"Ey Vətən" Zəngilanda 100.5 FM-də: “Böyük arzum reallaşdı” (VİDEO)
22-10-2021, 17:01
66

"Ey Vətən" Zəngilanda 100.5 FM-də: “Böyük arzum reallaşdı” (VİDEO)

"Heç bir sözlə ifadə edə bilməyəcək qədər həyacanlıyam. Mənim üçün çox böyük şərəf və qürurverici bir andır”.

Bunu müğənni İlhamə Qasımova Prezident İlham Əliyevin Zəngilanda səfərdə olarkən FM tezliyinin (100.5) radiosunda "Ey Vətən" mahnısını dinləməsindən danışarkən deyib. Sənətçi buna görə Azərbaycan radiosuna təşəkkür edib:

"28 ildir işğal altında olan torpaqlarımız şükürlər olsun ki, ordumuzun və Ali Baş Komandanımız İlham Əliyevin sayəsində işğaldan azad edildi. İllərdir həsrətində olduğumuz torpaqlarımıza nəhayət ki, qayıtdıq. Qarabağı bizə, bizi də Qarabağa qaytardıqlarına görə Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə isə can sağlığı diləyirəm. Birinci vitse-prezident Mehriban xanım Əliyevaya da minnətdarlığımı bildirirəm. Onun qayğısı hər zaman şəhid ailələrinin və qazilərin üzərindədir. Eyni zamanda Azərbaycan radiosuna təşəkkür etmək istəyirəm. Çox sağ olun ki, radio dalğalarında "Ey Vətən" mahnımı səsləndirirsiniz. Bu mahnı 2006-2007-ci illərdə ərsəyə gələrkən böyük arzum olub ki, inşallah torpaqlarımız işğaldan azad olunanda orada konsert proqramı ilə "Ey Vətən"i səsləndirim. Və dünən birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın Qarabağın gözəl güşələrini çəkərkən fonda radioda mənim mahnımın səslənməsi ilə illər öncəki böyük arzumun reallaşdığına bir daha şahid oldum. Mən "Ey Vətən"i Qarabağda oxumuş oldum. Əziz Qarabağ, Ey Vətən, sən azadsan. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır”.

Qeyd edək ki, Prezident İlham Əliyevin Zəngilanda səfərdə olarkən FM tezliyinin (100.5) radiosunda "Ey Vətən" mahnısını dinləyib. Mahnı müğənni İlhamə Qasımovanın ifasında səslənir.

Xatırladaq ki,100.5 tezliyi Bakıda "Fərqli radio”ya məxsus olsa da, Zəngilanda həmin tezlik "Azərbaycan radiosu”nundur.


Oxşar xəbərlər

Ev dustaqlığına buraxılan hərbçinin ailəsi İlham Əliyevə və Mehriban Əliyevaya təşəkkür ETDİ
Rafiq Hüseynovun həyat yoldaşı Mehriban Əliyevaya təşəkkür edib
Prezident mükafatına layiq görülən sənətkarlar: “Sevincimizin həddi-hüdudu yoxdur”
"Azərbaycanla Türkiyəni bir-birindən ayırmadım" - Erkan Özoral
Yeni icra başçıları İlham Əliyevə söz verdilər
"Həyat yoldaşımla bir daha fəxr etdim, qürur duydum"
“Bu Zəfər Gününüzdə sizinlə bərabər olmaqdan bəxtiyar oluruq" - Ərdoğan
Ermənilərin qurduğu yol nişanı İlham Əliyevin ayaqları altında - FOTO
Şəhid Ibrahim Abdullayevin ordeni anası Nərgiz Abdullayevaya təqdim edilib
DAŞKƏSƏN RAYON İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI ƏHƏD ABIYEV VƏTƏN MÜHARİBƏSİ İŞTİRAKÇLARI, QAZİLƏRLƏ GÖRÜŞÜB
"Türk olmanın əsalətini unutmayan qardaşlarımızı təbrik edirəm" - Ərdoğan
Mehriban Əliyeva Aprel döyüşləri ilə bağlı paylaşım etdi
Prezident və birinci xanım Fəxri xiyabanda və Şəhidlər xiyabanında
Daşkəsənin Xoşbulaq kəndində şəhid Eşqin Bağırov anılıb, Zağalı və Dəstəfur kəndlərində şəhid bulaqlarının açılışı keçirilib
Qənirə Paşayeva şəhid Xudayar Yusifzadənin qardaşı ilə görüşüb
Daşkəsəndə Vətən Müharibəsi Şəhidləri anılıb, Bayan kəndində və Gəncə şəhərində Şəhidlərin xatirəsinə inşa olunmuş bulaqların açılışı keçirilib
Zakir Həsənovdan Azərbaycan ordusuna TƏBRİK
Abdullah Gül İlham Əliyevə təbrik məktubu göndərib
“Global Media Group”un işçiləri “YAŞAT” Fonduna ianələr barədə qərar qəbul etdi
Azərbaycan Həmkarlar ittifaqları daha 85 şəhid ailəsini himayəyə götürdü
İcra başçısı şəhid ailələri və qazilərlə görüşdü - Foto
Bacısı Fədayə Laçına görə təşəkkür etdi
Mehriban Əliyevadan işğaldan azad edilmiş ərazilərimizlə bağlı paylaşım
Birinci vitse-prezident Vətən Müharibəsi Qəhrəmanları ilə görüşüb
Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər Muzeyinin təməli qoyuldu
Polad Həşimovun anası Prezidentə təşəkkür etdi - Video
Polkovnik: “Zəngilanı düşməndən ildırım sürəti ilə azad etdik“ - Video
İlham Əliyev və Mehriban Əliyeva Ulu Öndərin məzarını ziyarət etdilər
Prezidentlə xanımının səfərindən daha bir səmimi - Video
Gəncədə erməni terroru nəticəsində evləri dağılan 12 ailəyə pul ödənilib