Emin Əmrullayevi biabır edən, tələbəyə “şamtutan” deyən Nərmin Qaralova ilə bağlı daha bir məlumat yayıldı – “FƏRƏH ƏLİEYANIN ADAMIYAM” (VİDEO)
18-10-2021, 13:40
156

Emin Əmrullayevi biabır edən, tələbəyə “şamtutan” deyən Nərmin Qaralova ilə bağlı daha bir məlumat yayıldı – “FƏRƏH ƏLİEYANIN ADAMIYAM” (VİDEO)

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecinin 67 müəllimi işdən çıxarılıb. Çıxarılan müəllimlərdən 46-sı ali təhsilli müəllim, 21 orta ixtisas təhsilli şəxslər, 1nəfər metodist, 4-nəfəri şöbə müdirləridir. Bildirilir ki, müəllimlərin işdən çıxarılması ilə bağlı əmri Kollecin direktoru Nərmin Qaralova verib.
Ardından isə Kollecin tədris işləri üzrə direktor müavini Kamran Məsimovun səs yazısı yayılıb. Səs yazısında Kamran Məsimov qeyd edib ki, bu müəllimlər Ceyhun Bayramovun nazir olduğu dönəmdə qeyri-qanuni işə götürülüb və 67 müəllimin qovulmasını isə Emin Əmrullayev tapşırıb, yəni onun adından kollecə arayış təqdim olunub. Təhsil Nazirliyi isə belə bir arayışın olmadığını deyir. İşdən qanunsuz qovulan müəllimlər Prezidentə, I Vitse-Prezidentə müraciət ediblər. Müəllimlər Baş Prokurorluğun və digər aidiyyatı hüquq-mühavizə orqanlarının diqqətini bu işə yönəlməsinə ümid edirlər. Görünüən odur ki, Emin Əmrullayev rüşvət müqabilində işə aldığı (belə iddialar sosial şəbəkələrdə səslənib) Nərmin Qaralovanın bütün psixi və əxlaqi qüsurlarına göz yummaq niyyətindədir.
Redaksiyamıza daxil olan məlumatı olduğu kimi oxucularımızın diqqətinə çatdırırıq:
"Müəllimlər deyir ki, sentyabr ayının 28-də Pedaqoji Şura keçiriləcəyi haqqında bizə heç bir elan verilmədi. Biz bu xəbəri kənardan eşitdik. Məlumatdanaydın olur ki, Nərmin Qaralova Pedaqoji şuranın keçiriləcəyini ancaq yaxın adamlarına deyib. O bildirib ki, Şura 28 sentyabr saat 17:00da başlayacaq şöbələrin ixtisarı, birləşdirilməsi, struktur dəyişikliyi, bir də fənn biliklərinin ixtisarı məsələsi müzakirə olunacaq. Və saat 16:00 fənn birlikləri adlanan qrupa həmişə iclasların linki atılır. Çox gözləsək də, link atılmadı. Sonda linklər ayrı-ayrı şəxslər tərəfindən bizə göndərildi ki, iclasa qoşulmaq istəsəniz qoşularsız dedilər. Yəni müdiriyyət tərəfindən deyil, adi müəllimlər tərəfindən. Və həmin link vasitəsilə biz iclasa girsək, bütövlükdə 100 nəfərə yaxın müəllim yığışıb, iclasın başlanmasını gözləyirdi. 1 -saatdan sonra məlum oldu ki, ikinci başqa link hazırlanıb. Və həmin link ancaq müdiriyyətin tapşırdığı qanunsuz hərəkətlərinə göz yuman müəllimlərə göndərilib. O link də bəzi müəllimlər tərəfindən atıldı. O linklərə bəzi müəllimlər daxil ola bildilər. Eyni zamanda Pedaqoji şura zamanı "Teams” proqramının operatoru Aytən Məmmədova Nərmin Qaralovanın göstərişi ilə iclasa qoşulmaq istəyən Şöbə müdirlərini və qovulan müəllimləri bir- bir iclasdan əngəllədi. Müəllimlər Pedaqoji Şurada iştirak edə bilmədilər.”
Məlumatdan da aydın olur ki, Nərmin Qaralova həm Təhsil nazirliyinin, həm də kollecin qayda-qanunlarına, sözün əsl mənasında "tüpürüb”, ayaqlar altına atıb. Və bütün qərarlar pedaqoji heyətin yetərsayı olmadan qəbul edilir ki, bu daözü-özlüyündə cinayətdir. Ümid edirik ki, Baş Prokurorluq, Dövlət Təhlükəsizlik Xidməti Kollecdə baş verənlərlə bağlı ədalətli addım atacaqdır.
Nərmin Qaralova qanunsuz qovduğu müəllimləri Fərəh Əliyevanın adı iləşantaj edir…
Məlumatagörə, keçmiş Baş prokuror Zakir Qaralovla qohumluq əlaqəsi olan Nərmin Qaralova, əsasən təhsil naziri Emin Əmrullayevin və kollektivə "rəfiqəmdir” deyərək təqdim etdiyi Prezident Administrasiyasının Humanitar siyasət şöbəsinin müdiri Fərəh Əliyevanın adından istifadə edir: "Vəzifəyə gələr-gəlməz Humanitar Kollecin tələbələrini (keçirilən video konfransda) "şamtutan” adlandıraraq təhqir edən, bu kimi hərəkətləri ilə bütün Azərbaycanda "məşhurlaşan” direktor Nərmin Qaralovanın bu günə qədər cəzasız qalması bir daha sübut edir ki, ciddi psixi problemlərinin olması ehtimal edilən həmin qadın həqiqətən də kimlərsə tərəfindən himayə olunur”- deyə məlumatdaqeyd olunur.
Növbəti yazımızda isə Fərəh Əliyevanın Nərmin Qaralova ilə münasibətlərindən, eyni zamanda, direktorun İctimai TV adının şantajlarda necə istifadə etməsindən və bu işdə direktorun orada çalışan əri ilə bağlı məqamlara geniş yer ayıracağıq.
XEBER.top
 
