Ramiz Mehdiyevin kürəkənindən PREZİDENTƏ ŞİKAYƏT OLUNDU - ŞOK İTTİHAM
21-10-2021, 13:35
147

Ramiz Mehdiyevin kürəkənindən PREZİDENTƏ ŞİKAYƏT OLUNDU - ŞOK İTTİHAM

“İNTERMEDSERVGİS” MMC-nin Yeni Gəncə Tibb Mərkəzinin icraçı direktoru Kərimova Ülkər Nadir qızı tərəfindən Prezident İlham Əliyevə şikayət ərizəsi ünvanılanıb.

Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir: "Hörmətli cənab Prezident , yazıb Sizə bildirirəm ki mən 2017-ci ildən “İNTERMEDSERVGİS” MMC-nin təsisçisi ,sabiq Milli Məclisin deputatı , Prezident Aparatının sabiq rəhbəri Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev tərəfindən Yeni Gəncə Tibb Mərkəzinin icraçı direktoru vəzifəsinə təyin olunmuşam. İşlədiyim dövr ərzində əhaliyə yüksək tibbi xidmət göstərilməsi istiqamətində öz bilik və bacarığımı əsirgəməmişəm və daim klinikanın nüfuzunu yüksəltmişəm. Nümunə kimi Ali Baş Komandan kimi Sizin və Ordumuzun zəfər çaldığınız 44 günlük müharibə dövründə klinikada yaralı əsgərlərimizə göstərilən xidmətimizi göstərə bilərəm. Dəfələrlə Müdafiə Nazirliyinin Hərbi hissələrinin Təşəkkürnaməsi və Fəxri fərmanları ilə təltif olunmuşam Mən icraçı direktor vəzifəsinə təyin olunarkən heç bir təhvil- təslim aparılmayıb və bu barədə müvafiq akt tərtib olunmayıb. Təsisçi ilə mənim aramda maddi məsuliyyət haqqında müqavilə bağlanaraq imzalanmayıb. 2021-ci ilin sentyabr ayının hasabatını verdikdən sonra mən təsisçi İlham Əliyevə onun gündən-günə artan tələblərini yerinə yetirməyimin mümkün olmadığını və bu səbəbdəndə tutduğum vəzifədən azad olunmaq istəyimi bildirdim. İlham Əliyev mənim işdən azad olunacağım təqdirdə məni audit etdirərək klinika yaranandan etibarən yaranmış bütün çatışmamazlıqları mənə ödətdirəcəyi ılə hədələdi. Təsisçi İlham Əliyev 14.10.2021-ci il tarixdə Gəncə şəhərinə gələrək məni 14 oktyabr 2021-ci il tarixdən 3 gün müddətinə ödənişsiz məzuniyyətə göndərilməyim barədə ərizə yazmağa məcbur etdi və mənim iştirakım olmadan özü ilə Bakı şəhərindən gətirdiyi Aygün adlı xanıma klinikanı yoxlatdırmağa başladı.Təsisçi mənə bildirdi ki “mən zəng edib sizi çağırmayanadək klinikaya yaxın gəlmə”. Həmin gündən xidməti otağımdan özümə məxsus bəzi şəxsi əşyalarımı istifadə üçün özümlə götürərək kirayədə yaşadığım evə gəldim. Təsisçi İlham Əliyevin şifahi göstərişinə əsasən bu günədək klinikanın ərazisinə daxil olmamışam. Yeni Gəncə Tibb Mərkəzinin möhürü və elektron imzası məndən rəsmi akt tərtib olunaraq təhvil götürüməyib. Möhürdən və elektron imzadan hal-hazırda qeyri qanuni istifadə olunur və hətta keçmiş tarixlərə saxta sənədlər hazırlanaraq təsdiq olunmasına ehtimalım var. Mənim klinikada olmadığım dövrdə iştirakım təmin olunmadan İlham Əliyevin özü ilə gətirdiyi Aygün adlı xanım tərəfindən bu günədək yoxlama aparılır , müəyyən işçilərdən mənim əleyhimə izahatlar alınır və mənim əleyhimə izahat verməkdən imtina edən işçilər işdən çıxarılmaqla təhdid olunur. Mənimlə təsisçi arasında maddi məsuliyyət üzrə müqavilə olmadığı halda mənim görmədiyim və mənə rəsmi şəkildə təhvil verilməmiş, adınıda bilmədiyim tibbi avadanlığın mənim tərəfimdən mənimsənildiyi fikiri artıq klinikada formalaşdırılmışdır. 16 oktyabr 2021-ci il tarixində təxminən saat 17 radələrində klinikanın üç nəfər işçisi (Mahir həkim , Zülfüqar və Kəyan) mənim yaşadığım ünvana gələrək mənzilə daxil olmuşlar, Mahir həkim əlində olan telefonu mənə üzadaraq Təsisçi İlham Əliyevlə danışmağımı tələb etmişdir. Mən İlham Əliyevlə danışarkən telefonda mənə təhqiramiz formada gələn adamların istədiklərini təmin etməyimi əmr etmişdir. Həmin adamlara mən otaqlara girməməyi bildirərək qarşılarını almaq isrəyərkən klinikada mühafizəçi vəzifəsində işləyən Kəyan adlı şəxs mənim qolumdan tutaraq dəhlizin divarına çırpmış , zor tətbiq mənzilin bütün otaqlarında axtarış keçirərək dəhlizdə Bakı şəhərinə aparmaq məqsədilə qutulara yerləşdirdiyim şəxsi əşyalarımı , əşyalarla birlikdə olan 2000 manat pulmu və brilliant qızıl-zinət dəstimi götürərək mənzildən çıxmışlar. Mən səhhətim pozulduğu üçün Təcili tibbi yardıma , sonra isə mənzilımə basqın olduğu üçün 102 qaynar xəttinə müraciət etmişəm. Hal-hazırda fakt üzrə Gəncə şəhər Baş Polis İdarəsinin Təhqiqat və istintaq ıdarəsində təhqiqat aparılır.
Ərizədə göstərdiyim halları və təsisçinin mənə qarşı qərəzli mövqeyini nəzərə alaraq 20 oktyabr 2021-ci il tarixdən mənimlə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə təsisçi İlham Əliyevə rəsmi müraciət etmişəm.
Hörmətli Prezidentim Siz hər bir Azərbaycan vətəndaşının hüquq və azadlıqlarının qararatısınız. Mən iki uşaq anasıyam . Daim Dövlətimə və onun Prezidentinə sadiq olmuşam və qanunlarımızın aliliyinə hörmətlə yanaşaraq qanunlarımızı pozmamağa çalışmışam. Sizdən bir köməksiz ana kimi “İNTERMEDSERVGİS” MMC-nin təsisçisi İlham Əliyev tərəfindən mənə qarşı başlanmış və məni intihar etmək dərəcəsinə gətirmiş repressiyanın qarşısının alınması məqsədi ilə aidiyyatı orqanlara göstəriş verəsiniz".

