Dizi bükülən TƏHSİL SİSTEMİ... - İLGİNC FAKTLAR
21-10-2021, 17:44
92

Dizi bükülən TƏHSİL SİSTEMİ... - İLGİNC FAKTLAR

Hər şey təhsildən başlayır!

Elə korrupsiya, valideyin və uşaq narazılıqları da hazırda Emin Əmrullayevin rəhbərlik etdiyi təhsildən başlayır desək yerinə düşər.

Yaxşı təhsil almaq, elmi bilikləri öyrənmək üçün məktəbə yolladığımız övladlarımızın məktəbdə ilk öyrəndiyi şey rüşvət olur.

Əlifba bayramında pul yığılır, digər bütün bayramlarda pul yığılır, "fond pulu", "süpürgə pulu", "kitab pulu", "gündəlik", "iş dəftəri", "təmir pulu"... və sair... və sair...

Qısaca desək, dövlətin edəcəyi işlərin də müəyyən bir qismini bir çox məktəblərdə şagirdlər və valideynləri icra edir.

Məsələn sinif otaqlarında kiçik təmir işləri, bölgələrdə kənd məktəblərinin istilik problemləri və sair...

Atalar yaxşı deyib: "Quyuya su tökməklə, quyu sulu olmur".

Mənbə olmadısa, gerisi boş...

Hər gün mediada, sosial şəbəkələrdə təhsil barəsində yayımlanan tənqidi materiallar, valideyin narazılıqları, hətta müəllimlərin belə bəzi etirazları deyəsən qətiyyən cənab Əmrullayevi narahat etmir.

Çünki, narahat edən mənbə, yəni məsuliyyət yoxdur bəlli ki.

İfadələrimiz biraz sərt ola bilər. Amma, bildiririk ki, biz bu etirazı xalqın dili, aidiyyəti qurumların gözü, qulağı olan jurnalist olaraq, eyni zamanda valideyin olaraq bildiririk.

Min bir əziyyətlə böyütdüyümüz, sağlam, savadlı böyüsün deyə hər çətinliyə qatlandığımız övladlarımızı rüşvət sayəsində "müəllim" olan savadsızlara etibar etmək məcburiyyətində qalırıq. Hansı ki, yüzlərlə, hətta minlərlə savadlı müəllimlər var ki, pulu olmadığı üçün öz ixtisasına, peşəsinə yiyələnə bilmir ki, bu da birbaşa sözügedən sahənin rəhbərliyinin günahıdır.

Bubarədə "DogruXeber.az" informasiya agentliyində dəfələrlə narazı valideynlərin və müəllimlərin söylədikləri faktlara əsaslandırılmış məlumatlar dərc etmişik.

Hətta, Təhsil Nazirliyinin mətbuat xidmətinə də bu barədə müəyyən suallarımızı ünvanlamışıq. Nə yazıq ki, rəhbərliyinin "izi ilə gedən" mətbuat katibi Cəsarət Valehov da nə suallarımıza, nə də bu qədər dərc edilən məlumatlara heç bir reaksiya vermir.

Bəlkə də məlumatların və etirazların haqlı olduğunu qəbul etdikləri üçün susmağı seçiblər.

Yeri gəlmişkən Emin Əmrullayevin yaxın günlərdə bir ifadəsi gündəmin aktual mövzusuna çevrildi ki, "Gələcəkdə qadınların təhsildə çox olması problem yaradacaq."

Cənab Əmrullayevin belə düşünməyə əsas verən səbəbinin nə olduğunu deyə bilmərik. Amma, yəqin elə bu məntiqlə direktor olmaq istəyən ali savadlı, elmi dərəcəli, təhsil sahəsində kifayət qədər zəhməti və uğurları olan xanım namizədləri hələ də gözlətməkdə davam edir.

Dövrümüzdə təhsil müəssisələrinə rəhbərlik edənlər başları ilə, yoxsa cibləri ... - VİDEO

Yeri gəlmişkən, onu da bildirək ki, "DogruXeber.az"ın ötən yayımında təhsildə baş verən korrupsiya faktları barəsində eşitdiklərimizdən bəhs etmişdik.



Bu mövzuya toxunmağımızla sən demə nəyinki çoxlarının, deyəsən elə hamının "təhsil yarası"nın "qaysağını qoparmış" olduq. Hansı ki, bunu sosial şəbəkələrdə, rəy bölməsində gələn reaksiyalardan da özünüz görmüş olarsınız.


