İlqar İsmayılov Zərifə Həmzəyeva ittiham edir: "Saxta sənədlərdən istifadə olunub"
19-10-2021, 18:00
56

İlqar İsmayılov Zərifə Həmzəyeva ittiham edir: "Saxta sənədlərdən istifadə olunub"

"İdeal”ın keçmiş sahibi həbsinin səbəblərindən danışdı
"İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi, həbsdə olan iş adamı İlqar İsmayılovla bağlı məhkəmə istintaqı bitmək üzrədir. 
Qaynarinfo xəbər verir ki, artıq şahidlərin dindirilməsi mərhələsi başa çatıb. Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu prosesdə bu cinayət işindəki sənədlər elan edilib. Amma sənədlərin tədqiqi mərhələsindən öncə "İdeal Company”nin mühasibi işləmiş Samirə Quliyeva dindirilib.
Şirkətin keçmiş mühasibi ikinci dəfədir ki, məhkəmədə dindirilir. İstintaqda ifadə vermiş Samirə Quliyevanı ittiham tərəfi məhkəməyə çağırılacaq şahidlər siyahısında da göstərmişdi. Məhkəmədə dindirilən keçmiş mühasib İlqar İsmayılovun şirkətə mədaxil etdiyi vəsaitlər, həmçinin kassadan götürülən pullar, onların hara xərclənməsi barədə danışmışdı.
İş adamının özü və vəkilləri Samirə Quliyevanın əlavə şahid qismində təkrar dindirilməsi haqda vəsatət qaldırmış, hakimlər də buna müsbət cavab vermişdi. Çünki İlqar İsmayılov şirkətin səhmlərinin bir hissəsini AZAL prezidenti Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyevaya satandan sonra - 2011-2017-ci illərdə "İdeal Company”nin 680 min manata yaxın vəsaitini mənimsəməkdə ittiham olunur. İttiham aktında İlqar İsmayılovun müxtəlif vaxtlarda "YapıKrediBank” və "SilkWay Bank”dan şəxsi məqsədləri üçün götürdüyü 1 milyondan artıq kreditləri sonradan şirkətin hesabına - "İdeal Company”dən çıxarılan vəsaitlərlə ödənildiyi iddia olunur.
İş adamı isə bildirir ki, Zərifə Həmzəyeva ilə şərik olandan sonra AZAL prezidentinin xanımı özünə məxsus o vaxtkı "SilkWay”, indiki "Premium Bank”dan kredit ayırıb, şirkətin inkişafına sərf etməyi təklif etmişdi. 
Onlar bu barədə razılığa gələndən sonra bankda İlqar İsmayılovun adına kredit ayrılmış, lakin həmin vəsaitin hamısı şirkətin kassasına köçürülmüşdü. İş adamının sözlərinə görə, buna görə də qrafik üzrə kreditlərin ödəniş vaxtında kassadan vəsait ayrılır və ödənilirdi.
Mühasib Samirə Quliyeva da İlqar İsmayılovun adına götürülən kreditlərin "İdeal Company”nin kassasına köçürüldüyünü və şirkətə sərf olunduğunu təsdiqləyib. O, 1 milyon 13 min manat və 1 milyon 497 min manat məbləğində kredit vəsaitlərinin bütünlüklə şirkətin xəzinəsinə mədaxil edilməsi barədə müdafiə tərəfinin təqdim etdiyi qəbz və aktdakı imzaların ona məxsus olduğunu bildirib.
Samirə Quliyeva vurğulayıb ki, bununla bağlı şirkətin digər vəzifəli şəxslərinə elektron poçt vasitəsilə hesabat göndərirdi. Məhkəmədə e-mail yazışmaları da təqdim olunub və şahid həmin yazışmalarının ona məxsus olduğunu da təsdiqləyib.
Mühasib əlavə edib ki, götürülmüş kreditlərin ödəniş cədvəli də şirkətdə olub və onun əsasında aylıq ödəmələr həyata keçirilirib.
Dindirmə zamanı iş adamı bildirib ki, onun şirkətin kassasından pul çıxarmasıyla bağlı iş materiallarında 15 sənəd var. Amma bu sənədlərin cəmi 3-də onun imzası var: "Bu sənədlərdən yalnız birində əlavə olunmuş alt-sənədlər, yəni götürülən məbləğin hara ödənildiyini sübut edən sənədlər var. Digərləri isə yalnız məxaric sənədinin surətlərindən ibarətdir. Mənim imzam olmayan sənədlərin isə həqiqiliyi şübhə doğurur”.
İlqar İsmayılov iddia edir ki, onu həbs etdirmək üçün saxta sənədlərdən istifadə olunub.
Müdafiə tərəfi işdə yer alan məxaric sənədlərin tədqiq edilməsi, hansında İlqar İsmayılovun imzasının olub-olmaması və alt sənədlərin mövcudluğuyla bağlı araşdırma aparılmasını istəyib. Hakimlər bu vəsatəti təmin edib.
 
