Şok iddia: “Bəzi valideynlər xəstə uşaqları məktəbə göndərir“ - Reportaj
21-10-2021, 21:48
48

Şok iddia: “Bəzi valideynlər xəstə uşaqları məktəbə göndərir“ - Reportaj

Son günlər yoluxma sayında nəzərəçarpacaq artım müşahidə olunur. Artıq 9 məktəb distant təhsilə keçib. Müəllim və şagirdlər arasında yoluxma sayının artmasından sonra məktəblərin bağlanması ilə bağlı çağırışlar da artıb. 
Təkcə valideynlər deyil, hətta bəzi şagirdlər də məktəblərin bağlanmasını tələb edirlər. Valideynlər övladlarının və özlərinin sağlamlığına görə narahatlıq keçirirlər. Ənənəvi təhsildən distant təhsilə keçməyi tələb edənlər sosial şəbəkələrdə xeyli fəallaşıblar. Bunun əksini düşünən, əyani təhsilin davam etməsini arzulayanlar da az deyil. 
Nə etməli? Məktəblər bağlanmalıdır, yoxsa üzbəüz təhsil davam etməlidir?
Yenisabah.az-ın əməkdaşı M.Şəhriyar adına 193 nömrəli tam orta məktəbdə müşahidə aparıb.
Övladı sözügedən məktəbdə təhsil alan ana məktəbin iki həftəlik bağlanmasını təklif edib:
“Məkəbin bağlanmasını çox istəyərdim. Çox yox, iki həftəlik bağlansın. Məktəblərlə yanaşı kolleclərin, digər təhsil müəssisələrinin də bağlanması yaxşı olardı.
Məktəbdə qayda-qanunlara əməl olunur. Lakin bəzi valideynlər xəstə olduğu halda uşaqları məktəbə göndərirlər. Bununla da xəstəlik digər uşaqlara keçir. Şəxsən mənim uşağımın təhsil aldığı sinifdə belə hal olub. Məktəbdə virusa yoluxan müəllim yoxdur”.
Digər bir valideyn Seymur Məmmədov isə məktəblərin bağlanmasının uşaqlar arasında savadsızlığa səbəb olacağını deyib:
“Məncə bağlansa, daha pis olar. Bağlanmamağı yaxşıdır. Bütün qaydalara riayət edirlər. Məktəblər bağlansa, valideynlərin planları alt-üst olacaq. Bununla yanaşı, uşaqlar əyani, üzbəüz dərsi daha yaxşı mənimsəyirlər. Onlaynla zəmanəmizin uşaqları çox çətin nəsə əldə edə bilsinlər. Nadinc, sözə qulaq asmayan uşaqlardır. Üzbəüz oturanda ən azı müəllimdən çəkinirlər. Onlayn olsa, yenə savadsızlıq baş alıb gedəcək”.
Məktəbin 9-cu sinif şagirdlərinin bir neçəsi isə distant təhsilə qayıtmağı arzu edirlər:
“Məkəblər bağlansa, daha yaxşı olar. Onsuz da heç nə əvvəlki kimi deyil. Düzdür, yoluxma olanda siniflər bağlanır. Qaydalara əməl olunur. Laki biz distan təhsilə qayımaq istəyirik. Distantla daha çox öyrənirdik. Distant çox rahat idi. Hamımız bağlanmasının tərəfdarıyıq. Soruşun, görün neçə nəfər bağlanır deyəcək...”
Müəllimlər isə bu mövzuda danışmaq istəmədilər. Həmsöhbət olduğumuz təhsil işçiləri "hökumət hansı qərarı versə, biz də ona əməl edəcəyik" deməklə kifayətləndilər.
Həmsöhbətlərimzilə sağollaşanda zəng çalındı. Böyüklərin nostalji hisslərlə xatırladıqları məktəb zəngi...

Oxşar xəbərlər

Bakıda daha iki məktəb koronavirusa görə bağlandı
Yoluxmalara görə məktəblər bağlana bilərmi?
Azərbaycanda koronavirusa görə iki məktəb bağlandı
Bakıda və rayonlarda şagirdlər həftədə neçə dəfə məktəbə gedəcək? - Nazir əmr imzaladı
Azərbaycanda məktəblər bağlanacaq? - Nazirlikdən AÇIQLAMA
Məktəblər bağlansa, yoluxma azalacaq? – AÇIQLAMA
Bakıda daha bir məktəb koronavirusa görə distant təhsilə keçdi
Əyani dərslərin əleyhinə olanlar övladlarını məktəbə göndərməyə bilər
Bakıda bu sinif koronavirusa görə distant təhsilə keçdi
Koronavirusa görə bağlanan məktəblərdə ənənəvi dərslər bərpa olundu
Bakıda daha iki sinif distant təhsilə keçib
Yoluxma artsa, məktəblər bağlanacaq - AÇIQLAMA
Bakıda bu məktəblərdə virus yayıdı: Bağlandı
Məktəbə getməyən şagirdlər necə təhsil alacaq?  - Nazirlikdən açıqlama
Məktəblər yenidən bağlanacaq? - Rəsmi açıqlama
Pediatr Təhsil Nazirliyinə səsləndi: - "Şikəst təhsili bir də kor etməyin"
Bakının bu məktəb-liseyi koronavirusa görə bağlanır
Bu şagirdlər hələ də distant təhsilə davam edəcəklər - RƏSMİ
Bakıda daha bir məktəb koronavirusa görə bağlandı
Şagirdlər məktəbdə virusa yoluxub? - AÇIQLAMA
Paytaxtda musiqi məktəbi də koronavirusa görə bağlandı
Məktəblərin açıldığı ilk həftədə 121 yoluxma: Nə etməli... - ziddiyyətli cavablar
Azərbaycanda distant təhsilə keçən siniflərin sayı AÇIQLANDI
Bakıda daha bir məktəb koronavirusa görə BAĞLANDI
Abşeronda valideynlərin xəbəri olmadan övladları başqa məktəbə köçürüldü
Bakıda 4 sinifdə koronavirus tapıldı - Distant təhsilə keçildi
Məktəblər yenidən bağlana bilər? - AÇIQLAMA
Daha bir məktəb distant təhsilə keçdi
Daha bir məktəb koronavirusa görə bağlandı
SON DƏQİQƏ: Bakıda daha bir məktəb koronavirusa görə bağlandı