Gənclərin İnkişafı və Karyera Mərkəzində qanun pozuntusu: 340 min vergi borcu olan MMC necə qalib elan edilib?
22-10-2021, 10:55
72

Gənclərin İnkişafı və Karyera Mərkəzində qanun pozuntusu: 340 min vergi borcu olan MMC necə qalib elan edilib?

Gənclərin İnkişafı və Karyera Mərkəzi Məhdud Məsuliyyətli Cəmiyyəti növbəti satınalmaya yekun vurub. 
 
Qlobal.az xəbər verir ki, qurumun oktaybr ayının 20-də "ofis binasının daxilində cari təmir işləri" lotu üzrə sifarişçi olduğu satınalmanın məbləği 19.020 manat, qalibi isə "Trust 2018” Məhdud Məsuliyyətli Cəmiyyəti olub. 
 



"Trust 2018” MMC 2018-ci ilin dekabr ayının 3-də yaradılıb. On manat nizamnamə kapitalı olan şirkətin hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsi ev 2 mənzil 18 ünvanı, qanuni təmsilçisi isə Niftalıyev Vahid Cəmil oğludur. 
 

 
Gənclərin İnkişafı və Karyera Mərkəzi MMC-də ofis binasının daxilində təmir işləri aparacaq "Trust 2018” MMC-nin əmək müqaviləsi ilə çalışan işçilərinin sayı, maddi-texniki bazası, mühənis heyəti, müvafiq lisenziyaları barədə heç bir məlumat verilmir. 
 
"Dövlət Satınalmaları Haqqında" Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinin 6.2.1 bəndində malgöndərən-podratçı təşkilatların satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin və etibarlığının olmasının vacibliyi qeyd edilir.
 
Gənclərin İnkişafı və Karyera Mərkəzi MMC-nin sifarişçi olduğu sözügedən satınalmada daha bir məqam isə kobud qanun pozuntusunun aşkar təzahürüdür. Belə ki, satınalmada qalib elan edilən "Trust 2018” MMC-nin hazırda dövlətə olan vergi borcu 340.454 manat təşkil edir. 
 

 
Halbuki, "Dövlət Satınalmaları Haqqında" Qanuna görə iddiaçı qismində iştirak edən təşkilatlar sifarişçi təşkilatın tender komissiyasına təqdim etdikləri sənədlərdən biri də vergi borcunun olmaması haqqında arayışdır. 
 
Görünür, "Trust 2018” MMC Gənclərin İnkişafı və Karyera Mərkəzi MMC-nin tender komissiyasına vergi borcunun olmaması barədə əlaqədar qurumlardan aldığı həqiqi arayışı təqdim etməyib, ya da əksinə sifarişçi təşkilatın tender komissiyası belə bir arayış olmadan "Trust 2018” MMC-ni qalib elan edib. Hər iki halda sözügedən satınalmanın şəffaflığı ciddi sual altına alınır. 
 
Qeyd edək ki, Gənclərin İnkişafı və Karyera Mərkəzi MMC 2018-ci ilin noyabr ayında Azərbaycan Respublikası Gənclər Fondunun nəzdində fəaliyyətə başlayıb. 
 
Təşkilatın 46 şəhər və rayonlarda nümayəndəliyi var. 
 

  
Mərkəzinin baş direktoru Ramtik Alızadədir. 
 
Gənclərin İnkişaf və Karyera Mərkəzi Gənclər Fondunun nəzdində fəaliyyət göstərir. 

Oxşar xəbərlər

"Aztelekom" MMC-də şübhəli tenderlər - Vergi borcu olan MMC-lər qalib oldu
Qida Təhlükəsizliyi İnstitutundan fantastik satınalma - 48 min nəyə xərclənəcək?
Neft və Qaz İnstitutunda AKADEMİK TALAN - Büllur lüstrə 30 min manat...
Şübhəli tender: Təhsil nazirliyində rəqəmləri kimlər "şişirdir"?
İnam Kərimovun şübhəli TENDER ORTAĞI - FAKT
Əmrullayevin şübhəli TURAN SEVDASI... - Xəyallarımızdakı TURAN yox ha...
Qazaxda tender pozuntusu: Ata və oğulun şirkətləri
Səhiyyə İdarəsindən 1 milyonluq şübhəli tender - FAKTLAR
Şamaxıda şübhəli tender: 5 manat kapitalı olan şirkət nə ilə yol çəkir?
1 milyon borcu olan MMC-yə 2.7 milyonluq tender verilib - Sensasion faktlar
İcra Hakimiyyətindən 5 manat kapitalı olan şirkətin yol çəkməsinə ikibaşlı münasibət: "Bu sahə müvafiq dövlət qurumlarının nəzarətindədir"
AMEA-dakı şübhəli tenderin İZİ İLƏ... - "Qalib" uzaqda deyilmiş...
QİÇS Mərkəzindən daha bir kobud tender maxinasiyası: 1 ayın şirkəti...
Dövlət Muzeyində illüstrativ tender
Əli Həsənovun şirkətlərinin siyahısında "yaddan çıxanlar"... - SİYAHI
Abşeronda qanunsuz tender – Vergi borcu olan şirkətlə milyonluq müqavilə bağlanıb
Bir gündə eyni idarədən 4 tender alan "Tender kralı"nın şirkətini kim himayə edir?
48 mindən çox vergi borcu olan şirkət 111 minlik tenderi uddu
Tovuzun icra başçısını “Tenderlər kralı” ilə nə birləşdirir? -  Şübhəli müqavilə
"Bakı Metropoliteni” 207 minə mismar alır – İki tanınmamış şirkətlə tender müqaviləsi
Sumqayıt Tibb Kollecində bir ünvanda yaradılmış 8 MMC ilə nə qədər dövlət vəsaiti talanıb?
Gəncədə dövlət layihələrinin smetasını kimlər "şişirdir"? - ARAŞDIRMA
Gəncənin icra başçısı ilə bağlı ŞOK İDDİA... - Həbs olunacağı deyilir...
Bakıdakı “sirli ünvana” bu dəfə 47 min manat getdi - MÜƏMMA
Eldar Əzizov və yaxın adamının milyonluq tender oyunları
Meliorasiya İdarəsindən inanılmaz tender maxinasiyası: - 1 gündə 3 tender
Ekologiya nazirliyini “ESE”MMC ilə başqa nələr bağlayır?
Əhmədzadənin “Sevinc”i yarımçıq qaldı - “Meliorasiya”nın tenderi ləğv olundu
Ağcabədidə heç kimin xəbəri olmadığı tenderi kimlər və necə keçirib? - İLGİNC FAKTLAR
Universitetdən kobud qanun pozuntusu: 136 minlik tender yeni yaranan şirkətə verildi - Foto