Ramiz Mehdiyev kürəkəninin polkovnik qardaşına AMEA-da yüksək vəzifə verdi
22-08-2020, 12:53
387

Ramiz Mehdiyev kürəkəninin polkovnik qardaşına AMEA-da yüksək vəzifə verdi

Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyevin nəvəsinin toy mərasimi keçirilib.
Yeniavaz.com xəbər verir, koronovirus pandemiyası səbəbindən ölkədə kütləvi tədbirlərin, o cümlədən də toy mərasimlərinin keçirilməsi qadağan olunduğu üçün Ramiz Mehdiyevin nəvəsi - Fidan Əliyevanın toy mərasimi sosial şəbəkələrin və mətbuatın əsas müzakirə mövzusuna çevrilib.
Məlumat üçün bildirək ki, toy mərasimini Novxanı kəndindəki villalarında keçirən Ramiz Mehdiyevin nəvəsi Fidan Əliyeva həm də sabiq millət vəkili İlham Əliyevin qızıdır.
Azərbaycan Milli Məclisinin IV çağırış deputatı olan İlham Əlisəftər oğlu Əliyev 56 saylı Xaçmaz kənd seçki dairəsindən millət vəkili seçilib.
İlham Əliyev 1967-ci ildə anadan olub. Yasamal rayonundakı 158 saylı orta məktəbdə oxuyub. İxtisasca iqtisadçı olan İlham Əliyevin adı mətbuatda biznes fəaliyyətilə bağlı hallanır. Mətbuatda yer alan məlumatlarda bildirilir ki, İlham Əliyev “Astoriya Tibb Mərkəzi” MMC-nin təsisçilərindən biridir. “Astoriya Tibb Mərkəzi” MMC-nin digər təsisçisinin Sadıqov Fərid Akif oğlu olduğu qeyd olunur. Sadıqov Fərid Akif oğlu eyni zamanda ölkənin aparıcı provayder şirkətlərindən olan “Kaspian Telekom”un qanuni təmsilçisi olub. 2017-ci ildən şirkətin qanuni təmsilçisi Əliyev Orxan Fikrət oğludur. Orxan Əliyevin İlham Əliyevin qardaşı Fikrət Əliyevin oğlu olduğu bildirilir.
Qeyd edək ki, Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevin qardaşı Fikrət Əliyevin vaxtı ilə Milli Təhlükəsizlik Nazirliyində işlədiyi bildirilir. Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru Elşad Abdullayevin mətbuata verdiyi açıqlmada qeyd olunub ki, sabiq Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun imzası ilə 23 iyun 2008-ci ildə ona məktub göndərilib. Məktubda bildirilir ki, Milli Təhlükəsizlik Nazirliyinin polkovniki Əliyev Fikrət Əlisəftər oğlu Azərbaycan Beynəlxalq Universitetinə ümumi işlər üzrə prorektor təyin edilmək üçün göndərilir. ABU-da prorektor olan Fikrət Əliyev daha sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yanında Mərkəzi Hərbi-Həkim Komissiyasının sədri vəzifəsində çalışıb. 2015-ci ildə "Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub. 2017-ci ildə işdən çıxarıldığı bildirilir.
Ramiz Mehdiyev AMEA prezidenti seçildikdən bir ay sonra sonra sabiq Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı – keçmiş millət vəkili Elton Məmmədovu AMEA-nın “Yüksək Texnologiyalar Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru təyin edib. Bir neçə aydan sonra – bu ilin yanvar ayının 16-da isə Elton Məmmədovu AMEA-nın İşlər idarəsinin müdiri təyin edib. Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevin polkovnik qardaşı Fikrət Əliyev isə AMEA İşlər idarəsinin müdir müavini təyin olunub.

Oxşar xəbərlər

Ramiz Mehdiyev də karantin qaydalarını pozub nəvəsinə toy etdi - Video,Foto
Ramiz Mehdiyevin nəvəsinin qalmaqallı toyundan yeni görüntülər yayıldı - Video
Ramiz Mehdiyevin qızına toy edən kurəkəni məhkəmə qarşısına çıxarılır
Ramiz Mehdiyev ölübmü? - AMEA-dan AÇIQLAMA
Ağsaqqal niyə cəzalandırılmır? - Açıqlama
Siyavuş Novruzovdan başqa hansı deputat Ramiz Mehdiyevin toyunda iştirak edib?
Ramiz Mehdiyevin qızı kimdir? - Fotolar
Mehdiyevin nəvəsinin toyuna gedən lisey direktoruna TÖHMƏT VERİLDİ
Əli Kərimli Ramiz Mehdiyevə işləyib – ŞOK açıqlama
Ramiz Mehdiyevlə Zeynəb Xanlarova arasında nə baş vermişdi?
Rüşvətlə tutulan məmurun rəisi Ramiz Mehdiyevin qardaşı oğludur
Daha bir deputat Mehdiyevin nəvəsinin toyunda olub
Ramiz Mehdiyev maral buynuzu ilə bu xəstəliklərini aradan qaldırırmış - İDDİA
Deputat DİN-i tədbir görməyə çağırdı
Ramiz Mehdiyevin kürəkəni həbs cəzasını harada çəkəcək?
Ramiz Mehdiyevin nəvəsinin toyunda Ombudsman qol götürüb oynadı - Video
“Ramiz Mehdiyevin tayfası və mənim nəslim-tayfam...” – Kürəkəndən tost
“Razvetçik” minanı partlatdı: Mehdiyev Təhlükəsizlik Şurasından uzaqlaşdırılacaq?
“Karqo Şamil”  də Ramiz  Mehdiyevin nəvəsinin toyunda iştirak edib
Ramiz Mehdiyev yavaş-yavaş kapitulyasiya edir... - Daha bir bağını satışa çıxardı
“Ramiz Mehdiyev dövlətə meydan oxuyursa ...” - Abid Şərifov
Ramiz Mehdiyevin həyat yoldaşı da subsidya alıb - Foto
Gülçöhrə Məmmədova toyda olmayıb – Açıqlama
Sabir Rüstəmxanlı Ramiz Mehdiyevin toy qalmaqalı haqda
Hadi Rəcəbli nəvəsinə toy etdiyini təsdiqlədi və əsəbiləşdi...
Bahar Muradova Ramiz Mehdiyevin nəvəsinin toyunda olub? — Özündən açıqlama
Mehdiyevin nəvəsinin toyunda oynayan Ombudsmanın geyiminin gözqamaşdıran qiyməti
Ramiz Mehdiyevin yerinə sədr seçiləcək
Arzu Nağıyev: Heç bir vəzifəli şəxs qanunun tələblərinə hörmətsiz yanaşa bilməz
Mehdiyev müxalifətə keçsə, nə baş verəcək? – Arif Hacılının baxışı