"Nazim İbrahimova cinayət işi açılsın" - Vəkil
22-10-2021, 12:45
57

"Nazim İbrahimova cinayət işi açılsın" - Vəkil

Qəsdən adam öldürməkdə təqsirləndirilən sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Bakı Hərbi Məhkəməsində hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Rövşən Əkbərovun vəkili Taleh İbrahimov çıxış edib.
Vəkil Rövşən Əkbərov barəsində bəraət hökmünün çıxarılmasını istəyib: "Rövşən Əkbərovun bu cinayətə aidiyyəti yoxdur. Törətmədiyi cinayət əməlinə görə burda mühakimə olunur. Hadisə 20 il əvvəl törədilib. Dəfələrlə şahidlər ifadə verib, bir nəfər ifadəsində hadisənin Rövşən Əkbərov tərəfindən törədildiyini deməyib. Bu işdə istintaq orqanı tərəfindən 10 şahid ifadəsinə istinad edilib. Lakin onlardan heç biri hadisəni görməyib. Mərhum Elçin Əliyevin yanında yalnız hazırda dünyasını dəyişən Məzahir Şıxəliyev olub. O da ifadəsində içkili olduğundan hadisəni kim tərəfindən törədildiyini görmədiyini deyib".
Vəkil deyib ki, iş üzrə şahidlər barəsində cinayət işi başlanmalıdır: "Məsələn, iş üzrə şahidlərdən Nazim İbrahimov indiyə qədər 5 dəfə ifadə verib, 4 ifadəsində Rövşən Əkbərovun adını çəkməyib. 2021-ci ildə verdiyi ifadəsində qeyd edib ki, hadisə vaxtı Ukraynaya gedib və orada işi araşdıran zaman Rövşən Əkbərovla görüşüb. O zaman guya Rövşən Əkbərov Elçin Əliyevi öldürdüyünü Nazim İbrahimova deyib. Yaxşı, deyibsə, indiyə qədər bu adam cinayəti niyə hüquq-mühafizə orqanlarına deməyib? Onun barəsində o zaman cinayət bilib gizlətdiyi üçün barəsində istintaq orqanı tərəfindən cinayət işi başlanmalıydı. Lakin biz bilirik ki, o bəzi şəxslərin təsiri altına düşərək Rövşən Əkbərov barəsində yalan ifadə verib. Bu səbəbdən onun yalan ifadə verdiyi üçün barəsində cinayət işinin başlanmasını tələb edirik”.
Sonda vəkil Rövşən Əkbərov barəsində bəraət hökmü çıxarılmasını istəyib və zərərçəkmiş şəxs tərəfindən təqsirləndirilən şəxsə qarşı qaldırılmış mülki iddianın təmin edilməməsini xahiş edib.
R. Əkbərovun digər vəkili çıxışa hazır olmadığını deyib.
Bu səbəbdən məhkəmədə oktyabrın 27-nə qədər fasilə elan edib.
Məhrum Elçin Əliyevin anası Səmayə Əliyeva iclas bitəndən sonra vəkilin çıxışına etiraz edib. O, oğlunu Rövşən Əkbərovun öldürdüyünü deyib: "Silah verin, məni öldürsün. Oğlumu necə öldürübsə, məni də elə öldürsün".
R. Əkbərov isə Səmayə Əliyevaya Elçin Əliyevi öldürmədiyini deyib: "Bunu mən etməmişəm. Siz bu işi yaxşı araşdırın. Kiminsə sözüylə məni günahlandırmayın".
Qeyd edək ki, prokuror Rövşən Əkbərovun Cinayət Məcəlləsinin 12.1, 120.2.2 maddələri ilə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Oxşar xəbərlər

Rövşən Əkbərovun məhkəməsi təxirə salındı
Prokuror Rövşən Əkbərova 11 il cəza istədi
Rövşən Əkbərova qarşı 1 milyon 220 min manatlıq İDDİA QALDIRILDI
Genaral Rövşən Əkbərovun məhkəməsi başlayır
Rövşən Əkbərovun hakim qarşısına çıxarılacağı gün AÇIQLANDI
Rövşən Əkbərov bu xalq artistləri ilə tez-tez görüşürmüş - İLGİNC
"Rövşən Əkbərova ömürlük cəza verilsin" - Elçin Əliyevin həyat yoldaşı
"Rövşən Əkbərov Elçini öldürdüyünü etiraf edib" - Şahid
Elçin Əliyevin anası Rövşən Əkbərova ömürlük həbs istədi
"Rövşən Əkbərov dedi ki, Elçini bıçaqla vurdum" - Nazim İbrahimov
Rövşən Əkbərovun oğlu Azərbaycanı TƏRK ETDİ
Rövşən Əkbərov barəsində olan cinayət işi üzrə istintaq yekunlaşdırıldı
Rövşən Əkbərovun yerinə bu general TƏYİN OLUNDU - FOTO
General Rövşən Əkbərov məhkəmədə ifadə verməkdən imtina etdi
“Rövşən Əkbərov məhkəmədə təhqiramiz ifadələr işlədir”
Rövşən Əkbərovun şikayəti təmin edilmədi
Rövşən Əkbərovun oğlu məhkəmədə vəkilə HÜCUM ETDİ - FOTO
Tanınmış vəkil məhkəmə zalında həbs edildi
Nazim İbrahimov ifadə verdi: “Onu Rövşən Əkbərov öldürüb…”
Rövşən Əkbərov işində yeni detallar: Nazim İbrahimov da məsuliyyətə cəlb oluna bilər
Rövşən Əkbərovu neçə il həbs gözləyir?
Məhkəmə Rövşən Əkbərovla bağlı qərar verdi
Zakir Qaralov Rövşən Əkbərovun cinayətinə niyə göz yumub? - Əlavə ittihamlar irəli sürüləcək
Rövşən Əkbərov həbs edildi
Rövşən Əkbərovun üçmərtəbəli villasının üzərindən Azərbaycan və Türkiyə bayraqları çıxarıldı - İLGİNC FAKT
Biri Dubayda kef çəkir, o biri türmədə təsbeh çəkir...
Həbs edilən generalın qardaşı Avropada hansı vəzifədədir?
Generalın oğlu polis şöbəsinə çağırıldı
Rövşən Əkbərov özü ilə kimləri “içəri” aparacaq? - Sürpriz adlar
Rövşən Əkbərovun həbsiylə bağlı detallar açıqlandı: Kafedə yeyib-içəndən sonra...