 

Oxşar xəbərlər

Azərbaycan təhsilində xaos: Şagirdə “ŞAMTUTAN” deyən direktor 67 müəllimi qanunsuz olaraq işdən çıxarır - ÖLKƏ BAŞÇISINA MÜRACİƏT
Bakı Humanitar Kollecində məmur özbaşınalığı: "Şamtutan" direktor 67 işçini qanunsuz işdən azad edir - VİDEO
"Humanitar Kollecin direktorunu kim himayə edir?" - İşdən çıxarılan müəllimlər soruşur...
Azərbaycan təhsilində rəzalət: 67 MÜƏLLİMİ QOVAN, TƏLƏBƏYƏ “ŞAMTUTAN” DEYƏN DİREKTOR “XƏZƏR TV”-Nİ BELƏ QOVDU
Humanitar Kollecin Direktoru "COVİD-19" xəstələrini məcburi işə çıxarır-Video
Tələbəni təhqir edən direktor cəzalandırıldı
Bakı Humanitar Kollecinin Direktoru Nərmin Qaralova Tələbəni Təhqir Etdi-Bizə Şam Tutan Lazım Deyil!- VİDEO
Humanitar Kollecin direktoru deyir ki, “şam tutmaq”  fəlsəfi sözdür - Zakir Qaralovun qohumu tələbəyə hədə-qorxu gəlir
Kollec direktoru tələbəni ədəbsiz sözlərlə təhqir etdi - VİDEO
Məktəb direktorundan qanunsuzluq: məktəbin təmirini müəllimlərə etdirir — Səs yazısı
Direktor işdən çıxarıldı - Valideynlər ayağa qalxdı
Nazir bu məktəbdə baş verənlərdən xəbərdar olmalıdır...
Nazir prorektor olan qayınatanı işdən çıxarıb, yerinə kürəkənini təyin etdi
Tələbəni təhqir edən direktor: "O sözün mənasını indi öyrənirəm"
"Müəllimlər kütləvi COVID-19 testindən keçirilməyəcək" - Nazir
Bəs, sənin  ŞAM-ını kim tutub, xanım Qaralova ?- Bakı Humanitar Kollecində ÖZBAŞINALIQLAR...
Nazir müəllimlərdən pul yığan direktoru işdən çıxardı
Yeni prorektor qayınatasını əvəzləyib?
Nazir bu təhsil şöbəsinin müdirini İŞDƏN ÇIXARDI
Bu təhsillə Kəlbəcərə qayıtmaq olmaz... - İDDİA
Hadi Rəcəbli ilə fotosu yayılan, sonra da işdən qovulan xanım direktora niyə cinayət işi açılıb? - TƏFFƏRÜAT - FOTO
Kəlbəcər təhsili can üstədir... - İTTİHAM
Tanınmış xanəndə vəfat etdi
Emin Əmrullayev intihar edən 27 yaşlı müəllimdən yazdı
Bu kolleclər yenidən təşkil edilir - Baş nazirdən QƏRAR
Tələbə-qiymət kitabçası üçün  20 manat pul  yığan Humanitar kollec direktoru -Kollec, yoxsa, Vaqif  Əmiraslanovun  işədüzəltmə bürosu
Bu müəllimlər məcburi şəkildə vaksinasiya olunacaqlar - VİDEO
Müəllimlər də peyvənd olunacaq
“Azsığorta”da NƏ BAŞ VERİR: Rəhbərlikdə kütləvi ixtisar - sədrdən sonra müavin də çıxarıldı
“Azsığorta”da NƏ BAŞ VERİR: Rəhbərlikdə kütləvi ixtisar - sədrdən sonra müavin də çıxarıldı