Zəngilanda çalışmaq üçün bu iş yerləri təklif olunur - SİYAHI
22-10-2021, 13:46
54

Zəngilanda çalışmaq üçün bu iş yerləri təklif olunur - SİYAHI

Oktyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan rayonuna səfər ediblər.
Dövlət başçısı və birinci xanım rayonun Ağalı kəndində həyata keçirilən “Ağıllı kənd” layihəsi çərçivəsində görülən işlərlə tanış olublar.
Qeyd edək ki, hazırda layihənin icrası ilə bağlı 110 hektardan çox ərazidə tikinti işləri aparılır. İnnovativ tikinti materiallarından istifadə olunmaqla tam izolyasiya olunmuş 200 fərdi ekoloji evin, ikimərtəbəli 4 qeyri-yaşayış binasının, 360 şagird yerlik məktəbin və 60 yerlik uşaq bağçasının tikintisi sürətlə davam etdirilir.
Hazırda Zəngilanda özəl investisiya və məşğulluq layihələri mövcuddur. Bu layihələr sayəsində vətəndaşlar üçün yaradılan iş yerlərinin siyahısını təqdim edirik:
Camışçılıq ferması və camış südünün emalı: 30 iş yeri
Əmtəə betonunun istehsalı zavodu: 23 iş yeri
İntensiv xurma bağları: 100 daimi və mövsümi iş yeri
Otel və turizm: 30 iş yeri
İctimai iaşə obyektləri: 44 iş yeri
Kənd təsərrüfatı: 200 daimi və mösümi iş yeri
Dövlət müəssisələri: 80 iş yeri.
Məlumat üçün bildirək ki, iş axtaran hər kəs e-sosial.az portalı üzərindən Məşğulluq Alt Sisteminə daxil olaraq işsiz və iş axtaran kimi öz qeydiyyatını apara bilərlər. İnternetə çıxışı olmayan və elektron platformadan istifadə etməyi bacarmayan vətəndaşlar isə öz əraziləri üzrə məşğulluq filiallarına yaxınlaşaraq Zəngilan və rayonlardakı vakansiyalar barədə məlumat ala bilərlər.

Oxşar xəbərlər

Prezident və birinci xanım Zəngilanın Ağalı kəndində həyata keçirilən işlərlə tanış olub (YENİLƏNİB)
İlham Əliyev və xanımı Zəngilanda
Qarabağda yaradılacaq “Ağıllı kənd” belə olacaq - VİDEO
Zəngilanın Ağalı kəndlərində 200 ev tikiləcək
Prezident DSX-nin Zəngilanda yerləşən hərbi hissə kompleksində
Prezidentlə xanımı Füzuliyə getdi
Dövlət başçısı Zəngilan Beynəlxalq Hava Limanının tikintisi ilə tanış oldu
Prezidentlə xanımı Füzuliyə getdi - YENİLƏNİB
Prezident və xanımı Füzulidə səfərdədirlər
Zəngilanlılar doğma kəndlərində qurban kəsdi - FOTOLAR
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Balaxanı qəsəbəsində aparılan abadlıq işləri ilə tanış olublar
Prezident və birinci xanım Daşaltıda - FOTO
İlham Əliyev və xanımı Zəngilan ictimaiyyətinin nümayəndələri ilə görüşdü
İlham Əliyev və Mehriban Əliyeva Füzuli aeroportunda - FOTOLAR
“Zəngilan” yarımstansiyasının açılışı oldu
Prezident İlham Əliyev Qəbələ rayonuna səfər edib
Prezident və xanımı liseyin yeni binasının açılışında
Prezident və birinci xanım İçəri Şəhərdə aparılan bərpa-konservasiya işləri ilə tanış olublar - Yenilənib, Fotolar
Zəngilan Rəqəmsal Elektrik Yarımstansiyasının təməli qoyuldu - YENİLƏNİB
Prezident və xanımı yeni xəstəxananın açılışında
Prezident və birinci xanım Fəxri xiyabanda və Şəhidlər xiyabanında
Prezident Füzuli aeroportunda - FOTOLAR
Prezident söz verdi: Zəngilana növbəti səfərində bu ailənin evində çay içəcək - VİDEO
Prezident və xanımı Pirsaat Baba ziyarətgahında-FOTO
Prezident İlham Əliyev Şuşada Yuxarı Gövhərağa məscidində olub
Prezident və birinci xanım “Suraxanı” gəmi-muzeyinin açılışında iştirak etdilər
İlham Əliyev və Birinci vitse-prezident Balaxanını gəzdi - VİDEO (Yenilənib)
Füzuli Memorial Kompleksinin təməl daşı qoyuldu
Zəngilan Rəqəmsal Elektrik Yarımstansiyasının təməli qoyuldu
Mehriban Əliyevanın çəkdiyi görüntülər gündəm oldu - Video