Oxşar xəbərlər

Ramiz Mehdiyevin kürəkəni özünə BMW X6 aldı - FOTO
“Ramiz Mehdiyevin qanunsuz işlərindən biri ifşa olunub”
Ramiz Mehdiyevin nəvəsinin toyundan daha bir görüntü yayıldı - VİDEO
Ramiz Mehdiyevin kürəkəni YAP-dakı vəzifəsini itirə bilər
"Karqo Şamil"lə bağlı Prezidentə müraciət olundu - MƏTN
Mehdiyevin kürəkəninin xalası oğlu və həyat yoldaşı vəzifəyə necə TƏYİN EDİLİB?
Ramiz Mehdiyevin 25 illik kadrı işdən çıxarılır? - İDDİA
Ramiz Mehdiyevin daha iki vəzifədən kənarlaşdırılması RƏSMİLƏŞƏCƏK
Ramiz Mehdiyev ağ xalatda - baş onkoloq AMEA-ya gəldi və...
Novruz Novruzov çətin durumda: - Şabrandakı fəaliyyəti yoxlanılır
Ramiz Mehdiyev kürəkəninin polkovnik qardaşına AMEA-da yüksək vəzifə verdi
Ramiz Mehdiyevin qardaşı oğluna general rütbəsi VERİLDİ - FOTO
Onu AMEA-ya RƏHBƏR GƏTİRİRLƏR... - İDDİA
Ramiz Mehdiyev AMEA-nı “Veteranlar klubu”na çevirir: Özündən 3 yaş böyükdür
Ramiz Mehdiyev də karantin qaydalarını pozub nəvəsinə toy etdi - Video,Foto
Bu gün Ramiz Mehdiyevin kürəkəni və onun qudası azadlığa buraxıldı - VİDEO
Ramiz Mehdiyevin dissertasiya işi yararsız olduğundan... - İTTİHAM
"Yeni Gəncə" Tibb Mərkəzində SÜRÜNDÜRMƏÇİLİK... - GİLEY
Ramiz Mehdiyev Ziya Məmmədovun qardaşına yeni vəzifə verdi
Məhkəmə Ramiz Mehdiyevin əleyhinə qərar verdi
Ramiz Mehdiyevin nəvəsinin qalmaqallı toyundan yeni görüntülər yayıldı - Video
Bəyanat verən Ramiz Mehdiyev nədən narahatdır?
Yeni icra başçıları İlham Əliyevə söz verdilər
Oqtay Şirəliyevə yeni vəzifə VERİLDİ
Gəncə təhsilində nələr baş verir? - Prezidentə müraciət olundu
11 saylı cəzaçəkmə müəssisəsində ÖZBAŞINALIQ - GİLEY
"Yeni Klinika"ya o rəhbər gətirilir - İDDİA
"Ramiz Mehdiyevin "Heydər Əliyev" ordenindən məhrum edilməsiylə bağlı müzakirələr gedir" - Sabiq deputat
Ramiz Mehdiyev AMEA-nı Prezident Administrasiyasına çevirir - Elm, yoxsa siyasət ocağı?
Ramiz Mehdiyevin qızına toy edən kurəkəni məhkəmə qarşısına çıxarılır