“Maşa və ayı”nın yeni bölümü Azərbaycana həsr olunub - VİDEO
21-10-2021, 18:16
37

“Maşa və ayı”nın yeni bölümü Azərbaycana həsr olunub - VİDEO

Uşaqların sevimli animasiya filmi “Maşa və Ayı” cizgi filminin növbəti buraxılışında Azərbaycandan bəhs edilir.
Cizgi filminin bu buraxılışı Azərbaycanın “Məlikməmməd” nağılı əsasında hazırlanıb.
Cizgi filmində uşaqlara düzgünlük və dürüstlük aşılanır. Filmdə Azərbaycanın adət və ənənələrindən bəhs edilir. Azərbaycanın milli naxışlarından tutmuş, şahın buxara papağı, şahzadə Məlikməmmədin və nişanlısı Göyçək Fatmanın milli geyimləri, həmçinin Maşanın masasının üzərində olan milli mətbəximizin şəkərbura, paxlava və qoğal kimi inciləri, armudu stəkanda çay, regiona məxsus nar, üzüm, armud kimi meyvələrin olması filmə xüsusi rəng qatıb.
Eyni zamanda, cizgi filmində azərbaycanlıların armudu stəkanda çay içməyi xoşlamaları xüsusi vurğulanır.
Qeyd edək ki, bir müddət əvvəl “Maşa və Ayı” cizgi filmi Azərbaycanın “Cırtdan” xalq nağılı əsasında hazırlanan bölümü çəkilmişdi.
Animasiyada milli mətbəx nümunələrimiz dolma, şəkərbura və paxlava nümayiş olunub, məşhur “Cücələrim” mahnısı səsləndirilib. “Maşa və Ayı” cizgi filmi indiyə qədər dünyanın 39 ölkəsində nümayiş olunub.
Sonradan isə həmin hissə “YouTube” kanalından silinmişdi. Bununla bağlı "news.ru" saytına açıqlama verən istehsalçı şirkət rəsmisi Dmitri Laveyko animasiyanın Azərbaycana həsr olunan bölümündə bəzi adlarda səhvə yol verildiyini və bunlar düzəldikdən sonra isə yenidən “YouTube” səhifəsinə yüklənəcəyini qeyd etmişdi.









Oxşar xəbərlər

Ermənilər "Maşa və Ayı"nın Azərbaycan buraxılışını SİLDİRDİ
ABŞ-da lentə alınan bu film 2019-cu ilin ən gəlirli ekran əsəri oldu
"Cıdır düzündə paxlava ilə çay içirəm" - İlham Əliyev
Qadın zorakılığını bütün çılpaqlığı ilə ortaya qoyan FİLM + VİDEO
Ermənilər Paşinyanı siçovula bənzətdi
“Fulya“ filmi təqdim edildi
"Bu qədim Azərbaycan torpağında Azərbaycan xalqı bundan sonra əbədi yaşayacaq" - Prezident
Yayda "Fəryad-2" filminin çəkilişlərinə başlanılacaq (RƏSMİ)
“Göyçə - itirilmiş Vətən” adlı sənədli film hazırlanıb - VİDEO
“Orada məni maraqlandıran yalnız bir şey oldu - şərabçılıq” – Putindən maraqlı açıqlama
AzTv sədri jurnalistlərə hesabat verdi
İlham Əliyev “Xarıbülbül” musiqi festivalında iştirak etmək üçün Şuşaya gedir - VİDEO
"Qolqo 13" serialının yaradıcısı vəfat edib
"Netflix"in ilk Azərbaycan filmi - VİDEO
Azərbaycan mədəniyyətinə ağır itki
İtaliyalı deputatlar Azərbaycana gəliblər - onlar Gəncə və Ağdama səfər edəcəklər
Fuad Muradovun İsveçrə sərgüzəştləri: - Rəsmi Bernin notası Bakıya niyə yetişməyib?
Leyla Əliyeva və Kəmaləddin Heydərov şəhidlərimiz üçün mahnı yazdı - VİDEO
Gözlənilən an: Türkiyə sülhməramlıları Azərbaycana gəlib? - Gün ərzində 7-ci təyyarə...
Milli Qəhrəmanların təqaüdü artırılacaq - MƏBLƏĞ
Əsgərlərimiz Laçında “toy” etdilər, xələt verdilər - VİDEO
Rusiya televziyası azərbaycanlı kəşfiyyatçı haqqında veriliş hazırlayıb - Video
Pakistandan Azərbaycana növbəti dəstək
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Dənizkənarı Milli Parkda Azərbaycanın multikultural dəyərlərinə həsr olunmuş fotosərginin açlışında iştirak edib
ABŞ konqresmenindən Azərbaycanla bağlı BƏYANAT
“Avatar-2” filminin yeni çəkilişlərindən ilk görüntü yayımlandı – FOTO
Məşhur aktyor vəfat etdi
“Milli Qəhrəman” adı verilənlərə Prezidentin aylıq təqaüdü təyin edildi
“Bəşəriyyət Azərbaycanın bu qələbəsini “İnsani zəfər” olaraq qəbul edəcək” - Yalçın Topçu
Ərdoğandan Azərbaycana növbəti DƏSTƏK: “Bütün dünya bilsin ki...“