"Xəritələr Rusiyanın əlindədir" - Putinin açıqlamasına REAKSİYA
22-10-2021, 12:12
91

"Xəritələr Rusiyanın əlindədir" - Putinin açıqlamasına REAKSİYA

Xəbər verdiyimiz kimi,  Rusiya Prezidenti Vladimir Putin Valday Beynəlxalq Diskussiya Klubunun iclasında çıxışı zamanı bildirib ki, Ermənistan və Azərbaycan sərhəd məsələsini sovet dövrünün xəritələri əsasında həll edə bilər, amma bu proses qarşılıqlı kompromislər tələb edir. O qeyd edib ki, indi ən vacib şey sərhəddəki vəziyyəti həll etməkdir: “Əlbəttə ki, Rusiyanın iştirakı olmadan burada heç nə etmək mümkün deyil. İki tərəf və Rusiyadan başqa heç kim lazım deyil. Burada çox sadə, praqmatik şeylər var. Çünki Rusiya ordusunun Baş Qərargahında SSRİ respublikaları arasındakı sərhədlərin haradan keçdiyini göstərən xəritələr var”. 
Qeyd edək ki, Putinin bu açıqlaması Azərbaycanda müzakirələrə səbəb olub. 
Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Elman Nəsirov hesab edir ki, Rusiya bununla mövqe üstünülüyü əldə etməyə çalışır: 
"Rusiya Prezidenti Vladimir Putin Azərbaycanla Ermənistan sərhədlərinin delimitasiya və demarkasiyası ilə bağlı çıxışında bir sıra məqamları qeyd edib. Onun səsləndirdiyi fikirlər içərsində ən rasionalı Rusiya ordusunun Baş Qərargahında xəritələrin olması ilə bağlıdır. Hələ Sovet dövründə 15 müttəfiq respublikanın sərhədləri o xəritələrdə dəqiq göstərilib. Bu mənada həmin xəritələrdən istifadə edilməsi sərhəd probleminin aradan qalxmasına kömək edə bilər. Putin bu məsələdə qarşılıqlı kompromis kimi, lakin ilkin baxışdan anlaşılmaz görünən ifdələr də işlədib. Belə ki, sərhəd məsələsinin təmin edilməsində Rusiya faktorunu xüsusi qabardıb. Çünki Rusiya həmsədr ölkələrdən biridir, eyni zamanda keçmiş xəritələr Rusiyanın əlindədir. Ona görə də Rusiya faktorunu prioritet məsələ kimi ortaya atıb. Vaxtilə Putin Ermənistanla Azərbaycan arasında sərhədlərlə bağlı xüsusi komissiyanın yaradılması təklifi ilə çıxış etmişdi. Hiss olunur ki, Rusiya post-müharibə dövründə həllini gözləyən əsas məsələlərdə daha çox mövqe üstünülüyü uğrunda mübarizə aparır. Putinin verdiyi açıqlama məhz bu istəkdən qaynaqlanır”.

Oxşar xəbərlər

Putinin son açıqlaması ermənilərə bu mesajı verir... - Politoloq
SON DƏQİQƏ: Putindən Qarabağla bağlı VACİB AÇIQLAMA
Qorbaçov Qarabağdan danışdı: “Qalib və məğlub tərəf olmadan..."
Peskovdan Paşinyanın Putinlə bağlı açıqlamasına Reaksiya
Vladimir Putin fəaliyyətini özünütəcrid rejimində davam etdirir
“Qarabağda davamlı sülhə ümid edirik” - Putin
"Müsəlman ölkələri Rusiyanın dəstəyinə arxalana bilər" - Putin
Putinin “ikinci SSRİ”-ni qurmaq niyyəti – Kremlin planları ilə geosiyasi reallıqlar üst-üstə düşürmü?
Putin bunu Paşinyana mütləq deməlidir, əks halda... - Ərdoğandan sərt mesaj
Putin Təhlükəsizlik Şurasının iclasında Qarabağı müzakirə edib
Ermənistanın müdafiə nazirinin Rusiyaya səfərinin əsl məqsədi bəlli olub
Putinin özünütəcrid rejimi başa çatdı
Putin və Ərdoğan daim dialoqdadırlar - Rəsmi Moskva
Putin bir gündə beş naziri istefaya göndərdi
Putin geniş mətbuat konfransı keçirəcək - Vaxt açıqlandı
Peskov Putinin səhhəti barədə açıqlama verdi
Rusiya, Azərbaycan və Ermənistan liderləri danışıqların nəticələri ilə bağlı bəyanatla çıxış ediblər - CANLI
“Rusiyadan nəsə qoparmaq istəyənin dişini sındırarıq...” - Putinin hədəsi
Prezident İlham Əliyev rusiyalı həmkarı Vladimir Putini təbrik edib
Soçidə Azərbaycan və Rusiya prezidentlərinin görüşü olub
"Rusiya Azərbaycanın faydalı əlaqələrə malik olduğu əsas tərəfdaş ölkələrdəndir"
Putin NATO-ya sövdələşmə TƏKLİF ETDİ
“Putin Qarabağla bağlı tarixlə fəxr edir” - Aleksey Venediktov
Putinin yeni il arzusu
"Pandemiya ilə mübarizəni birgə aparmalıyıq" - Putin
Putindən Şuşa ilə bağlı maraqlı açıqlama
Putinin Qarabağla bağlı son mesajlarının pərdəarxası
Putin KTMT ölkələrinə Qarabağla bağlı çağırış etdi
Putinin hərbi rütbəsi açıqlandı
Putindən "Taliban" açıqlaması: "Birlikdə çalışmalıyıq"