Deputat DİN-i tədbir görməyə çağırdı
22-08-2020, 14:22
372

Deputat DİN-i tədbir görməyə çağırdı

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) PrezidentRamiz Mehdiyevin öz bağında nəvəsinə toy mərasimi təşkil etməsi ölkənin ən gündəm məsələlərindəndir. İki gündür sosial şəbəkələrdə bu hadisə kəskin qınaq hədəfinə çevrilib. Sadə vətəndaşların tələblərinə bu dəfə millət vəkilləri də qoşulublar.
Deputat Vüqar Bayramov bildirib ki, birmənalı şəkildə, bu hadisə pandemiya dövründə karantin rejimi qaydalarının kobud surətdə pozulmasıdır və başqa heç cür dəyərləndirilə bilməz.
"Azərbaycan Prezidentİlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva dəfələrlə qapalı məkanda təşkil olunan tədbirlərdə tibbi maskadan istifadə etməklə vətəndaşlara nümunə göstəriblər. Maraqlıdır ki, ölkə rəhbərliyinin karantin və eləcə də pandemiya qaydalarına tam əməl etməsi kontekstində Azərbaycan elminə başçılıq edənlərin bu qaydaları pozaraq daha sonra ona haqq qazandırmağa çalışmalarına nə ad vermək olar?"- deyə V. Bayramov vurğulayıb.
Deputat daha sonra Daxili İşlər Nazirliyini AMEA Prezidentinin təşkil etdiyi toydan yayılan videolar əsasında araşdırma aparmağa və karantin qaydalarını pozan bütün şəxsləri inzibati məlusiyyətə cəlb etməyə səsləyib: "Qanun hamı üçün eynidir. Burada AMEA Prezidenti ilə sadə vətəndaşın hüquqlarında heç bir fərq yoxdur və Daxili İşlər Nazirliyi də məsələyə məhz bu konktestdən yanaşmalıdır".(AzPolitika.info)

Oxşar xəbərlər

Siyavuş Novruzovdan başqa hansı deputat Ramiz Mehdiyevin toyunda iştirak edib?
Arzu Nağıyev: Heç bir vəzifəli şəxs qanunun tələblərinə hörmətsiz yanaşa bilməz
Ramiz Mehdiyev ölübmü? - AMEA-dan AÇIQLAMA
Hadı Rəcəblinin də nəvəsinin toyunun görüntüləri yayıldı - Video
Hadi Rəcəbli nəvəsinə toy etdiyini təsdiqlədi və əsəbiləşdi...
Sabir Rüstəmxanlı Ramiz Mehdiyevin toy qalmaqalı haqda
Azərbaycanın Ombudsmanı fəaliyyətini dondurub
AMEA əməkdaşlarının bir hissəsi işə çıxacaq – SƏRƏNCAM
Ramiz Mehdiyev də karantin qaydalarını pozub nəvəsinə toy etdi - Video,Foto
İlham Əliyev və Mehriban Əliyeva Bakıda açılışda
Ehsan Zahidovdan Ramiz Mehdiyevin nəvəsinin toyu ilə bağlı açıqlama
Mehriban Əliyeva Sami Yusufa Prezidentin fəxri diplomunu təqdim etdi
Birinci vitse-prezident İsmayıllıya səfər edib
Azərbaycanda toylar bu tarixdə başlaya bilər - Məsələ qaldırılıb
Ramiz Mehdiyevin kürəkəni həbs cəzasını harada çəkəcək?
Ramiz Mehdiyev hələ də cəzasızdır - “Boz kardinal”ın vəzifədəki qohumlarına nə əcəb toxunulmur...
“Ramiz Mehdiyev dövlətə meydan oxuyursa ...” - Abid Şərifov
Ramiz Mehdiyevin qızı kimdir? - Fotolar
Bu gün Ramiz Mehdiyevin kürəkəni və onun qudası azadlığa buraxıldı - VİDEO
İlham Əliyev və Mehriban Əliyeva Heydər Əliyevin məzarını ziyarət ediblər
Niyazi Bayramov şəhərdə aparılan abadlıq işləri ilə tanış oldu
Bahar Muradova Ramiz Mehdiyevin nəvəsinin toyunda olub? — Özündən açıqlama
“Kimliyindən asılı olmayaraq hər bir kəs karantin qaydalarına əməl etməlidir” – Mahir Abbaszadə
Bakı, Sumqayıt və Abşeron yollarındakı karantin postları ləğv edildi
Ramiz Mehdiyevin qızına toy edən kurəkəni məhkəmə qarşısına çıxarılır
İcra başçısı karantin qaydalarını belə pozdu - FOTO
Ramiz Mehdiyev maral buynuzu ilə bu xəstəliklərini aradan qaldırırmış - İDDİA
Ombudsman 82 min manata avtomobil aldı
Adil Əliyev karantin qaydalarını pozan səlahiyyətli şəxslərdən danışdı
Gülçöhrə Məmmədova toyda olmayıb – Açıqlama