Pitbul azərbaycanlı iş adamının burnunu qopardı
20-10-2021, 17:07
58

Pitbul azərbaycanlı iş adamının burnunu qopardı

Türkiyənin Samsun şəhərində azərbaycanlı iş adamı və onun həyat yoldaşı pitbull cins itin hücumuna məruz qalıb. İt 35 yaşlı Arif Şehrinin burnunu qoparıb.
Virtualaz.org xəbər verir ki, Samsunun Yeşildere məhəlləsində işə gedən 35 yaşlı Arif Şehri və həyat yoldaşı Fardina Şehriyə küçədə it hücum edib. A.Şehri bildirib ki, pitbull küçədə dayanmış maşınların birində, xaltasız olub. Həyat yoldaşı itdən qorxub, amma itin sahibi bildirib ki, qorxmağa səbəb yoxdur, it dişləmir. Arif itə yaxınlaşıb, heyvan qəflətən onun üzərinə atılıb, burnunu qoparıb. İt sahibinin köməyi ilə ərazidən uzaqlaşdırılıb. Küçədən keçənlərin köməyi ilə əraziyə polis və təcili tibbi yardım çağrılıb. Azərbaycanlı iş adamı xəstəxanaya yerləşdirilib, onun üzərində cərrahi əməliyyat aparılıb.
 
"Həyat yoldaşımla evdən çıxıb işə gedirdim. Bir maşın gəldi, içərisində pitbull cins iti vardı. İt bağlı deyildi, ağızlığı və xaltası yox idi. Həyat yoldaşım itdən qorxur, buna görə də qaçmağa başladı. İtə tərəf gedərək yoldaşımı qorumaq istədim. Sahibi dedi ki, onun iti dişləmir, narahatlığa əsas yoxdur. Amma it bir anda üstümə atıldı və burnumu qopardı. Əraziyə gələn polis əməkdaşları burnumun qopmuş hissəsini axtarmağa başlayanda özümə gəldim. Həyat yoldaşım hadisənin şokundan ayıla bilmir",- Arif başına gələnləri danışıb.
Şikayətçi deyib ki, onun yerində azyaşlı uşaqlar da ola bilərdi. Cərrahi əməliyyat olunsa da, nəfəs almaqda çətinlik çəkir. Buna görə də itin sahibindən şikayət edib.

Oxşar xəbərlər

Bakıda xanımını qısqanan kişi onun müdirinin qulağını qopardı
Sahibsiz pitbul iki küçə itini parçaladı - FOTO
Dəhşət: Boşanmaq istəyən həyat yoldaşını qəssab bıçağıyla doğradı
Kişi sözünü qaytaran arvadının üstünə benzin töküb yandırdı
Gəncədə ər 30 yaşlı həyat yoldaşını döydü vəziyyəti ağırdır
Manaf Ağayev və xanımı koronavirusa yoluxub
Göyçayda itlərin hücumuna məruz qalan yeniyetmə ölüb
Xatirə İslam və həyat yoldaşı koronavirusa yoluxdu - FOTO
Həyat yoldaşı da bir il öncə COVID-dən ölüb, özü bilmirmiş
DƏHŞƏT! Azərbaycanda koronavirusdan ölən qadının dişləri oğurlandı
7 uşaq anasını boğub, ÖLDÜRDÜ
Azərbaycanda kişi keçmiş həyat yoldaşının qulağını kəsdi
Azərbaycanlı müğənni boşanmaq istədiyi əri tərəfindən öldürüldü - VİDEO
Fərhad Əhmədovun keçmiş həyat yoldaşı öz oğlunu məhkəməyə verib, milyonlar qazandı
Canəli Əkbərov və həyat yoldaşı koronavirusa yoluxdu - FOTO
Həyat yoldaşı ilə dalaşan kişi oğlunu bıçaqladı
Abş​​​eronda qadına küçədə hücum edildi
Navalnının həyat yoldaşı da həbs olundu - FOTO
38 həyat yoldaşı və 94 uşağı olan kişi vəfat etdi - FOTO
Veteren futbolçudan sonra həyat yoldaşı da koronavirusdan vəfat ETDİ
"Rəmiş 3 gün əvvəl pıçıltı ilə dedi ki..." - Həyat yoldaşı
Tağı Əhmədovun xanımı danışdı: “O da insandır, dağ deyil, daş deyil”
Haiti prezidentinin həyat yoldaşı da öldü - YENİLƏNİB
Arvadını fahişəliyə məcbur edən taksi sürücüsü - Müştərilərə özü aparırmış
Nüsrət Kəsəmənlinin həyat yoldaşı oğlunu məhkəməyə verdi
Azərbaycanda bir ayın gəlini qonşusuna qoşulub QAÇDI
Molla 3 azyaşlı qızını silahla ÖLDÜRDÜ
Ata 16 yaşlı qızının küçədə boğazını kəsdi - FOTO
Ər iki dostu ilə birlikdə keçmiş arvadını bıçaqladı
İstanbulda amerikalı jurnalistin meyiti aşkarlanıb