Prezident ailəsi ilə birlikdə Milli Gimnastika Arenasının yeni binasında - FOTOLAR (YENİLƏNİB)
22-10-2021, 14:45
94

Prezident ailəsi ilə birlikdə Milli Gimnastika Arenasının yeni binasında - FOTOLAR (YENİLƏNİB)

Oktyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Milli Gimnastika Arenasının yeni məşq binasında yaradılan şəraitlə tanış olublar.
Gənclər və idman naziri Fərid Qayıbov Prezident İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya və qızları Leyla Əliyevaya Milli Gimnastika Arenasının ərazisində yerləşən yeni məşq binasında yaradılan şərait barədə məlumat verdi.
Bildirildi ki, Milli Gimnastika Arenasının yeni məşq binasının tikintisi ötən ilin sentyabrında başa çatdırılıb. Burada kişi və qadın idman gimnastikası, bədii gimnastika, batut gimnastikası, ümumilikdə gimnastikanın 7 növü üzrə məşqlər keçirilir. Binada məşqçi və həkim otaqları, həmçinin gimnastlar üçün istirahət otaqları, fitnes və xoreoqrafiya zalları fəaliyyət göstərir. Burada hovuz da yaradılıb. Yeni binada eyni vaxtda 100 nəfər məşq edə bilər. Binanın ikinci mərtəbəsində idmançıların yaşayışı üçün 60 çarpayılıq 19 otaq vardır. Bir sözlə, Milli Gimnastika Arenasının yeni məşq binasında təlim-məşq toplantıları təşkil etmək, gimnastikanın müxtəlif növləri üzrə təlim keçmək və beynəlxalq yarışların yüksək səviyyədə təşkili üçün hərtərəfli şərait yaradılıb. Yeri gəlmişkən, gələn ay burada batut gimnastikası üzrə Dünya Çempionatının keçirilməsi nəzərdə tutulur. Ümumilikdə isə gələn il Milli Gimnastika Arenasında bir sıra mötəbər beynəlxalq yarışların təşkili planlaşdırılır.
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva gimnastların məşqlərinə baxdılar və xatirə şəkli çəkdirdilər.
Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycanın dünyanın nüfuzlu idman ölkəsinə çevrilməsinə, respublikanın hər yerində müasir idman infrastrukturunun yaradılmasına, yeni-yeni idman obyektlərinin tikilib istifadəyə verilməsinə, bu sahənin maddi-texniki bazasının möhkəmləndirilməsinə, idmanın bütün növlərinin inkişaf etdirilməsinə həmişə xüsusi diqqət yetirib. Dövlətimizin başçısının və birinci xanımın iştirakı ilə 2014-cü ildə Bakıda istifadəyə verilən Milli Gimnastika Arenası idmanın bu növünün inkişafına geniş imkanlar açıb, gənc nəslin gimnastikaya olan həvəsinin artırılması işində mühüm rol oynayıb.
Xüsusi olaraq vurğulayaq ki, Azərbaycan Gimnastika Federasiyasının əldə etdiyi böyük uğurlar Birinci vitse-prezident Mehriban Əliyevanın Azərbaycan Gimnastika Federasiyasına rəhbərliyi sayəsində mümkün olub. Belə ki, 2002-ci ildən Azərbaycan Gimnastika Federasiyasının prezidenti olan Mehriban Əliyevanın fəaliyyəti nəticəsində ölkədə idmanın bu növünün inkişaf mərhələsi başlayıb, gimnastika ilə məşğul olan idmançıların beynəlxalq yarışlarda qazandığı uğurlarının sayı artıb.
***
12:43
Oktyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və qızları Leyla Əliyeva Milli Gimnastika Arenasının yeni məşq binasında yaradılan şəraitlə tanış olublar.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Prezident ailəsi ilə birlikdə Milli Gimnastika Arenasının yeni binasında- FOTOLAR (YENİLƏNİB)

Oxşar xəbərlər

Prezident ailəsi ilə birlikdə Milli Gimnastika Arenasının yeni binasında - FOTO
Yeni gənclər və idman naziri kimdir? - DOSYE
Prezident və birinci xanım Daşaltıda - FOTO
Bu yarışlar Bakıda ilk dəfə keçiriləcək - VİDEO
Prezident işğaldan azad olunmuş ərazidə məşq etdi - VİDEO
Prezidentlə xanımı Füzuliyə getdi
Prezident İlham Əliyev və Mehriban Əliyeva ADA Universitetinin iki yeni korpusunun açılışında iştirak ediblər - Yenilənib
Prezident və xanımı yeni xəstəxananın açılışında
Prezident ailəsi ilə Cıdır düzündə - FOTOLAR
Prezident 1 saylı orta məktəb və Müqəddəs Yelisey adına Cotari kilsəsində - FOTOLAR (YENİLƏNİB)
Fərid Qayıbov gənclər və idman naziri təyin edilib
Prezident İlham Əliyev Qəbələ rayonuna səfər edib
Prezidentlə xanımı Füzuliyə getdi - YENİLƏNİB
Mehriban Əliyeva yeni inşa edilən məktəbdə yaradılan şəraitlə tanış oldu - FOTOLAR
İlham Əliyev və Mehriban Əliyeva Füzuli aeroportunda - FOTOLAR
Prezident 1 saylı orta məktəbdə və Müqəddəs Yelisey adına Cotari kilsəsində olub
İlham Əliyev və xanımı Zəngilanda
Prezident DSX-nin Zəngilanda yerləşən hərbi hissə kompleksində
Prezident və xanımı Pirsaat Baba ziyarətgahında-FOTO
Milli Gimnastika Arenasında bədii gimnastika üzrə dünya çempionatının çoxnövçülük üzrə finalı davam edir
Prezident iki məktəbdə yaradılan şəraitlə tanış oldu - FOTOLAR (YENİLƏNİB)
Mehriban Əliyeva Xəzər rayonunda yenidən qurulan təhsil və təlim müəssisələrinin açılışında iştirak etdi
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Balaxanı qəsəbəsində aparılan abadlıq işləri ilə tanış olublar
Mehriban Əliyeva Yuxarı Gövhər Ağa məscidinə “Qurani-Kərim” aparıb
Prezident İlham Əliyev Şuşada Yuxarı Gövhərağa məscidində olub
Dövlət başçısı Zəngilan Beynəlxalq Hava Limanının tikintisi ilə tanış oldu
İlham Əliyev və xanımı Zooloji Parkın AÇILIŞINDA
İlham Əliyev və Mehriban Əliyeva Bakı Avropa Liseyinin yeni binasının açılışında - YENİLƏNİB + FOTO
İlham Əliyev və xanımı Atatürk parkında - Foto
Prezident və xanımı yeni gətirilən təcili yardım maşınları ilə tanış oldular