Gördüyünüz kimi bunu biz yox, Emin Əmrullayevin fəaliyyətsizliyinin narazı saldığı, daha doğrusu cana doyurduğu şahidlər deyir. Yəni bizim heç bir qurum, yaxud məmur ilə qərəzimiz yoxdur. Adımızdan gördüyünüz, fəaliyyətimizdən də tanıdığınız kimi "Dogru Xeber.az" hər zaman haqqın yanında, haqsızın qarşısında olub, yalnız doğru məlumatları ictimaiyyətə təqdim edir.

İnsanlığını nəfsinə qurban verən memurların haqqında gərəkən faktları bizə elə məmurlar özləri verir.

Çünki, atalar deyir: "Od olmayan yerdən tüstü çıxmaz".

Fakt var ki, məlumat da var.

"Oğurluq" etməzdən əvvəl, "ömrünün 40 gün olduğunu" düşünsək nəyinki ölkəmiz, dünyamız düzələr bəlkə də.

Düşünək!

Mövzu diqqətimizdədir.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

Oxşar xəbərlər

Təhsil nazirinin bu sözü rüşvətə yaşıl işıq yandırmaqdır - Ekspert
Hər məktəb direktorunun arxasında   yekə  bir məmur dayanıb-Nazir Emin Əmrullayev idarəçiliyi itirib?
"Bu halda təhsil ənənəvi 5 gün formatına qaytarılacaq" - Emin Əmrullayev
Direktor kollec kollektivini bezdirib... - GİLEY
Emin Əmrullayev  Dərnəgül bazarından Təhsil Nazirliyinə  “kadro”  gətirib...- Təzə Nazir xalası qızına vəzifə verib...
“Uşaq pulu”na son qoyuldu: - “Bu məsələni aktuallaşdırmağın əhəmiyyəti yoxdur”
Bakıda 12 məktəbdə dərslər dayandırılıb - SİYAHI
“Hər uşaq üçün ən azı 100 manat verilməlidir” - Təklif
Nazirlik Bilik Günündə şagirdlərin məktəbə hansı qaydada gedəcəyi ilə bağlı AÇIQLAMA verdi
Fevralın 1-dən bölgələrdə neçə məktəb əyani təhsilə qayıdır?
45  və  212 saylı  məktəblərdə nələr  baş verir ?
Sabirabadda təhsil sistemi bərbad gündədir... - NARAZILIQ...
"Binəva valideyin sizin keyfiyyətsiz geyimlərinizi necə alsın?.." - ETİRAZ
Ağdaş Təhsil Şöbəsində dövlət büdcəsi talanır - İTTİHAM
“Cənab nazir, Cəlilabad təhsilini Qərənfil Əhmədovaya qurban verən kimdir?”- ŞİKAYƏT
Yəhya Abbasov 244 saylı məktəbdə təkcə bayramlarda pul yığmır,həm də…
4 dərslə şagirdlərə hansı biliyi vermək olar? - AKTUAL
İlham Əliyev 307 saylı tam orta məktəbdəki şəraitlə tanış oldu
Şair Alxasov üçün HƏBS YOLU... - İDDİA
Gənc nazirimizin buralardan XƏBƏRİ VARMI? - VİDEOFAKT
Bakı sakinləri sosial yardımdan imtina edib, uşaq pulu istəyir - VİDEO REPORTAJ
Bakıda və rayonlarda şagirdlər həftədə neçə dəfə məktəbə gedəcək? - Nazir əmr imzaladı
At arabası ilə məktəbə gedən şagirdlər, Əhmədabad kəndinin yararsız məktəbi-FOTO
4000-dən çox şagird sinifdə qaldı
Şuşanın təhsil statistikası açıqlandı
Emin Əmrullayev də KÖHNƏ ƏHVALDADIR... - FAKT BUDUR!
Sabirabaddan nazirə müraciət olundu:1 saylı tam orta məktəbdə böyük RƏZALƏT VAR- GİLEY
Müəllimlərin işə necə gələcəyi açıqlandı - Rəsmi
Məktəb bərbad halda olduğu üçün uşaqlar dərsə getmək istəmir - VİDEO
"Təhsil Nazirliyi rüşvət alan məktəb direktorunu işdən azad edə bilmir”