Xankəndi boşalır - Erməni ictimai-siyasi fiqurlar həyəcan təbili çalır
22-10-2021, 10:03
52

Xankəndi boşalır - Erməni ictimai-siyasi fiqurlar həyəcan təbili çalır

44 günlük Qarabağ savaşından sonra rəsmi İrəvan Xankəndinin boşalmasının qarşısını almağa səy göstərsə də, separatçıların məskunlaşdığı bu şəhərdən demək olar ki, hər gün Ermənistana köç var.
 Qaynarinfo erməni mənbələrinə istinadən xəbər verir ki, Azərbaycanın Qarabağda mövqeləri gücləndikcə, bölgədə ikinci erməni dövləti xülyası puç olduqca, Xankəndi də ermənilər üçün əhəmiyyətini itirməyə başlayıb.
Artıq erməni ictimai-siyasi fiqurlar da Xankəndinin boşaldığını dilə gətirirlər.  Məsələn, "Şuşadan deportasiya edilmiş erməni əhalisi” adlı QHT -nin rəhbəri Aşot Harutyunyan bu günlərdə rəsmi İrəvanı ittiham edib. O bildirib ki, Qarabağı "satanlar” bu gün əsl vətənpərvər rolundadırlar.

 "Onlar "Qarabağda yaşa” deyib, təbliğat aparırlar. Kimə deyirsən, gəl yaşa? Xankəndlilər İrəvana qaçıb, burada ev alıblar. İndi öyrənmək lazımdır ki, ev alanlar kimdirlər”, - deyə o bildirib.
Bundan əvvəl də ermənilərin Xankəndini tərk etməsi barədə məlumatlar yayılıb. Hətta Ermənistanın əmlak satışı saytlarında Xankəndidəki evlərin satılması barədə elanlar da dərc edilib. Proses bu gün də davam edir. 
Ekspertlər hesab edir ki, ermənilərin Xankəndini tərk etməsi təkcə sosial problemlər əlaqədar deyil. Əsas səbəb onların artıq Xankəndinin Azərbaycana məxsus olması, azərbaycanlıların digər ərazilərə qayıtdığı kimi bura da qayıdacağını dərk etməsidir. 
Bu arada erməni saytlarında məlumat yayılıb ki, separatçı rejimin rəhbəri Araik Arutyunyan artıq "Qarabağ ordusu”nu ləğv etməyi düşünür. Doğrudur, bu xəbəri təkzib edən informasiya resursları da var. Lakin buna baxmayaraq, erməni məbələri Arutyunyanın "ordu”nu ləğv etməsi barədə xəbəri tirajlamaqda davam edir.

Oxşar xəbərlər

Ermənilərin 70 faizi Xankəndini tərk edib
Ermənilər Xankəndindən qaçır
Qarabağda mülki erməni qalmayıb: Erməni nazirdən pensiya açıqlaması
Ermənistan partlayışla üz-üzə: Əhalinin səbri tükəndi
Xankəndi tamamilə boşaldılıb - Erməni hərbçiləri belə yoxdur (FOTO)
“Xankəndi, Xocalı və digər ərazilərimizdə suverenliyimizin bərpası üçün iki əsas məsələ həll edilməlidir”
“Həddindən çox yaralı əsgərimiz var” - Erməni deputat həyəcan təbili çaldı
Qarabağdan getmək istəyən ermənilər Xankəndidə saxlanılır
Qarabağda 31 erməni koronavirusdan öldü
Araik etiraf etdi: Ermənilərin böyük hissəsi köçüb - Video
10 min erməni mövqelərini atıb qaçdı – Erməni general
Ermənilər Türkiyədən İrəvana qaçır -  “Məğlub oluruq”
Xankəndidə həyəcan siqnalı verilir - Şəhər zülmətə qərq oldu (VİDEO)
Xankəndiyə qanunsuz köç: Bakı hamısını geri qaytaracaq!
Daha 31 erməni hərbçinin meyiti Ermənistana təhvil verilib
Ermənilərin Şuşaya “İsgəndər” atmaq planı haqda açıqlama
Qarabağda daha 15 erməni hərbçinin cəsədi tapıldı
Azərbaycan daha 3 erməni hərbçinin meyitinin qalıqlarını təhvil verdi
Qarabağda itkin düşən 6 erməni əsgəri 70 gün sonra tapıldı
Araiklərin dağılan “idarəsi” - Qarabağ quldurlardan, kukla “hökumət”dən təmizlənir
Ermənilər rusiyalı hərbi ekspertləri öldürməklə hədələyirlər
Separatçıların qondarma hökuməti İrəvana köçürüldü
Qarabağda daha 7 erməni hərbçinin cəsədi tapıldı
“Xankəndini də itirəcəyik” - Sarkisyanın etirafı üzə çıxdı
Rusiya Qarabağda 8 min ev tikəcək
20 minlik erməni ordusu Qarabağdan çıxarılır...
Rusiya telekanalı Azərbaycana qarşı təxribat TÖRƏDİB
Ermənistanın yalanı ifşa olundu - 46 min erməni hara yoxa çıxıb?
Ermənilər qan ağlayır, Aşot isə gülür - Paşinyan ailəsinin yalanı
“Azərbaycan Qarabağla bağlı siyasi müstəvidə ciddi irəliləyişlər əldə edib, Rusiyanin əlavə variantı yoxdur”