Oktyabrın 25-də keçiriləcək növbəti məhkəmə iclasında sənədlərin tədqiqi mərhələsinin də yekunlaşacağı, ardınca prokurorun çıxış edəcəyi gözlənilir.
İlqar İsmayılova qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) və 308.2 (vəzifədən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb. Lakin o, ittihamları qəbul etmir.
İş adamı bildirib ki, "İdeal”dakı payını və əmtəə nişanını vermək istəmədiyinə görə ilk dəfə 2017-ci ildə şərlənib həbs olunub, o zaman 3 ay 10 gün həbsdə saxlanıb. 
Şirkətdəki payından və əmttə nişanı hüququndan imtina etməsi haqda sənədləri imzalayandan sonra həbsdən buraxılıb. 3 il dözsə də, sonra hüququnu tələb etməyə başlayıb. Ardınca yenidən həbs olunacağı barədə xəbərdarlıq edilib.
İlqar İsmayılov həbsinə və şirkətin əlindən alınmasına görə AZAL rəhbəri Cahangir Əsgərovu ittiham edir.
 
O, həbsindən bir neçə gün əvvəl "Facebook” hesabından paylaşımında da yazmışdı ki, 2017-ci ildə AZAL rəhbərinin kabinetində Cahangir Əsgərovun özü və həyat yoldaşı Zərifə Həmzəyevanın hədə və tələbilə Samir Əliyev adlı şəxsi "İdeal Company”nin direktoru təyin etmək məcburiyyətində qalıb. Zərifə Həmzəyevanın hüquqşünası İlqar İsmayılovu böhtana görə xüsusi ittiham qaydasında məhkəməyə versə də, məhkəmə sonda iş adamını haqlı sayıb və onun haqqında bəraət hökmü çıxarıb.
"İdeal”ın idarəçiləri 2020-ci ildə "Sabina” mağazalar şəbəkəsini də alıb. Bu iki şirkət "Adore Company”ə daxil edilib. 
"Adore Company”nin rəhbərliyində bir neçə ay əvvəl dəyişiklik olub. Bu ilin yanvarında şirkətin direktoru Samir Əliyev Nərmin İsmayılova əvəzləyib. 
AZAL rəhbərinin xanımı Zərifə Həmzəyeva "Premium Bank”ın da əsas səhmdarı, "Gazelli Group”un da rəhbəridir.

Oxşar xəbərlər

“İdeal”ın keçmiş sahibinin məhkəmədə halı pisləşib
“İdeal”ın keçmiş sahibinin məhkəməsində yeni gəlişmə - Yazışmalar ortaya çıxdı...
“İdeal”ın keçmiş sahibinin məhkəməsi başlayır
"İdeal" mağazalar şəbəkəsinin həbsdə olan sabiq rəhbərindən xəbər var
Məhkəmə “İdeal”ın keçmiş sahibi ilə bağlı QƏRAR VERDİ
Həbsdə olan “İdeal”ın keçmiş sahibi ilə bağlı YENİ XƏBƏR
Keçmiş nazir məhkəmədən NİYƏ QAÇIR? - Yenə eyni tələb səslənsə də...
Cahangir Əsgərovun xanımına “yox” deyildi
Cahangir Əsgərov İDEALın keçmiş sahibini NECƏ MÜFLİS EDİB... - ÇƏKİŞMƏ...
AZAL prezidentinin həyat yoldaşını məhkəməyə verdilər - SƏBƏB
Sabiq nazir Hüseynqulu Bağırov məhkəmədə dindiriləcək - TƏFƏRRÜAT
Azərbaycanda vəkil məhkəmə zalında həbs EDİLDİ
Məşhur avtomobil şirkəti AMEA-nı məhkəməyə verdi – Borca görə…
Vüqar Səfərli 18,5 milyon manatı mənimsəməkdə ittiham olunur
Azərbaycanlı idmançıdan açıq-saçıq pozlar - FOTO
10 yaşlı Nərmin Quliyevanın qətlində şübhəli bilinən İlkin Süleymanovun növbəti məhkəmə prosessi keçirilir
Casusluqda ittiham olunan ermənilər HƏBS EDİLDİ
Keçmiş nazir dövlətə vurduğu ziyanı ödədi - Azərbaycanda BİR İLK
Bakıda keçmiş icra məmuru rüşvət aldı - cəzası bilindi
Azərbaycanda tanınmış iş adamı keçmiş arvadını məhkəməyə verdi
Rasim Məmmədovun qurbanları niyə zərərçəkən qismində tanınmır? -  “Bu işə siyasi don geyindirənlər…”
Qətlə yetirilən 10 yaşlı Nərminin anasının ziddiyyətli İFADƏLƏRİ
Rafael Cəbrayılovdan son xəbər
“Səhiyyə naziri olacam” demişdi, 9 il həbs verildi
Nərmini öldürməkdə təqsirləndirilən İlkin Süleymanovdan XƏBƏR VAR
AZAL şefinin həyat yoldaşından 7.7 milyonluq yatırım - SİYAHI
Məktəb direktorunu polis nəzarətə götürdü - FOTO
Prokuror Rövşən Əkbərova 11 il cəza istədi
Eldar Həsənov məhkəmədə ifadə verir - FOTO
Keçmiş deputat qardaşını satdı: Pulları o mənimsəyib