"Laçın şəhəri və Şuşanın ətraf kəndləri Azərbaycana veriləcək"
19-10-2021, 17:11
49

"Laçın şəhəri və Şuşanın ətraf kəndləri Azərbaycana veriləcək"

Yaxın vaxtlarda Şuşanın ətraf kəndləri və Laçın şəhəri Azərbaycana veriləcək.
Qaynarinfo xəbər verir ki, bu barədə Ermənistan parlamentinin "Şərəfim var” blokundan olan deputatı Tiqran Abramyan bildirib. O, sərhədlərin delmitasiya və demarkasiya prosesindən danışarkən qeyd edib ki, bu məsələlər toponimlə deyil, xəritələrlə həllini tapır.
Deputat əsas problemin Azərbaycan və Ermənistan sərhəddi ilə yox, Qarabağla bağlı olduğunu bildirib: "Ermənistan hökuməti yaxın üç ildə aparılacaq danışıqlarda təminat verə bilmir ki, hansı əraziləri güzəştə gedəcək və ya getməyəcək. Bununla bağlı prinsipial mövqeyi də yoxdur. Azərbaycan-Ermənistan sərhəddini müəyyən etmək əsas problem deyil. Əsas məsələ Şuşa ətrafı kəndlər və Laçın şəhəridir. Belə davam edərsə, yaxın zamanlarda Şuşanın ətrafındakı kəndlər və Laçın şəhəri Azərbaycana veriləcək”. Deputat daha sonra əlavə edib ki, Ermənistan hakimiyyəti artıq Qarabağla bağlı heç bir iş görmür: "Ermənistan hökuməti bizə deyir ki, Qarabağla bağlı sualları onlara ünvanlamayaq. Açıq şəkildə deyirlər ki, Qarabağla məsələləri onlardan soruşmayaq. Onlar artıq bu problemlə bağlı heç bir iş görmək istəmirlər və sakitcə əllərini hər şeydən çəkiblər. Humanitar yardım məsələsindən başqa heç bir mövzuda məsuliyyəti üzərlərinə götürmürlər”.

Oxşar xəbərlər

Laçın rayonunun yol nişanları hazırdır
Ermənistanda “Laçın davası” qızışır
Ermənistan ordusunu Şuşanın şimalında kim yerləşdirib?
"Ermənistan hesab edirdi ki, bütün Laçın rayonu onlara dəhliz kimi verilməlidir"
Ermənilər Xoznavarı tərk edirlər: - “Bizə dedilər ki, kənd yaxın günlərdə Azərbaycana veriləcək”
“Laçında erməni qalmayıb” - Rusiyalı sülhməramlılar
Laçının hansı kəndləri rusların nəzarətindədir?
Laçının hansı kəndləri rusların nəzarətindədir?
“Üç ilə Laçın şəhəri də bizə qaytarılacaq” - İlham Əliyev
Ermənistan Azərbaycana şərt irəli  sürdü
Ermənilər bu kəndi də boşaldırlar
Rusiya MN-dən Laçının Azərbaycana təhvil verilməsi barədə açıqlama
Ermənistan sərhəddəki ərazilərimizdən geri çəkilir
“Laçın dəhlizində Azərbaycanın sərhəd qoşunları, gömrüyü durmalıdır”
“Şuşa və Xankəndidəki Ermənistan hərbçiləri mühasirəyə alınıb” - Geriyə yol yoxdur
Ermənilər Laçından qaçır - BBC
Ermənistan niyə Qazaxın kəndlərin geri vermir?
Ermənilər Laçını tərk edir
“Bizi yenidən təxribatla hədələməyə çalışırlar” – Prezidentdən açıqlama
Laçın dəhlizində 15 erməni əsgəri əsir götürüldü
“Azərbaycan ərazi bütövlüyünü təmin edib” - Türkiyə Prezidenti
“Eşitmişəm ki, Azərbaycan Laçın şəhərini azad edib…”
Paşinyan hökuməti darmadağın edir: Nazirlər bir-bir istefa verir
Qazaxın bu kəndləri geri qaytarılacaq – SİYAHI
Ermənilər Şuşa rayonunda iki kəndin mühasirəyə alındığını bildirirlər
Azərbaycan erməni əsirləri geri qaytarır? - “Bu üç şərt yerinə yetirilərsə...“
Ermənistan qoşunlarının Ağdam, Kəlbəcər və Laçından çıxarılması davam edir
Laçında Azərbaycan Himni oxundu - VİDEO
Laçın dəhlizində son durum:  Şuşaya giriş niyə qadağandır?
Dövlət başçısı: "Bəyanata müdaxilə etmək cəhdləri var"