1 milyonadək işçinin maaşı, 130 minədək tələbənin təqaüdü artırılacaq - RƏSMİ
18-10-2021, 13:51
137

1 milyonadək işçinin maaşı, 130 minədək tələbənin təqaüdü artırılacaq - RƏSMİ

Prezident İlham Əliyevin 16 oktyabr 2021-ci il tarixli “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamı sosial ödənişlərin artırılması istiqamətində növbəti mühüm addımın atılmasına imkan verir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, sərəncamın icrası olaraq əmək müqaviləsi ilə çalışanların böyük qisminin əməkhaqları artırılacaq. Həmçinin minimum əməkhaqqı alanların da məvacibləri yüksəldiləcək. Bu islahat 1 milyonadək işçini əhatə edəcək.
Pensiya və sosial müavinət artımı tədbiri isə 450 min şəxsə müvafiq sosial ödənişin artırılmasına imkan verəcək.
Təqaüd artımı istiqaməti isə tələbələrin rifahına dəstək məqsədi daşıyır. Təqribən 130 minədək tələbənin təqaüdündə artım olacaq.
Sərəncamın icrası ilə sosial ödəniş artımı həmçinin aztəminatlı əhali kateqoriyasına aid ailələri də əhatə edəcək.
Ümumilikdə 1 milyon 800 min vətəndaşı əhatə edəcək Sərəncam onların sosial müdafiəsinin gücləndirilməsinə xidmət edir.
Xatırladaq ki, Sərəncamda Nazirlər Kabinetinə əməkhaqlarının, pensiya və sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin məbləğlərinin artırılması ilə bağlı 2022-ci ilin dövlət büdcəsi layihəsində müvafiq tədbirlərin əks etdirilməsi üçün təkliflər hazırlanması və dövlət başçısına təqdim edilməsi tapşırılır. Həmin təkliflərin hazırlanmasına artıq başlanılıb və qısa müddət ərzində bu təkliflər yekunlaşdırılaraq təqdim ediləcək.

Oxşar xəbərlər

Nazirlikdən şad xəbər - Bu şəxslərə 250 manat pul veriləcək
Gələn ildən pensiyalar artacaq - Nazir
DSMF 1000-dək şəxsə pensiya, müavinət və təqaüd təyinatı apardı
2 100-dən çox şəhid ailəsinə təqaüd, pensiya və müavinət təyin edildi
Nazirlikdən pensiyalarla bağlı açıqlama
Mülki şəhidlərin ailələrinə sosial ödənişlər təyin olundu
Əhaliyə ŞAD XƏBƏR: maaşlar artırılacaq
Pensiya, müavinət və təqaüd alanlara ŞAD XƏBƏR
Şəhid ailələri üzvlərindən daha 1 300-dək şəxsə pensiya təyin olunub
Maaşlar nə qədər artacaq? - Komitə sədri açıqladı (VİDEO)
Birdəfəlik ödəmə ilə bağlı müraciətlərin qəbulu başa çatdı
Erməni terrorunun qurbanı olan mülki şəxslərə şəhid statusu verildi
Şəhid ailələrinə ödənişlər edildi
Prezidentdən əhalinin sosial rifahının qorunması ilə bağlı SƏRƏNCAM
Şəhid ailələri və müharibə əlilləriylə bağlı tədbirlər planı hazırlandı
Azərbaycanda pensiyalar ARTIRILDI
Prezidentdən şəhid ailələrinə və müharibə əlillərinə yeni mühüm sosial dəstək paketi
"Azərbaycanda həyata keçirilən sosial dəstək tədbirləri nümunəvi xarakter daşıyır"
Hökumətin antiböhran proqramı və ya sosial dövlətin Azərbaycan modeli -
Pensiya yaş həddində yenidən dəyişiklik edilir - RƏSMİ
Əhaliyə ŞAD XƏBƏR
Pensiyaların artırılacağı ilə bağlı rəsmi açıqlama
Daha 10 min şəxs ödənişli ictimai işlərə cəlb olunub
Sosial müavinət və təqaüd kartlarının istifadə müddəti uzadıldı
Heydər Əliyev Fondu 100 minədək ailəyə sovqat göndərəcək
2 783 şəhidin 7 127 ailə üzvünə sosial ödənişlər təyin olundu
Müharibə dövründə sarsıntı keçirən ailələrə psixoloji dəstək verilib
Maaş və pensiyalar nə qədər artacaq? - VİDEO
Bu ay üzrə ünvanlı sosial yardımlar ödənilib
Bu işçilərin maaşları artırıldı - RƏSMİ