Qeydiyyatda olmayanların DİQQƏTİNƏ: Şəxsiyyət vəsiqəsini belə alacaqsınız - RƏSMİ
5-10-2019, 17:00
10 526

Qeydiyyatda olmayanların DİQQƏTİNƏ: Şəxsiyyət vəsiqəsini belə alacaqsınız - RƏSMİ

Ölkə ərazisində heç yerdə qeydiyyatda olmayan vətəndaşlara şəxsiyyət vəsiqəsi necə verilir? "Çip"lər nə vaxtdan aktivləşir?
Milli.Az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin Qeydiyyat və Şəxsiyyət vəsiqəsi şöbəsinin rəisi polis mayoru Jalə Nəsibova Lent.az-ın yeni nəsil şəxsiyyət vəsiqələri ilə bağlı suallarını cavablandırıb. Şöbə rəisi heç yerdə qeydiyyatı olmayan vətəndaşlara şəxsiyyət vəsiqəsinin verilməsi prosesinə aydınlıq gətirib:
"Öncə onu qeyd etmək lazımdır ki, vətəndaşlar bir yerdən digər yerə köçdükdə məhkəmə qərarı olmadan əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmır. Ancaq məhkəmənin qərarı ilə vətəndaşı icra hakimiyyəti qeydiyyatdan çıxara bilər. Bu zaman həmin vətəndaş şəxsiyyət vəsiqəsi almaqdan ötrü inzibati qeydiyyata düşməsi üçün polis bölməsinə müraciət etməlidir. Buna görə də vətəndaşlar bir yerdən başqa yerə köçdükdən sonra yeni yaşayış yerində qeydiyyata alınmasalar da, əvvəlki qeydiyyat əsasında onlara şəxsiyyət vəsiqəsi verilir. Əgər yeni yaşayış yerində qeydiyyata düşərsə, yaxınlıqda olan polis bölməsinə və ya "Asan Xidmət" mərkəzinə müraciət edərək, "çip"də qeydiyyat sahəsini dəyişə bilər. Xaricdə yaşayan Azərbaycan vətəndaşlarının şəxsiyyət vəsiqəsi əldə etməsi isə səfirliklərin müraciəti əsasında gerçəkləşir. "Çip"lər şəxsiyyət vəsiqəsi verildiyi andan, vətəndaşın barmaq izi təsdiq olunduqdan sonra aktiv edilir".
Qeyd edək ki, Azərbaycanda ötən il sentyabrın 1-dən yeni nəsil şəxsiyyət vəsiqələri verilməyə başlanılıb. Vəsiqələrə əlavə olunan "çip"lər vətəndaşların yaşayış yeri üzrə qeydiyyatı, ailə vəziyyəti haqqında məlumatlar, şəxsiyyət vəsiqəsi sahibinin biometrik fotosu və digər fərdi göstəriciləri özündə birləşdirən elektron daşıyıcıdır. Yeni vəsiqələr 6 dövlət qurumunun (Ədliyyə, Səhiyyə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirlikləri, Dövlət Miqrasiya, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətləri, Əmlak Məsələləri Dövlət Komitəsi) məlumatları əsasında hazırlanır.

Oxşar xəbərlər

"İki nazir birləşərək Prezidentə bazada aktivləşdirilməyən şəxsiyyət vəsiqəsi verib"
8103 SMS icazə sistemində yeni qaydalar - İcazələr belə alınacaq...
DSX Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı keçiriləcək
Azərbaycandan Türkiyəyə səfərlərdə pasport lazım olmayacaq - RƏSMİ
Şəxsiyyət vəsiqələrini dəyişmək istəyən Naxçıvan vətəndaşlarının nəzərinə
Məktəbəhazırlıqla bağlı ən çox verilən suallara CAVAB
Sabahkı imtahanlarda 4 606 nəfər iştirak edəcək
İmtahanlarda zal nəzarətçisi olmaq istəyənlər! - Müsahibələr başlayır
Nazirlik daha 35 min işsiz üçün birdəfəlik vəsaiti köçürdü
Kamillə Gülayın gizli boşandığı üzə çıxdı - Foto
Maska və əlcəkdən istifadə edilmədiyi üçün yazılan cərimələr ödənilməlidirmi? - RƏSMİ
Nazir onu bu bölməyə rəis TƏYİN ETDİ
Vilayət Eyvazov Balakişiyevi müstəntiq
Qəbul imtahanları ilə bağlı vacib xəbər
Bu gün növbəti imtahanlar keçiriləcək - DİM
Siyavuş Novruzovdan sosial şəbəkələrlə bağlı TƏKLİF
DİM avqustun 27-də növbəti imtahanlar keçirəcək
Vilayət Eyvazov onu DYP-yə rəis TƏYİN ETDİ
Təhsil Nazirliyi peşə təhsili müəssisələrinə daxil olanlara müraciət edib
Dövlət Komitəsi haqqında yayılan məlumatlara cavab verdi
Vilayət Eyvazov DYP-yə yeni rəis TƏYİN ETDİ
Bu gün 19 mindən çox abituriyent qəbul imtahanı verəcək
Qadınlar “prava” imtahanına şortiklə girə bilər, kişilər isə yox!
Vilayət Eyvazovdan yeni TƏYİNAT
Maşını olanlara şad xəbər - YENİLİK
Salyan DYP-yə yeni rəis təyin edilib - ƏMR
DYP-dən cərimələrlə bağlı xəbərdarlıq
Xarici ölkələrin Azərbaycandakı diplomatlarına MÜRACİƏT
SMS icazə müddəti bitən vətəndaşlara bu halda güzəşt edilir - RƏSMİ
Vilayət Eyvazovdan yeni TƏYİNATLAR - ƏMR