Sabir Rüstəmxanlı Ramiz Mehdiyevin toy qalmaqalı haqda
23-08-2020, 12:16
303

Sabir Rüstəmxanlı Ramiz Mehdiyevin toy qalmaqalı haqda

“Əgər, ölkə rəhbərliyi səviyyəsində koronavirus pandemiyası ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri nəzərə alınıbsa, hər bir ailə, hər kəs öz adından, sanından, şöhrətindən asılı olmayaraq qanun tələblərinə uymalıdır”
Bunu, “Turan” agentliyinə açıqlamasında deputat Sabir Rüstəmxanlı deyib. O, karantin rejimi zamanı, avqustun 18-də Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin kürəkəni, keçmiş deputat İlham Əliyevin qızına toy keçirməsini dəyərləndirib.
Deputat əlavə edib ki, Azərbaycanda minlərlə ailə var ki, toyunu təxirə salıb ölkədə uyğun vəziyyətin yaranmasını gözləyir: "Ona görə də hər kəs qanuna uymalıdır. Biri güclüdür, ya da birinin imkanı var, qabağa düşürsə və heç nəyi nəzərə almırsa, mən buna normal baxmıram".
S. Rüstəmxanlı Abşeron Rayon Məhkəməsinin İlham Əliyev və onun qudası Rövşən Mustafayevin 15 sutka müddətinə inzibati qaydada həbs edilməsi ilə bağlı qərarına gəldikdə isə bildirib ki, hazırda belə hərəkətlər edən şəxslər buna hazır olmalıdır: "Bu çətin vəziyyətdə cəsarət edib, bu addım atıblarsa bunun mütləq cəzası olmalı idi. 5 sutka və ya 15 sutka fərqi yoxdur. Bu cəzadır və cəza mütləq olmalı idi. O cəza yerdə qalan vətəndaşlara da bir işarədir ki, burada kimin qohumu və ya yaxını olursan ol, heç kəsə güzəşt olmayacaq".

Oxşar xəbərlər

Ramiz Mehdiyevin kürəkəni həbs cəzasını harada çəkəcək?
Ramiz Mehdiyevin nəvəsinin toyundan daha bir görüntü yayıldı - VİDEO
Bu gün Ramiz Mehdiyevin kürəkəni və onun qudası azadlığa buraxıldı - VİDEO
Sabir Rüstəmxanlı: “İşləməyən, məşğul olmayan əhalinin dəqiq statistikası aparılmalıdır”
Ramiz Mehdiyevin qızına toy edən kurəkəni məhkəmə qarşısına çıxarılır
Ramiz Mehdiyevin ölüm xəbəriylə bağlı AÇIQLAMA
Ramiz Mehdiyevin ölüm xəbəri yayıldı - AÇIQLAMA
Musa Qasımlı Sabir Rüstəmxanlıya “miskin” dedi
Ramiz Mehdiyev təkzib etdi
Siyavuş Novruzovdan başqa hansı deputat Ramiz Mehdiyevin toyunda iştirak edib?
Keçmiş deputatdan inanılmaz fırıldaq: 20 milyon dollar necə “qazanıldı?” - Video
Ramiz Mehdiyev də karantin qaydalarını pozub nəvəsinə toy etdi - Video,Foto
Ramiz Mehdiyev ölübmü? - AMEA-dan AÇIQLAMA
"Qarabağ uğurunda vuruşan, vətəni qoruyan hər kəsə diqqət və həssaslıqla yanaşılmalıdır" - deputat
Ramiz Mehdiyevin qızı kimdir? - Fotolar
“İcra başçısının müavinləri rayonda quldurluqla məşğul olurlar”
Siyavuş Novruzovun boş qalan yerinə İlham Əliyev təqdimat verəcək - Açıqlama
Ramiz Mehdiyevin daha iki vəzifədən kənarlaşdırılması RƏSMİLƏŞƏCƏK
"Aydan-arı, sudan-durusansa, yayımla toyun geniş videosunu..." - Mehdiyevin kürəkəninə sərt irad
AMEA-dan daha bir şübhə dolu TENDER... - İLGİNC
Bahar Muradova Ramiz Mehdiyevin nəvəsinin toyunda olub? — Özündən açıqlama
Elmlər Akademiyasının qarşısında aksiya keçiriləcək - Mehdiyevin istefası və həbsi tələb olunacaq
Mehdiyevin nəvəsinin toyuna gedən lisey direktoruna TÖHMƏT VERİLDİ
Deputat DİN-i tədbir görməyə çağırdı
Rasim Balayev: “Onlar cəmiyyəti, qanunları saymırlar, yoxsa nədir bunun adı?”
“Razvetçik” minanı partlatdı: Mehdiyev Təhlükəsizlik Şurasından uzaqlaşdırılacaq?
Novruz Novruzov çətin durumda: - Şabrandakı fəaliyyəti yoxlanılır
Murad Adıgözəlzadədən həyat yoldaşını ittiham edən sabiq deputata reaksiya
"Два manat 34 qəpik" qəbzi ilə bağlı rəsmi açıqlama
Əli Kərimli Ramiz Mehdiyevə işləyib – ŞOK açıqlama