Alim Qasımov: “Heç kəs ailə həyatımıza qarışmasın”
Xalq artisti vəfat etdi
Eldar Quliyev vəfat etdi
Fəxrəddin Manafova ağır itki üz verdi
Azərbaycanda Xalq artisti koronavirusdan öldü
Koronavirusa yoluxan Xalq artistinin vəziyyəti ağırdır
Xalq artisti vəfat etdi