Bəsitçay Qoruğunun fəaliyyəti bərpa edildi - SƏRƏNCAM
20-10-2021, 18:17
44

Bəsitçay Qoruğunun fəaliyyəti bərpa edildi - SƏRƏNCAM

Prezident İlham Əliyev Bəsitçay Dövlət Təbiət Qoruğunun fəaliyyətinin təşkili ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
Sərəncamda deyilir:
"Ermənistanın Azərbaycan Respublikasına qarşı hərbi təcavüzü insan hüquqlarının və çoxsaylı beynəlxalq hüquq normalarının pozulması, sosial-iqtisadi fəsadlar və mədəni irsə vurulan ziyanla yanaşı, misli görünməmiş ekoloji terror, təbii sərvətlərin genişmiqyaslı və uzunmüddətli talanı ilə nəticələnmişdir.
Ərazilərin 30 ilə yaxın işğal altında qaldığı müddət ərzində tarixi torpaqlarımızda təbiətə, bioloji müxtəlifliyə və su hövzələrinə qarşı ciddi ekoloji fəsadlar törədilmişdir. Azərbaycanın “Qırmızı Kitabı”na və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının “Qırmızı Siyahısı”na daxil edilmiş nadir təbiət inciləri məhv edilmiş, flora və faunaya külli miqdarda ziyan vurulmuşdur. Ətraf mühitin fiziki və kimyəvi çirklənməyə məruz qalması bütövlükdə regionda ekoloji tarazlığın pozulmasına gətirib çıxartmışdır.
İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış çərçivəsində qarşıda duran əsas vəzifələrdən biri də məhz həmin ərazilərdə təbii və keyfiyyətli ekosistemin, bioloji müxtəlifliyin, habelə nadir və itməkdə olan bitki növlərinin bərpa edilərək sağlamlaşdırılmasıdır. Bu ərazilərdə müasir yanaşmaların tətbiqi əsasında unikal meşə fondunun və mühafizə olunan təbiət komplekslərinin fəaliyyətinin bərpa edilməsi bütövlükdə regionun “yaşıl zona”ya çevrilməsinə şərait yaradacaqdır".
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, işğaldan azad olunan ərazilərdə ətraf mühitin sağlamlaşdırılması və təbii sərvətlərdən dayanıqlı istifadənin təmin edilməsi, xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin, nadir təbiət komplekslərinin və obyektlərinin təbii vəziyyətdə qorunub saxlanılması məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunun inzibati ərazisində 107 hektar sahədə yerləşən Azərbaycan Respublikasının Bəsitçay Dövlət Təbiət Qoruğunun (bundan sonra ‒ Qoruq) fəaliyyəti bərpa edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, Qoruğun Əsasnaməsini və sanitariya-mühafizə zonasını dörd ay müddətində müəyyənləşdirib təsdiq etsin;
2.2. Qoruğun mühafizəsi, təbliği və fəaliyyətinin maddi-texniki təminatı ilə bağlı zəruri tədbirlər görsün;
2.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi:
3.1. Qoruq ərazisində yerləşən təbiət obyektlərinin inventarlaşdırılmasını təmin etsin və işlər başa çatdıqdan sonra bu barədə məlumatları bir ay müddətində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim etsin;
3.2. xarici və yerli mütəxəssisləri cəlb etməklə Qoruq ərazisində ekoloji vəziyyətin qiymətləndirilməsini aparsın və işlər başa çatdıqdan sonra bir ay müddətində təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;
3.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
4. Aidiyyəti dövlət orqanları (qurumları) bu Sərəncamdan irəli gələn məsələlərin həlli ilə bağlı zəruri tədbirlər görsünlər.

Oxşar xəbərlər

Nazirlik düşmənin ekoloji terroru ilə bağlı hərəkətə keçdi
Ermənilər Şuşa meşələrini yandırır
Ermənistan Azərbaycan təbiətinə qarşı ekoloji terror törədir
ETSN Qarabağ Dirçəliş Fondu ilə memorandum imzaladı
Azərbaycanda yeni qoruq yaradıldı - SƏRƏNCAM
Kəlbəcərdəki ekoloji terrorla bağlı beynəlxalq qurumlara müraciət edilib
"İşğal olunmuş ərazilərdə ağır ekoloji cinayətlərə son qoyulmalıdır"
Dünya miqyaslı mədəniyyət tarixinə Ermənistandan böyük zərbə
Nazirlik işğaldan azad edilmiş ərazilərdə kütləvi ekoloji terroru təsbit etdi - Fotolar
“Neolit”in ərazisində ağacların məhv edilməsi faktı ilə bağlı cinayət işi başlanıb
“Cənnət bağı”nda minlərlə ağac kəsilib - Cinayət işi başlandı
Prezident daha bir sənəcam imzaladı - Şuşayla bağlı
Bələdiyyə sədrinə cinayət işi başlanıldı
Əsir götürülən Amin və Bayramla bağlı müraciət
Ombudsman erməni təcavüzü ilə bağlı dünya ictimaiyyətinə video-müraciət etdi
İlham Əliyevdən Dövlət Ekoloji Təhlükəsizlik Xidməti ilə bağlı SƏRƏNCAM
İşğaldan azad olunan ərazilərə vurulan zərər müəyyənləşdirilir
Ermənilərin Laçına vurduqları ziyan - Cinayət işi AÇILDI
Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edildi - SƏRƏNCAM
Bərdə - Ağdam dəmir yolu xəttinin tikintisi üçün 5 milyon manat ayrıldı - SƏRƏNCAM
“Noyabrın 25-i ordumuz orada yerləşdiriləcək” – Deputatdan açıqlama
Azərbaycan, Rusiya, İran, Türkmənistan və Qazaxıstan baş prokurorları bəyannamə imzaladı
Ombudsman Anım Günü ilə bağlı bəyanat yaydı
Leyla Əliyeva Qarabağla bağlı tapşırıq verdi
Azıx mağarası erməni vandalizminin qurbanına çevrilib
Bu nazirliyə yeni səlahiyyət verildi - İlham Əliyevdən FƏRMAN
Ceyhun Bayramov fransalı həmkarı ilə görüşdü
Azərbaycan beynəlxalq məhkəməyə müraciət edəcək - XİN
Qanunsuz balıq ovlayan şəxs cəzalandırılıb
“Fransanın həmsədr kimi fəaliyyətinə son qoyulmlıdır” - Deputat