"Türkiyə və Azərbaycan dövlətinin bu məsələdə mövqeyi bəllidir" - DEPUTAT MÖVQE BİLDİRDİ
22-10-2021, 11:22
45

"Türkiyə və Azərbaycan dövlətinin bu məsələdə mövqeyi bəllidir" - DEPUTAT MÖVQE BİLDİRDİ

"Azərbaycan-Türkiyə münasibətləri, sözsüz ki, müttəfiqlik, dostluq, qardaşlıq münasibətləridir. Dünyamızda hazırda dövlətlər arasında etimadsızlıq mühiti yaranıb. Bu baxımdan Türkiyə-Azərbaycan münasibətləri dövlətlər arasında bir örnəkdir, nümunədir ki, əslində, dövlətlərarası münasibətlər necə olmalıdır". Bunu SİA-ya açıqlamasında deputat Elman Nəsirov deyib.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti cənab İlham Əliyevin Türkiyə səfəri, Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri hər zaman böyük məna və əhəmiyyət kəsb edir. İki ölkə arasında münasibətlərə növbəti töhfə verir. Bu nöqteyi-nəzərdən Türkiyə Prezidenti cənab Ərdoğanın Azərbayacana səfəri gözlənilirdi. Artıq səfərin tarixi oktyabrın 26-na nəzərdə tutulub.
Elman Nəsirov bu barədə fikirlərini belə izah edib: "Bu səfər heç şübhəsiz ki, postmünaqişə dövründə həllini gözləyən məsələlərlə bağlı çox ciddi Azərbaycan və Türkiyənin müzakirələri ilə yadda qala bilər. Məlumdur ki, artıq yeni situasiya yaranıb. Yeni situasiyada Ermənistanın baş baş naziri Paşinyan da ölkəsindəki acınacaqlı real vəziyyəti qiymətləndirib. Artıq Türkiyəyə müəyyən impluslar göndərir. Azərbaycanla danışıqlara hazır olduğunu bildirir. Yəni, əməkdaşlıq mühiti ilə bağlı müəyyən siqnallar verməkdədir. Türkiyə dövlətinin də, Azərbaycan dövlətinin də bu məsələdə mövqeyi bəllidir. Həm cənab Ərdoğan, həm də cənab İlham Əliyev bu məsələlərlə bağlı mövqeyini bildirib ki, bəli. Biz əməkdaşlıq etməyə hazırıq.
Əməkdaşlıq real məzmun kəsb etməlidir və bu əməkdaşlıq Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinə gətirib çıxarmalıdır. Qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünün tanınmasına gətirib çıxarmalıdır. Sərhədlərin delimitasiya və bunun ardınca demarkasiyasına gətirib çıxarmalıdır. Ermənistan tərəfindən azad olunmuş ərazilərdə basdırdığı minaların dəqiq xəritəsinin verilməsi ilə yekunlaşmalıdır. Xüsusilə də, Zəngəzur dəhlizinin işə salınmasına gətirib çıxarmalıdır. Əməkdaşlıq ediləcəksə, statusdan söhbət getməməlidir. Azərbaycan Prezidenti bir mənalı olaraq bildirib ki, status məsələsi tarixdə qalıb. Artıq status məsələsi yoxdur. Dediyim məslələrlə bağlı Ermənistanın razılaşması olacaq. Bu da regionda davamlı sülhün formalaşmasına gətirib-çıxara bilər. Hesab edirəm ki, cənab Ərdoğanın Azərbaycana səfəri zamanı bu məsələlər ətrafında çox ciddi müzakirlələr aparılacaq. Həm də Azərbaycan-Türkiyə ikitərəfli münasibətlərinin bu günü və perspektivləri ilə də bağlı müzakirələrin keçiriləcəyi gözləniləndir".

Oxşar xəbərlər

Ərdoğanın Azərbaycana səfər proqramı açıqlandı
Deputat: "Bu bir daha göstərir ki, Azərbaycanla Türkiyə hər zaman bir-birinin yanındadır"
Türkiyə Prezidenti Azərbaycana səfərə yola düşdü
Prezident Mustafa Şentopu qəbul etdi - FOTO
“Azərbaycan - Türkiyə münasibətləri strateji müttəfiqlik səviyyəsindədir” - Millət vəkili Vyana səfərindən danışdı
Azərbaycan-Türkiyə arasında Müttəfiqlik Münasibətləri haqqında Şuşa Bəyannaməsi imzalandı
Ərdoğanın Rusiyaya səfəri başladı - YENİLƏNİB
Ərdoğanın Azərbaycana səfəri başlayıb
Sahibə Qafarova Ərdoğanın parlamentdəki çıxışından danışdı
Ərdoğan İrana gedəcək
Ərdoğanla Baxçalının Şuşa səfəri böyük dövlətlərə mesajdır - Türkiyənin cavabı sərt olacaq
Türkiyə XİN-dən Azərbaycanla vizanın ləğvinə dair AÇIQLAMA
Ərdoğanın Azərbaycan səfərinin proqramı AÇIQLANDI
Ərdoğan Azərbaycana gəlir
Türkiyəli deputatlar Qarabağa gələcəklər
Ərdoğan Azərbaycanla Türkiyə arasında sazişi təsdiqlədi
Ərdoğan sabah Azərbaycana gələcək
Türkiyə səfiri: "Şuşa bəyannaməsi vacib müttəfiqlik anlaşmasıdır"
“Şuşa Bəyannaməsi əməkdaşlığımızın qarantıdır” - Türkiyə Prezidenti
"Türkiyə-Ermənistan münasibətlərində yeni səhifə açıla bilər" - Ərdoğan
Ərdoğan yenidən Rusiyaya gedəcək
İlham Əliyev Ərdoğana təşəkkür etdi
Prezidentlərin təkbətək görüşü olub
İlham Əliyevlə Ərdoğanla danışdı
İlham Əliyev türkiyəli naziri qəbul etdi
İlham Əliyev türkiyəli naziri qəbul etdi
Ərdoğan İlham Əliyevə zəng etdi
İlham Əliyev Ərdoğanla birgə Şuşaya gedəcək? - Düşmənə növbəti zərbə
Ərdoğanın Azərbaycan səfəri və tarıma çəkilən erməni-rus əsəbi - NƏ BAŞ VERİR?
İlham Əliyev və Ərdoğan Şuşada - VİDEO (YENİLƏNİR)