Həbs edilən xəstəxana direktorundan XƏBƏR VAR
18-10-2021, 11:33
121

Həbs edilən xəstəxana direktorundan XƏBƏR VAR

“Ağcabədi rayon Mərkəzi xəstəxanası” publik hüquqi şəxsin direktoru vəzifəsində işləmiş Fövzi Tahirovun qanunsuz əməlləri ilə əlaqədar keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin istintaqı yekunlaşdırılmışdır. 
Baş Prokurorluqdan verilən məlumata görə, aparılmış istintaq-əməliyyat tədbirləri ilə Fövzi Tahirovun qeyd olunan vəzifədə işləməklə Həkim Məsləhət Komissiyasının sədri səlahiyyətlərini həyata keçirərkən 2019-2020-ci illər ərzində xəstələrin sənədlərinin əlillik dərəcəsinin müəyyən edilməsi məqsədi ilə aidiyyəti qurumlara göndərilməsi müqabilində hər bir şəxs üçün 500-2000 manat olmaqla ümumilikdə 24 şəxsdən 28 min 400 manat məbləğində pul vəsaitini xidməti otağında rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilmişdir.
Bundan başqa, istintaq zamanı Fövzi Tahirovun rəhbərlik etdiyi tibb müəssisəsinə işə qəbul olunmaq üçün ona müraciət etmiş ayrı-ayrı şəxslərin qeyd olunan xəstəxanada işlə təmin olunması müqabilində 3 min manat pul vəsaitini xidməti otağında təkrarən rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilmişdir.
İş üzrə toplanmış sübutlar əsasında Fövzi Tahirova Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş və cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.

Oxşar xəbərlər

Baş həkim həbs edildi
Azərbaycanda yüksək vəzifədə çalışmış şəxs həbs edildi
Daha bir xəstəxananın vəzifəli şəxslərinə cinayət işi açıldı
Azərbaycanda daha bir nazirliyin vəzifəli şəxsi HƏBS EDİLDİ
“VTEK“ əməkdaşlarının cinayət işi məhkəməyə göndərildi
Azərbaycanda daha bir vəzifəli şəxs SAXLANILDI
Nazirliyin vəzifəli şəxsi HƏBS EDİLDİ
Masallının baş həkimi HƏBS EDİLDİ
Həbsdəki sədrin Zığ hospitalındakı cinayətlə əlaqəsi ÜZƏ ÇIXDI
Həbs edilən baş həkim nə qədər rüşvət alıb? - RƏSMİ
“Zaminbank”ın həbs edilən vəzifəli şəxsindən XƏBƏR VAR
Prokurorluq Masallı Mərkəzi xəstəxanası ilə bağlı MƏLUMAT YAYDI
Rüşvətə görə həbs olunan baş həkimdən XƏBƏR VAR
Lisey direktorunun həbsi ilə bağlı RƏSMİ AÇIQLAMA
Azərbaycanda iki vəzifəli şəxs barəsində cinayət işi başlandı - RƏSMİ
Rüşvət üstündə həbs olunan baş həkimin şikayəti təmin edilmədi
Sex rəhbərindən rüşvət alan vergi müfəttişlərinin işi məhkəməyə göndərildi
Azərbaycanda vəzifəli şəxslə bağlı cinayət işi başlandı - RƏSMİ
Daha bir məmur rüşvətə görə hakim qarşısına çıxarılır
Direktor rüşvətə görə həbs edildi
Özünü prokurorluq əməkdaşı kimi təqdim edən həbs olundu
3,2 milyon manat mənimsəyən xanım direktor HƏBS EDİLDİ
Ağcabədi səhiyyəsi iflic durumda... - İTTİHAM
Həbs edilən xəstəxana direktorunun yerinə TƏYİNAT
Daşkəsəndə həbs olunan vəzifəli şəxslərdən XƏBƏR VAR
Bakıda vəzifəli şəxslərə cinayət işi açıldı
Baş həkimdən 7 min manat rüşvət alan şəxs həbs edildi
İki milyondan çox pul mənimsəyən direktorun işi məhkəmədə
2 milyonluq dələduzluq edən qadının həbsi barədə rəsmi məlumat
Həbsdə olan direktora qarşı dələduzluq edən müəllim də tutuldu